3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
2-08-2024, 12:19
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
2-08-2024, 12:10
Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 20-ə yaxın yaralı və ölən var


Bakı-Sumqayıt yolunda dəhşətli qəza: 20-ə yaxın yaralı və ölən var

Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində yaralanan 18 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdindəki xəstəxanalara müraciət edib.
Bu barədə cavab olaraq Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 1 nəfər həyatını itirib.
2-08-2024, 12:06
Paşinyan yenə Azərbaycanla sərhədə gəldi


Paşinyan yenə Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə səfər edib.
Paşinyanın səfəri 2023-cü ildə həyata keçirilən və hazırda icra olunan proqramlarla tanış olmaq məqsədi daşıyıb.
Paşinyan Tavuşa səfəri zamanı hərbi hissələrə gedən yolların vəziyyətindən narazı qalıb.
2-08-2024, 11:38
Laçının daha bir kəndinə köç başlayır


Laçının daha bir kəndinə köç başlayır

Laçın rayonunun Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq.
Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.
O, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq.
Güləbird kəndinə köçün bu ilin ikinci yarısında həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Güləbird kəndi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib. 2006-cı ilin statstikasına görə Güləbird kəndinin əhali sayı 1460 nəfər olub.
Xatırladaq ki, Laçın rayonuna köç ötən ilin may ayında başlayıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.
1-08-2024, 22:49
Türkiyədə matəm elan edildi


Türkiyədə matəm elan edildi

Türkiyədə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı bir günlük matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşım edib.
“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək məqsədilə, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə bağlı sabah (2 avqust) milli matəm elan edildi. İsmayıl Haniyə və bütün fələstinli şəhidləri rəhmətlə yad edir, Fələstin xalqına öz adımdan və millətim adından başsağlığı verirəm", - o qeyd edib.
1-08-2024, 21:57
Mehriban Əliyevadan Kotsoyevlə bağlı paylaşım


Mehriban Əliyevadan Kotsoyevlə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında cüdoçu Zelim Kotsoyevin Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olması ilə bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:


1-08-2024, 21:18
Parisdə ikinci dəfə Azərbaycan himni


Parisdə ikinci dəfə Azərbaycan himni

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb.
100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub.
Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər cüdoçusu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.
1-08-2024, 20:48
DİN Bakıdakı qəza ilə bağlı məlumat yaydı


DİN Bakıdakı qəza ilə bağlı məlumat yaydı

Avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə “Hundai” markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək “Hundai” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1-08-2024, 19:45
Konstitusiya Məhkəməsindən yeni qərar


Konstitusiya Məhkəməsindən yeni qərar

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-ci, 443-cü, 444-cü, 445-ci, 447-ci və 449-cu maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və hüquq elmləri doktoru R.Qaraqurbanlının mülahizəsini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından məhkəmə nəzarəti cinayət mühakimə icraatı üzrə məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmayaraq, cinayət işlərinə mahiyyəti üzrə baxılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-ci maddələri üzrə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsini istisna etmir.
Məhkəmə nəzarəti qaydasında icraat və cinayət mühakimə icraatı fərqli və müstəqil icraat növləri olduğundan cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayətin verilməsi müvafiq cinayət mühakimə icraatına müdaxilə kimi qiymətləndirilə bilməz.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
1-08-2024, 19:24
Tələbələrin köçürülməsi prosesi başa çatdı


Tələbələrin köçürülməsi prosesi başa çatdı

Tələbələrin gəlməsi üçün müraciətlərin qəbulu başa çatır.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müraciətlərin qəbulu 25 iyul-1 avqust tarixlərindəportal.edu.azaparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.
"Növbəti olduğu halda cavab verməmək üçün müraciət edən şəxs şəxsi kabinetə müraciət edərək statusu barədə şəxsi kabinetə göndərilməlidir. “İmtina etmək lazımdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!