20-08-2022, 01:16
Bayden təsdiqlədi - Ukraynaya bu silahlar göndəriləcək ABŞ prezidenti Co Bayden Ukraynaya 775 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Mətbuatda yayılan məlumatlara görə, yeni yardım paketinə aşağıdakılar daxildir:
- HIMARS sistemləri üçün raketlər
- 15 ədəd "Sky Eagle" kəşfiyyat PUA-ları
- 1500 ədəd TOW tank əleyhinə qumbaraatan
- "Harm" radar əleyhinə raketlər
- 1000 ədəd "Javelin" tank əleyhinə raket
- 40 ədəd minaya qarşı qorumalı maşın
- 16 ədəd artilleriya qurğusu və onlar üçün mərmilər
- Minatəmizləmə avadanlıqları
20-08-2022, 01:10
İranda snayper təlimlərinə start verildiİran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub. Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar. Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində iştirak edən hərbi qulluqçularımız Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.
20-08-2022, 01:05
Qəbələ və Xaçmazda meşə yanğınları söndürüldü Avqustun 15-dən etibarən Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində qeydə alınmış yanğınlar bu gün axşam saatlarında tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlkin məlumata əsasən, yanğın nəticəsində Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri və Tufandağ yaxınlığında təqribən 4 hektar ərazidə kol-kos və qurumuş ağaclar, eləcə də Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığındakı əkin yerlərində və meşə massivində ümumilikdə 32 hektar ərazidə biçilmiş taxıl sahəsi, kol-kos və qurumuş ağaclar yanıb. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Şimal və Şimal-qərb Regional mərkəzlərinin müvafiq qüvvələri, eyni zamanda Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, "Azərsu" ASC-nin və yerli icra orqanlarının əməkdaşları iştirak edib.
20-08-2022, 00:56
Avropa Məhkəməsindən Ermənistana rədd cavabı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd edib. Bu barədə Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib. "Bu gün İnsan Hüquqları üzrə Avropa Məhkəməsi növbəti dəfə Azərbaycana münasibətdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair Ermənistanın vəsatətini rədd edib", - deyə o bildirib.
20-08-2022, 00:54
ABŞ Çexiyaya pulsuz helikopterlər verəcək
ABŞ Çexiyaya səkkiz ədəd "Bell" hərbi helikopteri verəcək. Bu barədə ABŞ-ın Praqadakı səfirliyi məlumat yayıb. Çexiya Sovet dövründən qalma texnikanı, o cümlədən helikopterləri Ukraynaya ötürməklə öz ordusunun modernləşdirilməsini sürətləndirməyə çalışır. “Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri bizim aydın və sarsılmaz mövqeyimiz öz bəhrəsini verir”, - müdafiə naziri Yana Çernoxova deyib. ABŞ səfirliyi "Twitter"də bildirib ki, daha əvvəl sifariş edilmiş 12 helikopterdən əlavə daşınma və təkmilləşdirmə xərcləri istisna olmaqla, helikopterlər pulsuz veriləcək.
20-08-2022, 00:42
İran hərbçiləri Füzuli və Xocavənddə
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli və Xocavənd rayonlarında olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Sonra nümayəndə heyəti şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər. Komando hərbi hissəsini ziyarət edən İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri burada hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar. Nümayəndə heyəti, həmçinin hərbi hissənin təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyib. Qonaqlara 2016-cı ilin Aprel döyüşləri və Vətən müharibəsində hərbi birliyin keçdiyi döyüş yolu haqqında geniş brifinq təqdim edilib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə də tanış olub.
20-08-2022, 00:33
Baş nazir yeni qərar imzaladıEnerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası təsdiq edilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Əli Əsədov “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı imzalayıb. Qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib. Sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydasını, o cümlədən enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtlərini müəyyən edir. Enerji effektivliyi xidmətləri sifarişçi ilə icraçı arasında bağlanılmış və müvafiq qaydada tərtib edilmiş müqavilə əsasında göstərilir. Enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir.
20-08-2022, 00:17
Finlandiya, İsveç və Türkiyə rəsmiləri görüşəcəkNATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç təmsilçiləri avqustun 26-da Türkiyə rəsmiləri ilə görüşəcək. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Görüş Finlandiyada keçiriləcək. Məlumatı Finlandiya tərəfi təsdiqləyib. İsveç Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, ilk iclas avqustun 26-da keçiriləcək. İyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında Ankaranın narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb.
20-08-2022, 00:13
ABŞ Ukraynaya müşahidə PUA-ları verəcək ABŞ-ın Ukrayna ilə bağlı yeni hərbi paketinə kəşfiyyat tipli pilotsuz uçuş aparatları (PUA) da daxil olacaq. Bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb. Yardım paketinə ilk dəfə minaya qarşı qorumaya malik maşınlar daxildir. Adının açıqlanmasını istəməyən məmur paketin 775 milyon dollar dəyərində olacağını, paketə, həmçinin əlavə sursat və 16 artilleriya sisteminin də daxil olduğunu bildirib. Bundan əlavə, yardım paketinə 15 ədəd "Scan Eagle" müşahidə PUA-sı, 40 ədəd "MaxxPro" adlı minaya qarşı qorumalı maşın və 1000-ə yaxın "Javelin" tank əleyhinə raket daxildir.
20-08-2022, 00:10
İkinci Dünya Müharibəsinə aid aviabomba tapıldı
Xorvatiyanın Osiyek şəhərindəki Drava çayında İkinci Dünya Müharibəsi dövrünə aid aviabomba tapılıb. Bu barədə Xorvatiya polisi məlumat yayıb. Drava çayı ətrafında gəzən bir şəxsin suda obyekt gördükdən sonra polisə xəbər verdiyi bildirilib. Bombanın çəkisinin 150 kiloqram olduğu deyilir.