Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-02-2023, 16:38
Sabaha olan hava proqnozu


Sabaha olan hava proqnozu

Azərbaycanda fevralın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
19-02-2023, 16:35
Ermənistanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinə səfərdədir


Ermənistanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinə səfərdədir

Ermənistanın müdafiə naziri Suren Papikyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, o, səfər çərçivəsində bu ölkədə keçirilən beynəlxalq müdafiə sənayesi konfransının açılışında iştirak edib. Məlumata görə, tədbir "IDEX and NAVDEX 2023" beynəlxalq forumları çərçivəsində keçirilir. Konfransda hərbi sahədəki çağırışlar və problemlərin həlli yollarının müzakirə ediləcəyi vurğulanıb.
19-02-2023, 16:32
Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlanıb


Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlanıb

Rusiya-Gürcüstan sərhədindən keçən Yuxarı Lars yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda ərazidə güclü qar yağması müşahidə olunur. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil. Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.
19-02-2023, 07:50
TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.

1948-ci ildə Qaradəniz Eregil də doğulmuş Melek Sina Baydur orta təhsilini Üsküdar Amerikan Liseyində ali təhsilini isə İstanbul Universiteti İqtisad fakultəsində almışdır. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2001-2003-cü illərdə Xarici İşlər Nazirliyində Çox Tərəfli Mədəniyyət İşləri üzrə İdarə müdirinin müavini vəzifəsində çalışıb. Türkiyənin Bosniyada (03.01.2003-16.12.2005) və Sloveniyada (01.01.2006- 29.02. 2008) Sloveniyada səfir vəzifəsində çalışmışdır. 2008-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində Təhsil Mərkəzinin müdiri təyin edilib. 2010-2014-cü illər arasında YUNESCO-da Türkiyə Milli Komissiyasının rəhbəri vəzifəsində çalışmışdır. Onun siyasi yüklü məktublarını “Bütöv Azərbaycan”ın oxucularına təqdim edirik:

Hörmətlə,
Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri


TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.
ASALA-nın ruh atası Qurgen Yanıkyanın məzarının Ermənistana köçürülərək ordu məzarlığında təntənəli surətdə gömülməsi. 1973-cü ildə erməni terrorçu Q.Yanıkyan tərəfindən qətl edilmiş Türkiyənin Los Angelesdəki Başkonsulun müavini Bahdur Demirin həyat yoldaşı istefada olan səfir Melek Sina Baydur Ermənistan Prezidenti Armen Sarkisyana etiraz əlaməti olaraq yazdığı açıq məktub Erməni terrorizminin məhz dövlət siyasəti olmasının bariz nümunəsidir.
Şəhid diplomatın həyat yoldaşından Ermənistan Prezidentinə etiraz.
Melek Sina Baydur Hörmətli Prezident mətbuat vasitəsi ilə öyrənmiş olduğum bir xəbərdən duyduğum çaşqınlıq üzüntü və etirazımı diqqətinizə çatdırmağın vacib olduğunu düşünərək bu məkubu yazıram. Həyat yoldaşımın qatili olan və Santa Barbara Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı təqsirini boynuna alan “Yanikyan” adlı bir qatilin Ermənistanda ordu məzarlığında əskəri törənlə dəfn edilməsinə öz etirazımı bildirirəm.
AÇIQ MƏKTUB
Melek Sina Baydur: “Yerdə can verən iki insanı öldürən cani necə qəhrəman ola bilər?!”
“27 yanvar 1973-cü il tarixində ABŞ-ın Santa Barbara qəsəbəsində Q. Yanikyan adlı bir ABŞ vətəndaşı Türkiyə Cümhuriyyətinin Los Angeles Başkonsulu Mehmet Baydar ilə həyat yoldaşım olan konsul Bahadır Demiri əvvəlcədən hazırladığı bir plan çərçivəsində vəhşicəsinə öldürmüşdür. Hadisə ilə əlaqədar olaraq Santa Barbara Məhkəməsində baxılan məhkəmə prosesində Yanikian adlı cani təqsirini qəbul etmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Bu hadisə və məhkəmə haqında məlumatlı olduğunuzu düşünürəm.
Təəcübümə səbəb olan, məni üzən və bu açıq məktubu yazmağa məcbur edən isə bu şəxsin məzarının ölkənizin paytaxtına köçürülərək onun ordu məzarlığında dəfn edilməsidir. Mənim bildiyimə görə ordu məzarlığında ölkəsinin müdafiəsi zamanı həyatlarını itirən qəhrəmanlar üçün nəzərdə tutulmuş bir yerdir. Müdafiəsiz, sülhpərvər, günahsız iki diplomatı yalan söyləyərək cinayət törətmək üçün düşünülmüş bir yerə apraraq və onları öncədən hazırladığı silahla vuran və bundan sonra yerdə can verən iki insanın başlarının ortasından dayadığı silahla bir daha vuran şəxs necə qəhrəman sayıla bilər?

Ayrıca məhkəmədə məqsədinin başqalarına nümunə olduğunu bəyan edən bu şəxsi ittihamı müdafiə edən prokuror siyasi terror kimi qiymətləndirmişdir. Belə xəstə ruhlu cani bir adama qəhrəman obrazı geyindirməyin arxa planındakı məqsədinizin daxili və xarici siaysətdəki maraqlarınıza xidmət etdiyi açıq görsənməkdədir. Bu hadisənin dövrümüzün bəlası olan terrorizimin təşviq edilməsi düşünmürsünüzmü?
Hörmətli Prezident,
Mən istefada olan Səfirəm. Daxili siyasət mənim bildiyim bir sahə deyil. Amma ölkələr arasında mövcud problemlərin sülh yolu ilə həlli və ya gələcəkdə baş verə biləcək münaqişələrin qarşısının alınması üçün uğurlu xarici siyasət təmsilçisinin həm rəsmi dövlət orqanları qarşısında, həm də cəmiyyət qarşısında səy göstərməsinin zəruriliyini və vacibliyini çox yaxşı bilirəm.
Bir qatillə bağlı atılan bu addım iki qonşu ölkə arasında yarana biləcək sülhə kölgə sala bilər.
Məqsəd dostluq münasibətləri yaratmaq və möhkəmləndirmək deyilsə, yalnız incimiş insanlar qalır və ailələr birinci yerdədir. Ona görə də ailələr sizdən üzr istəməyinizi gözləmək hüququ var.
Hörmətlə, Sina Baydur
29 may 2019-cu il
19-02-2023, 02:01
Minsk qrupu faktiki olaraq mövcud deyil - Prezident


Minsk qrupu faktiki olaraq mövcud deyil - Prezident

Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı vurğulayıb: “Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil. Ola bilsin, yalnız kağız üzərində mövcuddur. 28 il ərzində heç bir nəticə verməmiş Minsk qrupunun sabiq həmsədrlərinin vəziyyətə təsir göstərmək üçün hələ də bəzi vasitələri var. Buna görə də bizim Birləşmiş Ştatlar, Rusiya və indi həm də Avropa İttifaqı tərəfindən təşkil edilən platformamız var”. Prezident İlham Əliyev qeyd edib ki, Fransa hökumətinin birtərəfli ermənipərəst mövqeyi səbəbindən o, artıq orada yoxdur. “Bu da aydındır, sən vasitəçisənsə, kiminsə tərəfini saxlaya bilməzsən. Siz kiminsə tərəfini saxlamağınızı nümayiş etdirə bilməzsiniz”, - deyə dövlətimizin başçısı qeyd edib.
19-02-2023, 01:59
Prezident Qarabağ ermənilərinə şərtini irəli sürdü


Prezident Qarabağ ermənilərinə şərtini irəli sürdü

"Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı söyləyib. “Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin”, - deyə dövlətimizin başçısı əlavə edib.
19-02-2023, 01:56
Qarabağ erməniləri bizim vətəndaşımızdır - İlham Əliyev


Qarabağ erməniləri bizim vətəndaşımızdır - İlham Əliyev

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib. Dövlətimizin başçısı deyib: “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib”.
19-02-2023, 01:39
Rusiya Çindən dronlar alır


Rusiya Çindən dronlar alır

Rusiya sanksiyalara baxmayaraq, Ukraynaya qarşı müharibədə Çinin DJI şirkətindən dronlar alır. Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Qəzet yazır ki, dronların bir hissəsi Rusiya distribyutorları, digərləri isə Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə daşınır. Bundan əlavə, bəzi pilotsuz uçuş aparatları və onların hissələri Avropa İttifaqı vasitəsilə daşınıb. Pentaqon narahatdır ki, bu pilotsuz uçuş aparatları Rusiyanın hərbi səylərini gücləndirir, həmçinin Çinə kritik kəşfiyyat məlumatları toplamağa imkan verir.
19-02-2023, 01:36
Ermənistanın ərazi iddialarından əl çəkməsini istəyirik - Prezident


Ermənistanın ərazi iddialarından əl çəkməsini istəyirik - Prezident

"Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində deyib. "Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə, onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar", - dövlət başçısı vurğulayıb.
19-02-2023, 01:31
İlham Əliyev plenar iclasdan sonra jurnalistlərin suallarını cavablayıb


İlham Əliyev plenar iclasdan sonra jurnalistlərin suallarını cavablayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib. Butov.az müsahibəni təqdim edir.
- Cənab Prezident, Real Televiziyasının bir sualı olacaq. Olarmı? Cənubi Qafqazın təhlükəsizliyindən söhbət getdi, yəni, Siz 2020-də də burada iştirak etmişdiniz və bu 2-3 il ərzində baş verənləri nəzərə alsaq, Siz faktiki olaraq təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdiniz.
-Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir. Şadam ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Yəqin, siz görmüsünüz ki, iştirakçıların sayı da kifayət qədər çox idi, maraq da kifayət qədər böyük idi. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür. O ki qaldı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.
-Təşəkkür edirik. Ermənistan baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildi. Yəni, hələ də, ikinci dəfə görüşdə, belə deyək, yenə öz amplualarındadır. Nə istəyirlər?
- Bilmirəm, bunu siz daha yaxşı şərh edə bilərsiniz. Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərdən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi. Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik. Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun. Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə, onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar.
-Cənab Prezident, bir sual da xahiş edirik. Avropa İttifaqının nümayəndələri ilə görüşərkən Fransanın qərəzli mövqeyi ilə bağlı hər hansı bir fikir səsləndirilibsə, istərdik ki, bu haqda da eşidək.
- Bu haqda mənim tərəfimdən nə isə demək bəlkə düzgün olmaz. Amma əlbəttə ki, bütün görüşlərdə bu məsələ gündəlikdə idi. Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi də anlayışla qəbul edilir.
-Cənab Prezident, üzr istəyirəm, bir sual da verəcəyəm. Deməli, burada enerji təhlükəsizliyi ilə bağlı panellər keçirilir. Ümumiyyətlə, necə bilirsiniz, Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropa İttifaqı ilə. Yəni, Azərbaycan burada faktiki olaraq hərəkətverici qüvvədir. Bir daha istəyərdik ki, Sizdən bu barədə bir şərh eşidək.
- Bu təbiidir. Yəni, bu, yəqin, artıq həqiqətdir ki, əlavə şərhlərə də ehtiyac yoxdur. Həm Davos Forumu çərçivəsində, həm burada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.
Jurnalistlər: Çox sağ olun.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!