Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir .....                        Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb .....                        Ərdoğan Tokayevlə görüşdü .....                        Həbsdə olan baş redaktorun cəzası azaldıldı .....                        Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş filmin təqdimatı olub .....                        "Az səhv edib qələbə qazanmaq istəyirik" .....                        Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü .....                        Mərkəzi Nəbatat Bağında istənilən növ canlılar ola bilər - RƏSMİ .....                        Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ .....                       
26-09-2023, 16:49
Türkiyənin ana müxalifət partiyasının qurultay tarixi bəlli oldu


Türkiyənin ana müxalifət partiyasının qurultay tarixi bəlli oldu

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultay keçirəcəyi tarix məlum olub.
Bu barədə Partiya Məclisi qərar qəbul edib.
Qərara görə, qurultay tarixi kimi 4-5 noyabr müəyyən olunub. Ayın 4-də partiya sədrinin, 5-də isə məclis üzvlərinin seçilməsi üçün seçkilərin təşkili nəzərdə tutulub.
CHP parlament fraksiyasının rəhbəri Özgür Özel sədrliyə namizədliyini elan edib.
Qeyd edək ki, bu il 100 yaşını qeyd edən CHP-nin qurucusu Mustafa Kamal Atatürkdür. Partiya dünyanın ən qədim siyasi təşkilatlarından hesab olunur.
26-09-2023, 16:26
Erməniəsilli sakinlər üçün 2 maşın yanacaq göndərildi


Erməniəsilli sakinlər üçün 2 maşın yanacaq göndərildi

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam - Əsgəran - Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi hökuməti tərəfindən göndərilən yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələri bölgəyə yanacaq göndərilməsilə bağlı xahişlərini nəzərə alaraq göndərilib.
26-09-2023, 15:36
Putin iranlı həmkarıyla Qarabağı müzakirə etdi


Putin iranlı həmkarıyla Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. İbrahim Rəisi İranın BRİCS-ə qoşulmaq üçün müraciətinə verdiyi dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.
Rusiyanın 2024-cü ildə sədrliyi nəzərə alınmaqla, bu Birliyin tamhüquqlu fəaliyyətinə İranın tamformatlı əlaqəsini təmin etmək üçün addımlar müzakirə edilib.
Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, o cümlədən mülki şəxslərə humanitar yardımın göstərilməsi, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunması barədə məlumat verib.
Rusiya və İran prezidentləri bütün məsələlərin müstəsna olaraq sülh, siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. “3+3” məsləhətçi regional platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işinin fəallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub.
26-09-2023, 14:49
Müdafiə Nazirliyi Xocalıdan yeni görüntüləri yaydı


Müdafiə Nazirliyi Xocalıdan yeni görüntüləri yaydı

Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb.
Butov.az həmin görüntüləri təqdim edir:

26-09-2023, 14:35
Bakı-Quba yolunun yenidən qurulma işlərinin bir hissəsi tamamlandı


Bakı-Quba yolunun yenidən qurulma işlərinin bir hissəsi tamamlandı

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, magistral youn yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində qurumun İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və digər vəzifəli şəxsləri iştirak ediblər.
Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.
Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.
Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.
26-09-2023, 14:27
Moskva Qarabağla bağlı Bakı və İrəvanla əlaqələri davam etdirir - Peskov


Moskva Qarabağla bağlı Bakı və İrəvanla əlaqələri davam etdirir -Peskov

"Qara dəniz donanmasının komandiri admiral Sokolovun iddia edilən ölümü ilə bağlı məlumatımız yoxdur".
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Quranı yandırmaqda ittiham olunan şəxsin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu tərəfindən döyülməsini şərh etməkdən imtina edib. Peskov təsdiqləyib ki, Putin oktyabrda Qırğızıstana səfər etməyi və orada Lukaşenko ilə görüşməyi planlaşdırır. Sözçü bir gün əvvəl Putinin Lukaşenko ilə telefon danışığı olduğunu təsdiqləyib.
"Rusiya Federasiyası daxili işlər naziri Kolokoltsev və Paşinyanın cari məsələləri müzakirəsi tamamilə normaldır. Moskva Qarabağla bağlı Bakı və İrəvanla əlaqələri davam etdirir. Moskva ilə İrəvan arasında iqtisadiyyat sahəsində əməkdaşlıq Ermənistanın inkişafına mühüm töhfə verir, Rusiya bundan sonra da kömək edəcək. Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Rusiya sülhməramlıları mövcud mandatlarına uyğun olaraq məsələnin həllinə kömək etməkdə davam etmək niyyətindədirlər. Qarabağla bağlı istənilən missiya yalnız Bakının razılığı ilə mümkündür. Rusiya Federasiyası ABŞ-ın “şifahi müdaxilələri” ilə müqayisədə Qarabağ nizamlanması prosesində faktiki iştirak edir", - o bildirib.
Peskov ABŞ-ın İrəvana bu sahədə əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda Ermənistana yardımını və resursların güzəştli tədarükünü xatırladıb.
"Vladimir Putinin KXDR-ə səfərinin tarixi hələ müəyyən edilməyib", - sözçü əlavə edib.
26-09-2023, 14:09
Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir - Ərdoğan


Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir - Ərdoğan

Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəməyə davam edəcək.
"Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı didərgin salınıb. Hara? Azərbaycana. İndi 30 ildən sonra Azərbaycan bu qətliamın hesabını sorur. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik", - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.
"Azərbaycan illər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmağa getməyib. Azərbaycan haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil olub. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girib. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o qeyd edib.
26-09-2023, 12:20
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti, dağlarda 5-10° isti, gündüz 12-17° isti olacaq.
25-09-2023, 22:56
Görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük


Görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük

ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün bütün dəstəyini verməyə davam edir
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında gələn həftə görüş baş tutacağına dair məlumat verildi. Bu görüşün nəticələrinin iki ölkə arasındakı uçurumu aradan qaldıracağını düşünürük", - o qeyd edib.
Sözçü bildirib ki, ABŞ iki ölkə arasında sülh sazişinin əldə olunması üçün bütün dəstəyini verməyə davam edir.
25-09-2023, 21:58
ABŞ Prezidenti Paşinyana məktub göndərdi


ABŞ Prezidenti Paşinyana məktub göndərdi

ABŞ prezidenti Co Bayden USAİD-in rəhbəri Samanta Pauer vasitəsilə Ermənistan Baş naziri Nikol Paşinyana məktub göndərib.
Bu barədə "Armenpress" informasiya agentliyi məlumat yayıb.
“Biz bu yaxınlarda keçirdiyimiz hərbi təlimlərin nümayiş etdirdiyi kimi, enerji diversifikasiyası, davamlılıq və təhlükəsizlik üzrə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”, - məktubda deyilir.
Qeyd edək ki, Pauer və Blinkenin köməkçisi Yuri Kim bu gün İrəvana səfər edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!