Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
28-03-2023, 21:15
Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir


Çin Rusiyaya zirehli gödəkçələr istehsalına kömək edir

Çin Rusiyaya zirehli gödəkçələr istehsal etməyə kömək edir. Bu barədə "Politico" nəşri yazıb. Bildirilir ki, Çinin köməyi ilə istehsal edilən zirehli gödəkçələr Ukraynadakı müharibədə istifadə olunur. 2022-ci ildə bir neçə Çin şirkəti, o cümlədən Pekində yerləşən KLASS şirkəti zirehli gödəkçələrdə istifadə edilən komponentləri Rusiyaya göndərib.
28-03-2023, 21:10
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edildi


Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edildi

Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas mərkəz rolunu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçinin yetişdirilməsi sayəsində gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması geniş vüsət alacaq. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər. Martın 28-də baş tutan açılışda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş xarici işlər naziri, “Technion”un səfiri Qabi Aşkenazi, “Technion” İnstitutunun icraçı vitse-prezidenti və baş direktoru Boaz Qolani, İsrail səfirliyinin nümayəndələri və digər qurumların rəsmiləri iştirak ediblər. Onlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar. Açılışda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Kibertəhlükəsizlik Mərkəzinin yaradılmasını ölkəmizin kibertəhdidlərə hazırlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslərə artıq start verilib. 2 000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçən 60 nəfər dərslərə cəlb olunub. Tədris müddətində ixtisaslaşmış kadr hazırlığı, məlumatlandırma təlimləri, yüksək vəzifəli kibertəhlükəsizlik mütəxəssislərinin ixtisas artırması üzrə təlimlər, kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı olmaqla 4 istiqamətdə təlimlər keçiriləcək. “Technion” İnstitutunun təlim proqramına əsasən keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər öyrədiləcək. Hər təlim periodu üçün 60 nəfər mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika). Hər birində 20 nəfər olmaqla 3 növ ixtisasda hücum, müdafiə və analitiklərdən ibarət komandalar tədris müddətində simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı təqdim olunacaq.


28-03-2023, 21:06
Etirazçılar Makronu istefa verməyə çağırır


Etirazçılar Makronu istefa verməyə çağırır

Fransada pensiya haqqında qanuna etirazlar səngimək bilmir. Etirazçılar pensiya islahatlarının ləğvini tələb edir, eyni zamanda prezident Emmanuel Makronu istefaya çağırır. Daha əvvəl xəbər verildiyi kimi, Fransanın ən böyük şəhərlərində 2023-cü ilin yanvarından etirazlar keçirilir, pensiya islahatının təsdiq edildiyi mart ayından aksiyalar daha kütləvi hal almağa başlayıb. Xatırladaq ki, 2023-cü ilin martında Fransa hökuməti ölkədə pensiya yaşının iki il artırılaraq 64 yaşa çatdırılması barədə qərarı təsdiqləyib.
28-03-2023, 21:04
Zəlzələnin 49-cu günü pişik xilas edildi


Zəlzələnin 49-cu günü pişik xilas edildi

Kahramanmaraşda zəlzələdən sonra yaranmış dağıntıların altında sağ qalan pişik 49 gün sonra xilas edilib. Bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, hazırda pişik tibbi nəzarət altındadır və vəziyyəti normaldır. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
28-03-2023, 20:59
XİN rəhbəri İsrail və Fələstinə səfər edib


XİN rəhbəri İsrail və Fələstinə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
28-03-2023, 14:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.
28-03-2023, 14:10
İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi


İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
28-03-2023, 14:06
Suraxanı rayonunda insan ölümüylə nəticələnən yanğın baş verib


Suraxanı rayonunda insan ölümüylə nəticələnən yanğın baş verib

Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
28-03-2023, 14:03
İranda itkin düşən tələbədən xəbər yoxdur


İranda itkin düşən tələbədən xəbər yoxdur

Fevralın 20-si Almaniyadan İrana səfər edən və sonra barəsində heç bir məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova son günlər oğlunun axtarışını İranda davam etdirir. O, oğlunun taleyi barədə hələ hər hansı məlumat əldə edə bilməyib. Bu barədə “Amerikanın səsi”nə danışan D. Əsgərova bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını açıqlayıb: “Polis dedi ki, təyyarə şirkətindən Fərid Səfərlinin Tehrandan heç yerə uçmaması ilə bağlı məlumat alıb. Bu səbəbdən Fəridlə bağlı İranın Almaniyadakı səfirliyinə məktub göndəriblər. Amma İran səfirliyi polisə hələ cavab verməyib”. D.Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdə olub: “Fəridin evindən kompüterini, şəxsi əşyalarını götürdüm. Kompüterin kodunu polis açdı. Kompüterdən Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, soyadının bir hissəsini, iş yerini, yəni bir xeyli məlumat öyrəndilər”. Fərid Səfərlinin anası daha sonra İrana səfər edib.“Mən bundan sonra İrana gəldim və hazırda buradayam. Fəridin dostu olan qızın iki telefon nömrəsi mənə məlum idi. Hər iki telefon nömrəsi bağlıdır. Telefon nömrələri satılan yerdən qızın ünvanını öyrənməyə cəhd etdim. Onun ünvanını vermədilər. Qız Tehranda Tibb Universitetinin sonuncu kursunda oxuyur. Qumda xəstəxanalarda interna keçir. Qabaqcadan interna keçdiyi xəstəxanaların birinə zəng etdim. Dedilər ki, həmin qız iyirmi gündür işə gəlmir, icazə alıb. Həmin 20 gün oğlumun itkin düşdüyü günlə eynilik təşkil edir. Amma biz həmin xəstəxanaya çatanda vəziyyət dəyişdi. Dedilər, ümumiyyətlə, bu qız orada işləməyib. Təxmin etdiyim digər xəstəxanalara da getdim. Qızın adını, fotosunu, telefon nömrələrini polis mənə verib. Şəkillərini göstərdim. Dedim, qızı tanımırsınız, amma fotoda onunla birgə xəstəxananın digər həkimlərinin də şəkilləri var. Onları da tanımırsınız? Elə bil məlumatlı idilər. Bizi xəstəxanaların qapısından qaytarırdılar. Sanki, bizi qovmaq istəyirdilər. Heç bir məlumat vermədilər”, - o qeyd edib. O, İranda vəkil tutaraq onunla birgə hüquq-mühafizə orqanlarına müraciət edib: “Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə sistemə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”. Dilarə Əsgərova Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət edib. Konsulluqdan da ona məktub göndərdiklərini, İran tərəfinin isə hələ də cavab vermədiyini deyiblər: “Mən onlardan xahiş etdim ki, oğlumun tez bir zamanda tapılması üçün hərəkət etsinlər. Oğlum 26 gündür yoxa çıxıb. Hər dəqiqənin ana üçün nə demək olduğunu bilsinlər. Oğlumun tapılması üçün kömək etsinlər. Mən sizin mətbuat vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, notalarına cavab istəsinlər. Yaxud başqa ölkələrin vasitəçiliyindən istifadə etsinlər. Beynəlxalq təşkilatlara müraciət etsinlər. Bəlkə, İran sonsuza qədər susacaq. Biz də sonsuza qədər oturub onun cavabını gözləyəcəyik?! Mən ana kimi oğlumun taleyindən çox narahatam. Hədsiz dərəcədə narahatam. Bəlkə də, burada Tehranda məndən yüz metr aralıda oğlum həbsxanadadır. Amma mən ondan hər hansı məlumat ala bilmirəm. Heç bir yer mənə məlumat vermir”.
28-03-2023, 13:59
İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb


İran nüvə sazişinin bərpasına dair Qərblə gizi danışıqlar aparıb

İran hakimiyyətinin nümayəndələri 2015-ci il nüvə sazişinin bərpası və amerikalı məhbusların azad edilməsinə dair Qərb rəsmiləri ilə gizli danışıqlar aparıb. Bu barədə "Middle East Eye" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin mənbələri bildirib ki, son həftələrdə Əli Xamneiyə yaxın şəxslər tərəfindən aparılan danışıqlar barədə İran Prezidenti İbrahim Rəisi hökumətinə məlumat verilməyib. Məlumata görə, Avropada aparılan danışıqlara Həsən Ruhani dövründə xarici işlər nazirinin keçmiş müavini işləmiş Abbas Əraqçi rəhbərlik edib. Hazırda Əraqçi Ali Rəhbərə məsləhət verən İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının katibidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!