Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
27-03-2023, 16:50
Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədir


Rusiya Liviyadakı diplomatik missiyasını bərpa etmək niyyətindədir

Rusiyanın Liviyadakı səfiri Aydar Aqanin yenidən paytaxt Tripoliyə qayıdır. Rusiya Liviyada diplomatik missiyasının işini tam bərpa etmək niyyətindədir. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Moskva ölkədəki diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə ümid edir və bu, prioritet olaraq qalır. Qeyd edək ki, bundan əvvəl Boqdanov Liviyanın ikinci böyük şəhəri olan Benqazidə baş konsulluq açmağı planlaşdırdıqlarını bildirmişdi.
27-03-2023, 16:46
NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev


NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb - Patruşev

"NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb, Kiyevi peyk və dronlardan istifadə edərək kəşfiyyat məlumatı ilə təmin edib". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. "Vaşinqton əslində başqa ölkələrin suverenliyini tapdalayır və dünyanın əsas diktatorudur. NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir, əsas məqsədlərini - Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər. NATO peyklər və PUA-lar vasitəsilə Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ müharibələrin sayında çempion oldu və ölkələrin suverenliklərini pozdu", - deyə Patruşev söyləyib.
27-03-2023, 16:42
ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür


ABŞ prezidenti Suriyada qoşunları saxlamağı düşünür

ABŞ prezidenti Co Bayden Suriyada Amerika qoşunlarının mövcudluğunu saxlamağı planlaşdırır. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib. “Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada qeyd edilən qruplaşmaya qarşı vuruşan 1000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ canlıdır”, - deyə Kirbi vurğulayıb. Qeyd edək ki, ABŞ hazırda Suriyada kiçik hərbi birləşmələr saxlayır. Onlar neft və qaz yataqlarını nəzarətdə saxlayır. Rəsmi Dəməşq həmin qüvvələrin öz ərazisindən çıxarılmasını tələb edib.
27-03-2023, 15:02
İsrail Prezidenti etirazçılara çağırış etdi


İsrail Prezidenti etirazçılara çağırış etdi

İsrail Prezidenti İsxaq Hersoq baş nazir Benyamin Netanyahu və hökumətini ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Bu barədə o, özünün twitter hesabında yazıb. Prezident bildirib ki, davam edən etirazlar fonunda İsrailin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır. Hersoq qeyd edib ki, Knessetin (parlament) bütün fraksiyaları “ölkə vətəndaşlarını hər şeydən üstün tutmalı və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməlidir”. "İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident bəyan edib. Xatırladaq ki, ötən ilin dekabr ayında Netanyahu baş nazir postuna qayıdıb və bundan sonra ölkənin hüquq sistemində islahatlar keçirəcəyini bildirib. İslahatlar Ali Məhkəmənin hakimlərinin seçilməsi prosesinə nəzarətin parlament çoxluğuna verilməsini, habelə Ali Məhkəmənin hökumətin qərarlarını ləğv etmək hüququnun əlindən alınmasını nəzərdə tutur. İslahat planı İsrail xalqının etirazlarına səbəb olub, lakin Netanyahu qərarını ləğv etməyib. Dünən Netanyahu islahatlara qarşı çıxan müdafiə naziri Yoav Qalantı vəzifədən azad edib və bu qərar etirazların yenidən alovlanmasına səbəb olub. Gecə boyu aksiyalar davam edib.
27-03-2023, 14:57
“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü


“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü

Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi. Bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
26-03-2023, 23:30
“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü


“Qalatasaray”ın baş məşqçisi Bakı ilə bağlı təəssüratlarını bölüşdü

Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi. Bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
26-03-2023, 23:09
Belarus ərazisindəki nüvə silahları Avropaya təhlükədir - Borrel


Belarus ərazisindəki nüvə silahları Avropaya təhlükədir - Borrel

Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi Avropanın təhlükəsizliyinə təhdiddir. Bu barədə Avropa İttifaqının baş diplomatı Cozep Borrel bildirib. "Belarus hələ də bunu dayandıra bilər, onların seçimi var", - o qeyd edib. Borrel ,həmçinin qeyd edib ki, Aİ Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq yeni sanksiyalar tətbiq etməyə hazırdır.
26-03-2023, 23:03
“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı


“Qalatasaray” “Qarabağ” üzərində qələbə qazandı

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib. Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları 4-cü dəqiqədə Bafetimbi Qomis, 18-ci dəqiqədə Redon Cica, 87-ci dəqiqədə Mauro İkardi vurub. Qeyd edək ki, xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Buna görə “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb. "Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda Türkiyə komandası önə keçib. "Qalatasaray"ın oyunçusu Mauro İkardi 87-ci dəqiqədə penaltini dəqiqliklə yerinə yetirib.
26-03-2023, 22:59
Prezident “Qalatasaray”ın prezidenti ilə görüşdü


Prezident “Qalatasaray”ın prezidenti ilə görüşdü

Bu gün Bakı Olimpiya Stadionunda “Qarabağ” komandası xeyriyyə matçında Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gəlib. Görüş öncəsi Prezident İlham Əliyev "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb.
26-03-2023, 22:53
İsrail Prezidenti İlham Əliyevə təbrik mesajı yolladı


İsrail Prezidenti İlham Əliyevə təbrik mesajı yolladı

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Bu barədə İsrail Prezidenti özünün "Twitter" hesabında yazıb. “Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm mərhələdir”, - Prezident qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!