Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-03-2023, 13:37
Qazaxıstan höküməti istefaya getdi


Qazaxıstan höküməti istefaya getdi

Qazaxıstan hökuməti parlamentin aşağı palatasının yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. Bu barədə "Kazinform" məlumat yayıb. Prezident Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.
29-03-2023, 10:54
Deputatın həmkarları güllələnməsinə rəy bildirdi


Deputatın həmkarları güllələnməsinə rəy bildirdi

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Butov.az deputatın güllələnməsinə ictimai-siyasi xadimlərin reaksiyasını təqdim edir:
Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb: "Dəyərli Fazil bəyə atılan güllə hər birimizə atılan güllədir…"
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"
Milli Məclisin deputatı Qənirə Paşayeva: "Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!"
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir. Bəzilərinin o dəqiqə emosionallıqdan , yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir. Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq. Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək , iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub. Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq. Tanrı Dövlətimizi qorusun!"
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və hadisəni törədən layiqli cəzasın alacaq. Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır. Amma əslində bu, indidən qəzəb doğurur. Hansısa millət vəkilini, dövlət adamını, jurnalistləri və başqa təbəqədən olan şəxsləri belə hadisələrlə qorxutmaq olmaz".
Ümid Partiyasının sədri İqbal Ağazadə: "Fazil Mustafaya şəfalar diləyir, cinayətkar(lar)ın dərhal həbsini və hücumun motivini araşdırmağı hüquq-mühafizə orqanlarından tələb edirik".
Deputat Bəhruz Məhərrəmov: "Deputat Fazil Mustafaya yönəlik şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir. Cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur. Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!"
Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Həmkarım Fazil Mustafaya Allahdan acil şəfa diləyirəm. Əminəm ki, hüquq mühafizə orqanları bu məşum cinayəti törədənləri ən qısa vaxtda tapıb məsuliyyətə cəlb edəcəklər".
Deputat İlham Məmmədov: “Bizim də hadisə ilə bağlı geniş məlumatımız yoxdur. Aldığımız məlumata görə, çiynindən və ayağından yaralanıb. İnşallah, ümid edirik ki, bu yaralar yüngül olar, tezliklə ayağa qalxar. İstintaq aparıldıqdan sonra hər şey bilinəcək ki, hadisə necə olub”.
28-03-2023, 23:50
Güllələnən deputat xəstəxanaya yerləşdirildi


Güllələnən deputat xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanaya aparılıb. Deputat 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur. Milli Məclisin deputatları, Fazil Mustafanın yaxınları və jurnalistlər hazırda xəstəxanadırlar. Əməliyyatdan sonra deputatın son vəziyyəti barədə mediaya açıqlama veriləcəyi bildirilir. Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.



28-03-2023, 23:47
Deputata sui-qəsdlə bağlı cinayət işi açıldı


Deputata sui-qəsdlə bağlı cinayət işi açıldı

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir. "Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur", - Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.
28-03-2023, 23:45
Deputat Fazil Mustafa silahlı hücuma məruz qaldı


Deputat Fazil Mustafa silahlı hücuma məruz qaldı

Bu gün axşam saatlarında deputat Fazil Mustafa silahlı hücuma məruz qalıb. Hadisə iftardan sonra baş verib. Belə ki, deputat dostları ilə birlikdə iftar mərasimində iştirak edib. O daha sonra yaşadığı evə yollanıb. Fazil Mustafa evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Hadisə Zabrat ərazisində baş verib. İlkin məlumata görə, deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb. Əraziyə təcili tibbi yardım çağırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Ximdətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
28-03-2023, 23:43
"Qalatasaray" klubunun rəhbəri Azərbaycana təşəkkür etdi


"Qalatasaray" klubunun rəhbəri Azərbaycana təşəkkür etdi

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib. Bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb. "Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.
28-03-2023, 21:39
"Qalatasaray" klubunun rəhbəri Azərbaycana təşəkkür etdi


"Qalatasaray" klubunun rəhbəri Azərbaycana təşəkkür etdi

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə oyunundan sonra Azərbaycana təşəkkür edib. Bununla bağlı funksionerin adından klubun rəsmi tviter hesabında təşəkkür məktubu paylaşılıb. "Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram", - məktubda qeyd olunub.
28-03-2023, 21:34
Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq - Erməni deputat


Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq - Erməni deputat

“Yaxşısı budur ki, Putin öz ölkəsində qalsın. O, Ermənistana gəlməyəcək və həbs olunmayacaq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib. Erməni deputat bildirib ki, əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma statutunu imzalayıbsa, öhdəliklərini icra etməlidir.“Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək”, - Qaqik Melkonyan vurğulayıb. Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
28-03-2023, 21:30
Tokayev Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyasını təsdiqlədi


Tokayev Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyasını təsdiqlədi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında sazişin ratifikasiyasında dair qanunu imzalayıb. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Müqavilə delimitasiya edilmiş dövlət sərhədinin demarkasiyasını nəzərdə tutur. Müqaviləyə əlavələrdə dövlət sərhədinin, sərhəd xətlərinin yeri, onların koordinatları, hündürlük nişanları və hər bir sərhəd xəttinin digər məlumatları əks olunur. Dövlət sərhədinin demarkasiya xəttinin uzunluğu 2356 kilometr 666 metr təşkil edir. Ümumilikdə ölkələr tərəfindən sərhəd xəttində 1301 ədəd sərhəd nişanı quraşdırılıb.
28-03-2023, 21:18
İdmançımız rekorda imta atdı


İdmançımız rekorda imta atdı

Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi davam edir. Altmışdan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar. Bu gün körpücük üzərinə Ravin Alməmmədov çıxıb. Qazaxın “Göyəzən” ağır atletika klubunun təmsilçisi 73 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilçimiz təkanla qaldırma hərəkətində isə 167 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə də gümüş medal qazanıb. R.Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türk Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kiloqramı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub. Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!