Azərbaycanda uşaqlı ailələrə hansı güzəştlər var? .....                        Bakıda xəstəxanadan oğurluq edildi .....                        Ermənistanda Azərbaycan benzininin satış qiyməti AÇIQLANIB .....                        Dəmir Yolları maliyyə vəziyyətini açıqladı .....                        Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır - Əli Əsədov .....                        Probasiya 10 mindən artıq məhkuma tətbiq olunacaq .....                        "Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı .....                        “Kəpəz” iki əcnəbi futbolçu ilə yollarını ayırdı .....                        Xırdalanda dəm qazından zəhərlənən 3 nəfərin son durumu AÇIQLANDI .....                       
9-03-2024, 15:30
Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı


Ən yüksək ödənişli idmançılarının siyahısı açıqlandı

Tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.
Siyahını “Sportico” tərtib edib
Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.
Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk “onluq”da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.

1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) – 2,66
3. Kriştiano Ronaldo (futbol) – 1,92
4. Arnold Palmer (qolf) – 1,75
5. Lebron Ceyms (basketbol) – 1,7
6-7. Cek Niklaus (qolf) – 1,67
Lionel Messi (futbol) – 1,67
8. Devid Bekhem (futbol) – 1,5
9. Rocer Federer (tennis) – 1,49
10. Floyd Meyvezer (boks) – 1,48
9-03-2024, 15:22
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olundu


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad olundu

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala vəzifəsindən azad edilib.
Bu barədə Strana.ua məlumat yayıb.
Ukraynanın “Zerkalo Nedeli” nəşri mənbələrə istinadən yazıb ki, V. Zalujnı hələ bu ilin fevralında ordudan xaric olunması barədə hesabat yazıb. Vladimir Zelenski Zalujnının istefasına münasibət bildirib, bunu normal hal adlandırıb.
9-03-2024, 15:07
Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir


Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir

Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən daxil olan məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.
Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.
Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.
9-03-2024, 14:41
Qəzzada ölənlərin sayı 31 minə çatır


Qəzzada ölənlərin sayı 31 minə çatır

Qəzzada ölənlərin sayı 30 min 960-a çatıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Qeyd edilib ki, son 24 saat ərzində 82 fələstinli öldürülüb, 122 nəfər yaralanıb.
Qəzzada yaralananların sayı 72 min 524-ə çatıb.
9-03-2024, 14:33
Şamaxıda palçıq vulkanı püskürdü - FOTO


Şamaxıda palçıq vulkanı püskürdü - FOTO

Şamaxıda palçıq vulkanı püskürüb.
Təbiət hadisəsi rayonun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.
Palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.
Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.


9-03-2024, 14:20
Həlak olan polisin “İgidliyə görə” medalı ailəsinə təqdim olundu - FOTO


Həlak olan polisin “İgidliyə görə” medalı ailəsinə təqdim olundu - FOTO

Boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.
Medalı Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən Vüsal Quliyevin övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.
Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Vüsal Quliyev xidmətdən kənar gösrətdiyi bu şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmişdi.


9-03-2024, 13:46
Bayden Trampın debat təklifinə cavab verdi


Bayden Trampın debat təklifinə cavab verdi

ABŞ-nin vitse-prezidenti Kamala Harris ABC televiziyasına müsahibəsində Prezident Cozef Baydenin noyabrda keçiriləcək prezident seçkilərində ən çox ehtimal olunan rəqibi Donald Trampla teledebatlarda iştirak etməyə hazır olub-olmaması barədə suala birbaşa cavab verməkdən yayınıb.
Kamala Harris suala cavabında Cozef Baydenin bu yaxınlarda ölkənin vəziyyəti ilə bağlı xalqa müraciət etdiyini və bütün faktları ortaya qoyduğunu bildirilib.
Xatırladaq ki, bir müddət öncə Birləşmiş Ştatların sabiq dövlət başçısı Ağ evin hazırkı rəhbərini “istənilən vaxt və istənilən yerdə” debata çağırmış, Bayden isə debatda iştirakla bağlı qərarını Trampın “davranışından asılı olaraq” verəcəyini demişdi.
Qeyd edək ki, hazırda Respublikaçılar partiyasının 77 yaşlı Donald Trampı prezidentliyə namizəd kimi irəli sürəcəyinə heç bir şübhə qalmayıb. Demokratlar partiyasının 81 yaşlı Cozef Baydenin namizədliyini rəsmən irəli sürməsi məsələsi isə faktiki olaraq həll edilib.
Prezidentliyə namizədlərin seçkiqabağı teledebatları payızda başlayacaq. Birinci turun sentyabrın 16-da Texasda, ikinci turun oktyabrın 1-də Virciniyada, üçüncü və sonuncu turun isə oktyabrın 9-da Yuta ştatında keçiriləcəyi planlaşdırılır. Sentyabrın 25-də isə Pensilvaniya ştatında ölkənin mümkün vitse-prezidentləri arasında debat baş tutmalıdır.
9-03-2024, 13:34
İsmayıllıda qanunsuz yolla kömür istehsal edən quyular aşkarlandı


İsmayıllıda qanunsuz yolla kömür istehsal edən quyular aşkarlandı

Ekoloji mühitin qorunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri Ş.Ziyadov və G.Ziyadov olduqları müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
9-03-2024, 13:21
Beynəlxalq sistem İslam dünyasını təcrid edir - Ərdoğan


Beynəlxalq sistem İslam dünyasını təcrid edir - Ərdoğan

Beynəlxalq sistem İslam dünyasını təcrid edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Elmi Yayma Vəqfinin 53-cü Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, İkinci dünya müharibəsindən sonra müxtəlif ölkə və təşkilatlar müsəlmanlara ögey övlad kimi yanaşır.
R.T.Ərdoğan Türkiyənin həmişə müsəlmanların yanında olduğunu diqqətə çatdırıb.
9-03-2024, 13:05
Düşmən mövqeləri ələ keçirildi - VİDEO


Düşmən mövqeləri ələ keçirildi - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.
Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.
Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.
Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks etdirməsinə köməklik göstərilib.
Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.
Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.
Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv ediblər.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin simulyasiya mərkəzində komandir və qərargahların yaranmış şəraitə uyğun qərarları dinlənildikdən sonra ikitərəfli təlimə onlayn rejimdə start verilib.
Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, mövcud problemlərin həlli istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.

[media=https://youtu.be/KcjBULeDQbM]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!