20-08-2022, 22:05
Nazir müavini yanğına görə Siyəzənə gedibSiyəzən rayonunun Dağ Quşçu kəndindəki meşəlik ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində yanğından mühafizə tədbirləri davam etdirilir.
Butov.az xəbər verir ki, yanğın kəndin mürəkkəb relyefli dağlıq ərazisində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 300 canlı qüvvəsi, 5 ədəd yanğınsöndürmə avtomobili, Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 ədəd helikopteri də cəlb edilib. FHN-in yanğınsöndürmə qüvvələri əməliyyat şəraitinə uyğun olaraq operativ qaydada qabaqlayıcı tədbirlər həyata keçirir. Hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev gəlib. O, müvafiq göstəriş və tapşırıqlarını verir. Bildirilib ki, kəndin təxminən 40 hektara yaxın ərazisində yanğın baş verib və hazırda tədbirlər aparılır. Qeyd edək ki, Siyəzən rayonunun Dağ Quşçu kəndinin meşəlik ərazidəki yanğın avqustun 19-u axşam saatlarından başlayıb.
20-08-2022, 21:58
İki azyaşlı övladını xilas etməyə çalışan ata və əmi suda boğulubSaatlıda azyaşlıları boğulmaqdan xilas etməyə çalışan 2 nəfərin ölüm faktı ilə bağlı araşdırma aparılır. Saatlı rayon prokurorluğundan verilən məlumata görə, avqustun 19-u, saat 19 radələrində Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən iki azyaşlı uşağını xilas edərkən özləri suda boğularaq ölüb. Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
20-08-2022, 21:54
Kissincer: Ukraynadakı münaqişə danışıqlarla bitməlidirABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, Ukraynada uzanan müharibənin getdikcə kəskinləşməsi təhlükəlidir və münaqişə təcili danışıqlar yolu ilə həll edilməlidir. Henri Kissincer bunu CNN-ə açıqlamasında bildirib. "Bu (münaqişə) danışıqlarla bitməlidir. Mən təklif edərdim ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlanmışdı. NATO ilə sıx bağlı idi və NATO ilə müəyyən əlaqələr qalacaq”, - deyə o bildirib. “Məncə, Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflər səhv idi, lakin baş verənləri nəzərə alsaq, bu, keçmişdə qalıb. Mən müharibəni qeyri-müəyyən müddətə uzatmaqdan çəkinərdim.Çünki tədricən Birinci Dünya Müharibəsinə bənzəyəcək, yəqin ki, eskalasiya olacaq. Ona görə də ümid edirəm ki, tezliklə NATO ölkələri danışıqlar barədə bir-birilə razılığa gələcəklər”. Eyni zamanda, Kissincer deyib ki, Rusiya münaqişə başlamazdan əvvəl mövcud olan xəttdən geri çəkilməlidirlər. “Bundan sonra NATO ölkələri Rusiya ilə münasibətləri necə quracaqlarına qərar verməlidirlər ki, bu dövlət “Avropanın bir hissəsi olacaqmı, indi mümkündürmü, yoxsa Avropanın kənarında Çin forpostu olacaq..”. Keçmiş dövlət katibi əlavə edib: "Mən birincini hədəfləyərdim". May ayında 99 yaşlı Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib. O, Ukraynada nizamlanmaya dair danışıqlara başlamağın vacibliyini vurğulayıb Bir sıra Qərb mediası Kissincerin sözlərini Rusiyaya güzəştə çağırış kimi qiymətləndirib və onu tənqid edib. Kissincer 1923-cü ildə Almaniyada anadan olub. 1938-ci ildə ailəsi nasistlərdən qaçmaq üçün ABŞ-a mühacirət edib. ABŞ Silahlı Qüvvələrinin tərkibində İkinci Dünya Müharibəsində iştirak edib. Siyasətçi 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, 1973-1977-ci illərdə isə dövlət katibi vəzifəsini tutub.
20-08-2022, 21:49
Putin və Cinpin G20-də Qərbə itaətsizlik nümayiş etdirəcəklərRusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə qatılsalar, bundan Qərbə qarşı itaətsizlik üçün istifadə edə bilərlər. Bu barədə nüfuzlu “South China Morning Post” nəşri analitiklərə istinadən yazıb. İndoneziya prezidenti Coko Vidodonun sözlərinə görə, Putin onunla söhbətində sammitə gəlmək niyyətini artıq şəxsən bəyan edib. Vidodo da bildirib ki, Si Cinpinin də liderlərin görüşünə gələcəyi gözlənilir, baxmayaraq ki, Çin Xarici İşlər Nazirliyi hələ bunu təsdiqləməyib. Qəzet qeyd edir ki, Moskva və Pekinlə Qərb arasındakı gərginlik G20 sammitinə kölgə sala, tutduqları mövqedən asılı olmayaraq, digər ölkələr üçün də pis nəticələr verə bilər. Si Cinpin G20-yə getsə, bu, onun pandemiyanın başlanğıcından bəri ilk xaricə səfəri olacaq.
20-08-2022, 21:40
Hacıyevlə Qriqoryanı görüşdürən Brüssel Kremli dəli edəcəkXəbər verildiyi kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bildirdiyinə görə, ötən gün Brüsseldə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlər və Aİ-nin rolu ilə bağlı məhsuldar müzakirələr aparılıb.
Butov.az-ın məlumatına görə, görüşü şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsilə bağlı budəfəki əsaslı müzakirəsi də Moskvada xoş qarşılanmayacaq: “Brüssel yenə Kremli dəli edəcək. Kreml Ukraynaya qarşı işğalçı müharibə və Avropa İttifaqının sanksiyaları fonunda Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyini və həmlələrini qısqanclıqla qarşılayır. Kreml “görəsən Brüsseldə konkret nələr müzakirə edilib”, “hansı razılaşmalar var” kimi suallara cavab tapmaq üçün yaxın günlərdə Bakıya və İrəvana emisarlarını göndərəcək”.
20-08-2022, 21:26
Ruslar 7 dinc sakini öldürdüÖtən sutka ərzində Rusiya hərbçiləri Donetsk vilayətində 7 dinc sakini qətlə yetirib. Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram səhifəsində bildirib. "Rusiya dinc insanları qətlə yetirir! Avqustun 19-dan bəri ruslar Donbasda 7 dinc sakini öldürüblər: onlardan 4-ü Baxmutda, 1-i Drujbada, 1-i Konstantinovkada, digər 1 nəfər isə Severnıda ölüdürülüb. 13 nəfər isə yaralanıb", - deyə o yazıb.
20-08-2022, 21:24
Rusiya Donbasda kütləvi hücuma keçibRusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücuma keçib, ağır döyüşlər davam edir. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir. Slavyansk istiqamətində Nemalenkoe, Suliqovka və Mazanovka yaxınlığında tanklardan, top artilleriyasından və çoxsaylı raket sistemlərindən istifadə olunduğu qeydə alınıb. Baş Qərargah bildirib ki, Novodmitrovka, Vernopolye və Kurulka yaxınlığında düşmən bölmələri hücum əməliyyatları keçirməyə cəhd edib, onların qarşısı alınıb və geri çəkilib. Kramatorsk istiqamətində düşmən top və raket artilleriyasından Rozdolevka, Sidorov, Disputable və Prişib ərazilərini atəşə tutub. Döyüş bölgəsində hava kəşfiyyatı aparıb. Ruslar yaxınlıqdakı İvano-Daryevka istiqamətindən də hücuma keçməyə çalışır, döyüşlər davam edir. Baxmut istiqamətində Zaitsevo, Baxmutskoye, Veseloye, Baxmut, Andreevka, Kodema və Mayorsk yaşayış məntəqələrinin ərazilərində mülki infrastruktur yanğına məruz qalıb. İşğalçılar Baxmut, Zaitsevoe və Kodema yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları keçirib, döyüşlər davam edir.
20-08-2022, 21:14
Britaniyalı nazir Putinlə görüşdən imtina etdi
Böyük Britaniyanın xarici işlər naziri və baş nazir postuna namizədi Liz Truss Rusiyanın noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirakına dair fikrini dəyişib. Bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Truss hesab edir ki, Rusiyanın G20-də iştirak etməyə mənəvi haqqı yoxdur. Maraqlıdır ki, Liz Truss bundan əvvəl krallığın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçiləcəyi təqdirdə G20 çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirmişdi. Bundan əvvəl baş nazirliyə digər namizəd və Britaniya Xəzinədarlığının keçmiş rəhbəri Rişi Sunak Rusiya liderini G20 sammitinə buraxmamağa çağırmışdı. Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən G20 ölkələri "Putinin davranışı ilə bağlı kollektiv məsuliyyət daşıyırlar". Mart ayında ABŞ prezidenti Co Bayden Rusiyanı G20-dən kənarlaşdırmağa çağırıb. O, təşkilatın bütün üzvlərindən belə bir qərara dəstək olmasa da, Amerika tərəfinin bunu dəstəkləyəcəyini bəyan edib.
20-08-2022, 21:10
Əliyev-Paşinyan-Putin görüşü bu tarixdə keçiriləcəkAzərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyi ilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayılıb.
Butov.az xəbər verir ki, sözügedən görüşün avqustun 31-də Moskvada keçiriləcəyi gözlənilir. “Əldə etdiyimiz məlumata görə, ilkin razılaşmaya əsasən, Əliyev-Paşinyan-Putin formatında növbəti üçtərəfli görüş keçiriləcək. Rusiya dairələrindən daxil olan məlumata görə, İlham Əliyev bu görüşdə “Zəngəzur dəhlizi” məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır. O, gözləyir ki, Nikol Paşinyan Azərbaycanın digər ərazilərini Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan edəcək. Ruslar hesab edirlər ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt ayırmağa imkan vermək niyyətində deyil”,-deyə “Hraparak” məlumatlı mənbəyə istinadən yazıb.