Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
6-09-2023, 13:38
Moskva vəziyyəti dərindən təhlil edəcək - Peskov


Moskva vəziyyəti dərindən təhlil edəcək - Peskov

"Ermənistan və ABŞ-ın təlimlərinin keçirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Moskva vəziyyəti dərindən təhlil edəcək", - sözçü mövzu ilə bağlı əlavə edib.
"Rusiya Federasiyası Suriyaya asayişin bərpasında və terrorçularla mübarizədə yardım göstərməkdə davam edir. Birləşmiş Ştatlar Ukraynanı son ukraynalıya qədər müharibə aparmağa sövq edir və bunun üçün heç bir vasitə əsirgəmir, lakin bu, gedişə təsir edə bilməz", - o qeyd edib.
6-09-2023, 13:21
Ermənilər qeyri-qanuni səngər yolları qazmağa cəhd göstərdilər


Ermənilər qeyri-qanuni səngər yolları qazmağa cəhd göstərdilər

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
6-09-2023, 13:09
Ceyhun Bayramov xorvatiyalı həmkarıyla görüşdü


Ceyhun Bayramov xorvatiyalı həmkarıyla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.
XİN-dən verilən məlumata görə, C.Bayramov və Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.
Tərəflər Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıb. Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb.
Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb. C.Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükəsizliyə təhdid yaratdığı bildirilib.
Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.
Görüşün ardınca nazirlər ADA Universiteti və Xorvatiya Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalayıblar.
Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.



6-09-2023, 12:53
Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb


Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb

Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, sərhəddəki Torham keçid məntəqəsi yaxınlığında atışma səsləri eşidilir.
Hadisə şahidləri faktı təsdiqləyiblər.
6-09-2023, 12:27
Gürcüstanla imzalanmış əməkdaşlıq Sazişinin detalları açıqlandı


Gürcüstanla imzalanmış əməkdaşlıq Sazişinin detalları açıqlandı

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları məlum olub.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.
Sazişə görə, həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir.
Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər. Sənəddə tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərk-silah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər sahələri.

Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:

- rəsmi səfərlər və işçi görüşləri;
- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;
- treninq və təlim tədbirlərində iştirak;
- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;
- konfrans və seminarlarda iştirak;
- mədəni və idman tədbirlərində iştirak;
- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.
6-09-2023, 12:11
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
5-09-2023, 23:20
XİN Başçısı Xorvatiyada erməni təxribatından danışdı


XİN Başçısı Xorvatiyada erməni təxribatından danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın İnkişaf və Beynəlxalq Əlaqələr İnstitutunun (Institute for Development and International Relations –IRMO) təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa müzakirələrində iştirak və çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib.
Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat, logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.
C.Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.
Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta propaqandanın heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq, Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə “blokada” və “çətin humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.
30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu bildirilib.
Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib
5-09-2023, 22:55
Erməni silahlı dəstələri Naxçıvanı atəşə tutdu


Erməni silahlı dəstələri Naxçıvanı atəşə tutdu

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
5-09-2023, 22:43
Türkiyəli nazir Stoltenberqlə Ukraynanı müzakirə etdi


Türkiyəli nazir Stoltenberqlə Ukraynanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.
Bu barədə məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyət, taxıl dəhlizinin bərpası istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü kimi məsələlər müzakirə edilib.
5-09-2023, 22:33
Krım körpüsündə avtomobillərin hərəkəti məhdudlaşdırıldı


Krım körpüsündə avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Rusiyanı ilhaq edilən Krım yarımadası ilə bağlayan körpüdə avtomobillərin hərəkəti dayandırılıb.
Bu barədə körpünün operativ qərargahı məlumat yayıb.
“Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb”, - məlumatda bildirilir.
Hərəkətin dayandırılmasının səbəbləri barədə məlumat verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!