20-08-2022, 23:40
Bu kənddə meşə yanğını tam söndürüldüSiyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermis yanğın da günün ikinci yarısında tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib. Məlumata görə, burada yanğın təxminən 40 hektar ərazini əhatə edib. Məlumatda qeyd olunub ki, respublikamızın şimal regionunda meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. İsti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.
20-08-2022, 23:36
Qadın şahmatçılarımız Avropa çempionatındaBu gün Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürür.
Butov.az xəbər verir ki, yarışda Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Səbinə İbrahimova, Ləman Hacıyeva iştirak edəcəklər. İsveçrə sistemi üzrə keçiriləcək turnir avqustun 31-dək davam edəcək.
20-08-2022, 23:33
Məşhur türk aktyor vəfat etdiTürkiyəli məşhur aktyor Civan Canova vəfat edib.
Butov.az xəbər verir ki, serial ulduzunun ölümü barədə onun sənət dostları məlumat yayıb. Aktyor 1955-ci ildə anadan olub. Cihan Canova “Paramparça”, “Çiçek taksi”, “Karadayı”, “Atiye”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda rol alıb.
20-08-2022, 23:30
Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır. Bu barədə Yelisey sarayı məlumat yayıb. Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbunun dəvətini qəbul edib. Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq. Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan gələn təbii qazın azalması fonunda böyük təbii qaz ehtiyatlarına malik Əlcəzair ilə əlaqələri gücləndirməyə çalışır.
20-08-2022, 23:16
Meymunçiçəyi daha bir ölkədə aşkarlandıİndoneziyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstənin hansı ölkədən gəldiyi açıqlanmayıb. 27 yaşlı kişinin paytaxt Cakartada verdiyi testin nəticəsi müsbət çıxıb. Onun vəziyyətinin yaxşı olduğu, yüngül simptomlar müşahidə edildiyi bildirilir.
20-08-2022, 23:14
Təngəaltıda yanğın lokallaşdırılıb Quba rayonunun Təngəaltı kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda ərazidə soyutma işləri aparılır: "Bəzi yerlərdə tüstülənmə var. Hazırda əməkdaşlar tədbirləri davam etdirir".
20-08-2022, 23:11
Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edirZaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusiyalı hərbçilər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Moskva bunu əsas gətirib, Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edir. Bu barədə RİA Novosti məlumat yayıb. Qeyd edilir ki, müayinə zamanı xəstəxanaya yerləşdirilən işğalçıların üzərində zəhərli maddə - "b" tipli botulinum toksini aşkarlanıb. Rusiya öz növbəsində Ukraynanı “kimyəvi terrorizm”də ittiham etmək üçün təhlillərin nəticələri ilə təsdiqləndiyi iddia edilən sənədləri hazırlamağa başlayıb.
20-08-2022, 23:08
"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır
"Qarabağ" klubunun müdafiəçisi Toral Bayramov "Qalatasaray"ın diqqətini çəkib.
Butov.az xəbər verir ki, baş məşqçi Okan Burukun müdafiəçinin keçidini istədiyi bildirilir. 21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə "Qalatasaray"ın transfer hədəfinə çevrildiyi qeyd olunub. İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı deyilir. Xəbərdə o da qeyd olunub ki, Toral Bayramovla Türkiyə Superliqasının daha bir klubu "Kayserispor" və 1-ci Liqadan "Eyüpspor" da maraqlanır.
20-08-2022, 22:45
Rusiyanın iki PUA-sı məhv edilibUkrayna hərbçiləri ölkənin Şərqində rusiyalı işğalçıların iki pilotsuz uçuş aparatını vurublar. Bu barədə Hava Komandanlığı Mərkəzinin "Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, "Mərkəz" hava komandanlığının zenit atıcıları müəyyən istiqamətlərdə Ukrayna səmasını hər dəqiqə qoruyaraq düşmən texnikasını məhv edirlər.
20-08-2022, 22:43
Nazir müavini yanğınlardan danışdı: "Məsuliyyətsizlik göz qabağındadır”Ölkədə quru, isti hava şəraiti başlanandan yanğınlar da dərhal özünü göstərdi və isti hava axını böyük ərazilərdə yanğınlarla müşayiət olundu. Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda planetdə baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar yanır, biomüxtəlifliyə, kənd təsərrüfatına, ətraf mühitə ciddi zərər dəyir. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. “Bəli, isti hava axını var və demək olar ki, hər il müşahidə olunur. Amma yanğınların baş verməsində əsas faktor insanların ehtiyatsızlığıdır. Xatırlayırsınızsa, qızmar istilərin başlanacağı ilə əlaqədar təbiətdə olarkən odla ehtiyatlı davranmaq barəsində əhaliyə xəbərdarlıq edilmişdi. Lakin yenə də, məsuliyyətsizliyin nəticəsi göz qabağındadır”. Nazir müavini bildirib ki, bu cür ürəkağrıdan mənzərə ilə qarşılaşmamaq üçün verilmiş xəbərdarlıqları ciddiyə almaq, təbiətdə olarkən maksimum dərəcədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir. “Yanğının söndürülməsində iştirak etməyənlər, bəlkə də, bunun necə ağrılı-acılı və çətin vəziyyət olduğunu bilmirlər. Gözümüzün qabağında yaşıllıqların alovlar içərisində bir anda məhv olmasını görmək çox çətindir. Bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə də, hər kəsdən xahiş və tələb edirik ki, yanğının böyük fəlakət olduğunu nəzərə alsınlar və buna səbəb olmasınlar”.