Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-03-2023, 22:47
Prezident xanımı ilə “Qarabağ”-“Galatasaray” oyununu seyr etdi


Prezident xanımı ilə “Qarabağ”-“Galatasaray” oyununu seyr etdi

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.






26-03-2023, 22:41
Azərbaycan XİN-dən Fransaya çağırış


Azərbaycan XİN-dən Fransaya çağırış

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib. "Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq. Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir", - XİN rəsmisi qeyd edib.
26-03-2023, 22:38
Əmək və işləməyin vəhdəti

Əmək və işləməyin vəhdəti

Bəzən özünü nə edəcəyini bilmədiyin halda tapırsan. Aqibətsiz, nəticəsiz yolda addım-addım gedirsən…Ən xırda bir əhvalatı gözündə böyüdər, aşılmaz hala gətirərsən. Bu duyğu və düşüncələri səhərin 5-ə bənzədirəm. Nə ənvarı var, nə də zülməti. Arabir özümüzə bu sualı veririk. ”Mən nə edim? Həyatım, varlığım və gələcəyimlə bağlı…” Nə etməyimizdən asılı olmayaraq, hər işdə əməyin rolu danılmaz faktordur. ”ƏMƏK”—İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyətidir.
Həyatımızın hansı mərhələsində olmağımıza baxmayaraq, püxtələşəcəyimiz yol zəhmətkeş olmağımız və külüng çalmağımızdan asılıdır. ”Mən nə edim?” sualına cavab tapmadıqda təlaş, vəlvələ hissləri köksümüzdə sıxışır. Bu səbəbdən heç bir şey eləməmək sadə yol kimi görünür. Bu yoran və qeyri-məhsuldar zamandan başqa heçnə deyil. Benjamin Franklin çox gözəl deyib:
”Əgər planın yoxdursa, uğursuzluq zəmanətli planı hazırlamısan”. Uğurlu insanlara baxanda hamısının məqsədi olduğunu görürük. İstək və arzularımızı reallaşdırmaq üçün öncə məqsədimizi təyin etməliyik. Məqsədə çevrilməyən addımlar sadəcə xəyal və xülyamızda var olur. Başqa insanların bizim arzularımızı reallaşdıran zaman görürük. Bu vəziyyəti dəyişmək üçün elə bu gündən məqsədlərimizi təyin edib, üzərində işləməyə başlaya bilərik. Fikirləri reallaşdırmaq, həyata keçirmək lazımdır. Hərəkətə keçəndə bizə əngəl olan əsas nüans hər şeyin mükəmməl olmasını gözləməkdir. Mükəmməliyyətçilik özünü 2 cür göstərir:
Əzmkar və acgöz olmaqda. Acgöz və əzmkar insanlar bir-bir ilə gecə və gündüz qədər fərqlidirlər. Acgöz insan-hədəfə gedən yolda, hədəfdən başqa heç nəyi görmür . O, öz arzusuna çatana kimi xoşbəxt deyil. Əzmkar insan-hədəfə gedən yolda tək niyyətinə fokuslanmır. O, həm də bu yolun yükündən bir növ həzz alır. Acgöz insan-nəticə yönümlüdür.
Əzmkar insan-proses yönümlüdür. Bir işin “DEffekt və ANormal” olmaması üçün əmək sərf etmək lazımdır. Deffekti effektə, anormalı normala çevirmək üçün əməksevər olmaq, əziyyət çəkmək zəruridir. Həyat uğursuzluq, qorxular, qayğılar, panikalar, qeyri-müəyyənliklər silsiləsi deyil. Bizim əmək vasitəsilə bütöv halına gətirəcəyimiz bir mərhələdir. Bu tarixi dövrü düzgün dəyərləndirmək gərəkdir.
Samirə Kərimli,
BDU jurnalistika fakültəsinin tələbəsi
26-03-2023, 22:38
Türkmənistanda parlament seçkiləri başa çatdı


Türkmənistanda parlament seçkiləri başa çatdı

Türkmənistanda parlament seçkiləri sona çatıb. Bu barədə TASS məlumat yayıb. Səslər sayıldıqdan sonra rəsmi nəticələr elan ediləcək.
26-03-2023, 22:35
Putin Mariupol şəhərinə səfərindən danışdı


Putin Mariupol şəhərinə səfərindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Mariupol şəhərinə (Rusiya tərəfindən işğal edilib - red.) səfərindən danışıb. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, Putin minik avtomobili ilə Mariupola gedərkən təhlükəsizlik kəməri taxmayıb. "Belə daha yaxşı idi. Zərurət yaranarsa, maşından sürətli şəkildə düşmək mümkün olsun deyə belə etmişdim", - Putin deyib.
26-03-2023, 22:31
Ukrayna sülh danışıqlarında razılığa gəlməlidir - Macarıstan XİN


Ukrayna sülh danışıqlarında razılığa gəlməlidir - Macarıstan XİN

"Sülh danışıqlarına çağırış o demək deyil ki, Rusiya ələ keçirmiş olduğu Ukraynanın bütün bölgələrini alacaq". Bu fikirləri AP-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. "Müharibəni dayandırmaq və danışıqlar masası arxasına oturmaq o demək deyil ki, siz status-kvonu qəbul edirsiniz. Müharibə dayanıb sülh danışıqları başlayanda sərhədlərin cəbhə xəttinin keçdiyi yerdə olması qətiyyən vacib deyil. Biz bunu öz tariximizdən bilirik”, - Siyarto bildirib. O, atəşkəsə dərhal başlamağın vacib olduğunu bəyan edib.
26-03-2023, 15:40
Trampdan ABŞ dəyərləndirməsi - Banan respublikasına çevrilib


Trumpdan ABŞ dəyərləndirməsi - Banan respublikasına çevrilib

"ABŞ banan respublikasına çevrilib". Bunu ölkənin sabiq prezidenti Donald Tramp deyib. "Üçüncü dünya ölkələrindən biri, banan respublikası - biz belə olduq", - deyə o bildirib. Tramp ABŞ-ın ən aktual problemləri arasında sərhədlərin mühafizəsi, seçki sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi məsələlərini xüsusi qeyd edib.
26-03-2023, 15:36
Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb


Moldovada dövlət dilinin dəyişdirilməsiylə bağlı qalmaqal yaşanıb

Moldova Prezidenti Maya Sandu ötən günlərdə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. "Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib. Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Sözügedən qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib. Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Belə ki, sənəd birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. Qeyd edək ki, qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilib. Onu da bildirək ki, Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur. Moldovalı jurnalist Julia Semenov müzakirələrə səbəb olan qanunla bağlı danışıb. O bildirib ki, dilin adının dəyişdirilməsinin heç bir mənası yoxdur. “Bizdə rəsmi dil Rumın dilidir, parlament iki həftə əvvəl müzakirə edib və artıq qanunu təsdiqləyiblər. Əvvəl Moldova adı var idi, amma eyni dildir. Bəziləri belə qərarın verilməsinə qəzəblənirlər. Onların da başında ruslar dayanır. Çünki dilin adı məsələsini geosiyasətlə əlaqələndirirlər. Digər tərəfdən ölkədə olan ruspərəstlər bunun Moldova dövlətini məhv etmək məqsədi daşıdığını düşünürlər. Eyni zamanda bunu böyük bir iş kimi görməyən kütlə də var. Üçüncü tərəf isə qərarın verilməsinə sevinir”, - deyə jurnalist vurğulayıb.
26-03-2023, 15:30
Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisinə başlanılıb


Zəlzələ bölgəsində 54 minə yaxın evin tikintisinə başlanılıb

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələ bölgəsində görülən işlərlə bağlı məlumat verib. Nazir bu barədə twitter səhifəsində yazıb. "İndiyədək zəlzələ bölgəsində 53 830 evin tikinti prosesinə başlamışıq. Artıq onlardan 22 min 467-nin təməlini qoymuşuq. Canlanma və quruculuq prosesimizlə 11 şəhərimizdə yeni bir şəhərsalma dastanı yazacağıq!", - deyə o bildirib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
26-03-2023, 15:15
Qərb Ukraynanı gizli şəkildə silahla təmin edir, lakin.. - Putin


Qərb Ukraynanı gizli şəkildə silahla təmin edir, lakin.. - Putin

“Qərb Ukraynanı gizli şəkildə silahla təmin edir, lakin Rusiya hərbçiləri onu çatdırılma prosesində məhv etməyə çalışırlar”. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. "Bizim hərbçilər haradasa buna nail olur, haradasa yox. Gecələr gizli şəkildə aparırlar", - o əlavə edib.“Heç kəsin şübhəsi olmasın ki, kimsə sadəcə olaraq biganədir, silah tədarükünə icazə verir və sair. Xeyr, əlbəttə”, - Putin vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!