3-08-2024, 11:17
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutulduNaxçıvanda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.
Daxil olan şikayət əsasında həyata keçirilən tədbirlərlə özünü polis əməkdaşı kimi təqdim edən Babək rayon sakini Maqsudov Məhəmməd saxlanılıb.
Araşdırmalarla onun özünü Şahin adlı polis əməkdaşı kimi təqdim edərək müxtəlif qeyri-qanuni hərəkətlərə yol verdiyi müəyyən edilib.
3-08-2024, 11:05
Ana və 5 yaşlı qızı binadan yıxılaraq öldüŞirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.
Hadisə Şirvan şəhərinin mərkəzində baş verib.
Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün və 5 yaşlı qızı K.Z 6-cı mərtəbədən yıxılaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
3-08-2024, 10:05
Xəzərdəki gəmidə baş vermiş yanğın tam söndürülübXəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Qeyd edək ki, təchizat gəmisində yanğın iyulun 31-də başlayıb.
2-08-2024, 23:46
MİDA yaşayış kompleksində yanğınBakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub.
Hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Yanğın söndürülüb.
2-08-2024, 22:25
Harris namizədlik üçün yetərli səs toplayıb ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident olmaq üçün onlayn seçkidə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən yetərli sayda səs toplaya bilib.
Bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harrisin bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda Demokratların namizədi olacaq", - o qeyd edib.
2-08-2024, 21:46
[b]"Vəziyyətim çox pisdir, ciyərim sıradan çıxır"[/b]Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
Bu barədə “Qaynarinfo”ya aktyorun özü məlumat verib.
O, özünü pis hiss etdiyini bildirib:
“Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrayıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm”.
Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdu.
2-08-2024, 21:07
Millimiz ABŞ-dan sonra Çini də məğlub etdi Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Milli komanda bu dəfə Çin ilə üz-üzə gəlib. Qarşılaşma qızlarımızın 21:19 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ABŞ-a qalib gələrək tarixi uğura imza atmış Azərbaycan yığması daha əvvəl Fransa, İspaniya, Almaniya və Avstraliyaya məğlub olub.
2-08-2024, 20:33
Saakaşvili barədə yeni həbs qərarıTbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili barəsində sərhədi qanunsuz keçmə ittihamı üzrə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Avqustun 2-də keçirilən məhkəmə prosesində prokuror təqdimatla çıxış edib və hazırda xəstəxanada məhkumluq həyatı yaşayan M.Saakaşvilinin yenidən həbsini tələb edib.
Məhkəmədə işə yenidən baxılacağı elan edilib və bildirilib ki, müttəhim şahidlərə və məhkəmə istintaqının gedişinə təsir göstərməməsi üçün həbs olunmalıdır.
Qeyd edək ki, keçmiş prezident M.Saakaşvili 2021-ci il sentyabrın 29-da Gürcüstanın dövlət sərhədini qanunsuz keçərək ölkəyə gəlib və həmin il oktyabrın 1-də həbs olunub. O, bu müddətin 6 aydan az hissəsini həbsdə, qalanını isə xəstəxanada keçirib.
2-08-2024, 19:13
Cüdoçularımız Parisi iki qızıl medalla tərk edir Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.
100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı kubalı Endi Qranda ilə qarşılaşıb.
Rəqibinə üç şido (cərimə) ilə uduzan U.Kokauri mübarizəni dayandırıb.
Bununla da Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Qeyd edək ki hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
2-08-2024, 18:44
Rəsmi Bakıdan Fransaya tələb - ÜZR İSTƏYİN! Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə XİN-dən bildirilib.
"Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb.