Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
6-09-2023, 15:35
Azərbaycanın Ağdam-Xankəndi yoluyla bağlı təklifini nəzərə alırıq - Avropa bəyanatı


Azərbaycanın Ağdam-Xankəndi yoluyla bağlı təklifini nəzərə alırıq - Avropa bəyanatı

Azərbaycanın Ağdam-Xankəndi yolu ilə bağlı təklifini nəzərə alırıq və dəyərləndiririk.
Bu barədə Avropa İttifaqının bəyanatında qeyd olunub.
"Amma bununla barabər Laçın Xankəndi yolunda da hərəkət bərpa edilməlidir. Hesab edirik ki, Xankəndi-Bakı dialoqunun tezliklə qurulması xüsusilə regionda humanitar böhranın həllində, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsində həlledici əhəmiyyət kəsb edəcək",- deyə bəyanatda qeyd olunub.
6-09-2023, 15:22
Xorvatiya şirkətləri Qarabağa dəvət olundu


Xorvatiya şirkətləri Qarabağa dəvət olundu

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.
Görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, elecə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.
İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyətini vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub, Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.
Görüşdə tərəflər həmçinin post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
6-09-2023, 15:14
ABŞ "Minuteman III" ballistik raketini sınaqdan keçirdi


ABŞ "Minuteman III" ballistik raketini sınaqdan keçirdi

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib.
Bu barədə ABŞ ordusu məlumat yayıb.
Buraxılış Amerika kosmik qüvvələrinin Vanderberq bazasından bu gün, sentyabrın 6-da yerli vaxtla saat 1:26-da baş tutub.
"Sınaq buraxılış proqramının məqsədi silah sisteminin təhlükəsizliyini, effektivliyini və hazırlığını yoxlamaqdır", - məlumatda bildirilir.
"Minuteman III" ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrinin arsenalındadır. Raket sonuncu dəfə aprelin 19- da sınaqdan keçirilib.
6-09-2023, 15:03
ADA Universitetiylə Xorvatiyanın Diplomatik Akademiyası arasında Memorandum imzalandı


ADA Universitetiylə Xorvatiyanın Diplomatik Akademiyası arasında Memorandum imzalandı

ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimi Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Xorvatiyaya səfəri zamanı baş tutub.
Belə ki, nazirlərin görüşünün ardınca XİN başçıları tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.
6-09-2023, 14:50
Barışığın baş tutmasında Ermənistan tərəfindən çox şey asıldır - Hikmət Hacıyev


Barışığın baş tutmasında Ermənistan tərəfindən çox şey asıldır - Hikmət Hacıyev

“Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O, “Sülhə nail olmaq üçün nə edilməlidir?” sualına cavabında qeyd edib ki, hazırda top Ermənistanın meydançasındadır: “Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.
Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq”.
Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək.
Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistanın Baş naziri hələ də Azərbaycan ərazisindəki qanunsuz rejimi maliyyələşdirir: “O, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlayır və ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir”.
Sülhlə bağlı daha səmərəli mexanizmin olub-olmaması barədə suala cavabında isə H.Hacıyev məsələdə aktiv iştirak etməkdə maraqlı olan təşkilatlardan söz açıb və onlardan birinin digərindən üstün tutulmadığını vurğulayıb: “Müxtəlif platformalar var. Birini digərindən üstün tutmuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, yerdə real sülhə töhfə verməyə hazır olan hər kəs xoş qarşılanacaq.
Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel formatı var. Bu, çox yüksək qiymətləndirilir. Çünki Ermənistan və Azərbaycan arasında normallaşdırma şurası üzrə sülh müqaviləsi danışıqlarının mühüm elementləri məhz həmin platformada formalaşıb.
Bundan başqa, biz ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndiririk. Onlar çox şey ediblər.
Həmçinin, Rusiyanın da rolunu inkar edə bilmərik. Rusiya həm də ona görə töhfə verir ki, regionun bir hissəsidir və həm Ermənistan, həm də Azərbaycanla tarixi əlaqələri var”.
Azərbaycanlılarla ermənilərin tarixdə olduğu kimi yenidən mehriban şəkildə yaşamalarının mümkünlüyü barədə suala gəldikdə Hikmət Hacıyev barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu söyləyib. Lakin onu da diqqətə çatdırıb ki, belə bir ehtimal var, sadəcə gələcəklə bağlı dəqiq bir proqnoz vermək çətindir: “Bu, yenidən baş verə bilər, amma proqnoz vermək həmişə çətindir. Barışıq, həqiqətən də, hər bir münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biridir. Azərbaycanda yüzminlərlə ailə öz yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, insanlar öz evlərinə qayıdır və orada xarabalıqlar görürlər. Bu, asan deyil. Cavab axtarırlar. Cavab yoxdur, çünki erməni tərəfdən heç kimin “xahiş edirik, bizi bağışlayın. Bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çatmayıb.
Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun iş açılmayıb. Ədalətli mövqe də insanlara müsbət siqnal verə bilər. Bəli, mən hesab edirəm ki, barışıq mümkündür, amma bu, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır”.
6-09-2023, 14:41
Ceyhun Bayramov Xorvatiyanın Baş naziriylə görüşdü


Ceyhun Bayramov Xorvatiyanın Baş naziriylə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.
6-09-2023, 14:32
Ukraynaya yeni müdafiə naziri təyin olundu


Ukraynaya yeni müdafiə naziri təyin olundu

Rustem Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub.
Umerovun təyinatı Ali Radada təsdiqlənib.
Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl prezident Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa verib. Bu gün onun 3 müavini də istefa ərizəsi yazıb.
Zelenski krımtatar əsilli R.Umerovun Reznikovu əvəzləyəcəyinin anonsunu vermişdi. Umerov bundan əvvəl xalq deputatı və hökumətin tərkibində komitə sədri kimi fəaliyyət göstərib. Ali Rada bir müddət əvvəl onun komitə sədrliyindən istefasını qəbul edib.
6-09-2023, 14:19
Rusiya XİN taxıl sazişiylə bağlı bəyanat yaydı


Rusiya XİN taxıl sazişiylə bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişi ilə bağlı bəyanat yayıb.
Bəyanat nazirliyin sosial media resurslarında və rəsmi saytında dərc olunub.
"Ukrayna ərzaq məhsullarının ixracı üzrə “Qara dəniz təşəbbüsü”nə diqqətin artması fonunda (iyulun 17-də dayandırılıb), biz Rusiyanın mövqeyini ətraflı şəkildə təkrarlamağı haqlı hesab edirik. Qərblilərin və BMT Katibliyinin ərzaq qiymətlərinin artması və aclıq təhlükəsi ilə əlaqədar vəziyyətin pisləşməsi ilə bağlı təşviş dolu bəyanatlarının əksinə olaraq, dünya bazarlarında taxılın maya dəyəri durmadan aşağı düşür (avqustda ucuzlaşma təqribən 4-5% olub və pik qiymətlərdən azalma artıq 25-40% idi). Ümumiyyətlə, qlobal fiziki qida çatışmazlığı yoxdur - qidanın paylanması ilə bağlı problemlər var, lakin istehsalla bağlı yox.
Ukraynanın ümumi buğda ixracında payı onsuz da kiçik idi (5%) və indi o, digər məsələlərlə yanaşı, torpağın radiasiya və kimyəvi çirklənməsi nəticəsində əkin sahələrinin azalması nəzərə alınmaqla obyektiv olaraq daha da azalır. Eyni zamanda, ukraynalıların öz mallarını "həmrəylik dəhlizləri" adlandırılan yollarla Aİ-yə ixrac etmək üçün başqa imkanları var. Əgər qərblilərə və Kiyevə həqiqətən də Qara dəniz dəhlizi lazımdırsa, o zaman kənd təsərrüfatı məhsulları və gübrələrin istehsalı və ixracı ilə məşğul olan yerli subyektlərə qarşı qeyri-qanuni birtərəfli sanksiyaların ləğvi üçün konkret addımlar atmağın vaxtı çatıb. Söhbət bankların və şirkətlərin fəaliyyətinin normallaşdırılmasından, nəqliyyat logistikasının və sığortasının qurulmasından, ehtiyat hissələrinin tədarükünün bərpasından gedir. Rusiya sentyabrın 4-də prezident Vladimir Putinin açıq şəkildə səsləndirdiyi prinsipial mövqeyini bir daha təsdiqləyir ki, biz Qara Dəniz Təşəbbüsünün bərpası imkanlarını nəzərdən keçirməyə hazır olacağıq", - bəyanatda deyilir.
6-09-2023, 13:56
Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi


Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin etdi

Türkiyə xarici ölkələrdə ilk dəfə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edib.
Bu vəzifə İlker Türközə tapşırılıb.
Türkiyə tarixində ilk dəfə olaraq Müdafiə Sənayesi Komitəsinin 9 ölkə üzrə müdafiə sənayesi müşaviri postu yaradılıb. Həmin ölkələr arasında isə ilk təyinat Azərbaycana edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə görüşən zaman səfiri müdafiə sənayesi müşaviri İlker Türköz müşayiət edib. Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib və məsləhətləşmələr aparılıb.
Müşavir İlkər Türköz həmçinin “ASELSAN Bakı” şirkətinin baş direktoru Özgür Kürüm ilə də görüşüb.
6-09-2023, 13:47
Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrıldı


Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Qubadlı - Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!