Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-03-2023, 15:13
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
26-03-2023, 15:10
Putin çinli həmkarıyla danışıqlarının detallarını açıqladı


Putin çinli həmkarıyla danışıqlarının detallarını açıqladı

Martın 20-də Moskvada keçirilən Rusiya və Çin liderlərinin görüşü zamanı tərəflərin qeyri-rəsmi söhbətinin əsas mövzusu Pekinin Ukrayna ilə bağlı planı olub. Bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb. “Kaminin yanında oturub çay içərək, biz yavaş-yavaş hər şeyi danışdıq. Dünyadakı vəziyyəti və müxtəlif aspektləri müzakirə etdik. Söhbət 4 saat davam etdi. Söhbətin nəticəsi qarşılıqlı məmnunluq oldu", - deyə Putin bildirib. Qeyd edək ki, ötən həftə Çin lideri Si Tsinpin Rusiyaya səfər etmişdi.
26-03-2023, 15:06
Səfirliyimizə edilən terror hücumu ilə bağlı istintaq davam edir


Səfirliyimizə edilən terror hücumu ilə bağlı istintaq davam edir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, İran tərəfi istintaqla bağlı Azərbaycanın sorğusuna hələ də rəsmi cavab verməyib. "İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi barədə bizdə hansısa məlumat yoxdur”, - XİN rəsmisi qeyd edib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandalı səfirliyi fəaliyyətini dayandırıb.
26-03-2023, 15:01
Ceyhun Bayramov türkiyəli həmkarıyla telefon danışığı aparıb


Ceyhun Bayramov türkiyəli həmkarıyla telefon danışığı aparıb

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb. Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.
26-03-2023, 14:55
Rusiya və Ermənistanı birləşdirən yol bağlandı


Rusiya və Ermənistanı birləşdirən yol bağlandı

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar hərəkət qadağası tətbiq edilib. Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.
26-03-2023, 14:51
Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - Ərdoğan


Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - Ərdoğan

Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hər şey Stokholmun addımlarından asılıdır", - Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq versə də, İsveçin üzv olmasına razılıq verməyib.
25-03-2023, 23:47
Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - Ərdoğan


Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb - Ərdoğan

Türkiyə İsveç üçün NATO qapılarını bağlamayıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Hər şey Stokholmun addımlarından asılıdır", - Türkiyə lideri bildirib. Qeyd edək ki, Türkiyə Finlandiyanın NATO-ya üzv olmasına razılıq versə də, İsveçin üzv olmasına razılıq verməyib.
25-03-2023, 23:44
Türkiyə Ermənistan üzərində qələbə qazandı


Türkiyə Ermənistan üzərində qələbə qazandı

AVRO-2024-ün seçmə mərhələsində D qrupundə yer alan Türkiyə yığması Ermənistanın qonağı olub. Türkiyə komandası Ermənistan millisi üzərində əzmkar qələbə qazanıb. İrəvanda keçirilən oyun qardaş ölkənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, matçın 10-cu dəqiqəsində türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb. İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb.
25-03-2023, 23:42
Aİ Rusiyaya sanksiya tətbiq etməkdən yorulub - Polşa naziri


Aİ Rusiyaya sanksiya tətbiq etməkdən yorulub - Polşa naziri

Avropa İttifaqı (Aİ) Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən yorulub. Bunu Polşanın baş naziri Mateuş Moravieski RMF FM-ə müsahibəsində bildirib. O yeni sanksiyalar məsələsinin yaxın həftələrdə Aİ-nin gündəminə qayıdacağını deyib. “Bu gün əlavə sanksiyalara istək azdır. Düşünürəm ki, yorğunluq var”, - Baş nazir qeyd edib. Martın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, 11-ci sanksiyaları paketində Aİ əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə qarşı mübarizəyə diqqət yetirmək niyyətindədir.
25-03-2023, 23:39
İran ABŞ-ın hücumlarına dərhal cavab verəcək - Keyvan Xosrəvi


İran ABŞ-ın hücumlarına dərhal cavab verəcək - Keyvan Xosrəvi

İran Suriyada ABŞ-ın hədəf aldığı bazalara hücumlara dərhal cavab verəcək. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi bildirib. O, ABŞ qüvvələrinin Suriyada olmasının qanunsuz olduğunu bildirib: "ABŞ Suriyanın bir hissəsində qeyri-qanuni işğalının nəticələrindən qaçmağa çalışır. Bu ölkənin ordusu İrana qarşı saxta ittihamlar irəli sürür". Qeyd edək ki, son bir neçə gündə ABŞ Suriyada İran hədəflərinə zərbələr endirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!