Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
21-08-2022, 08:10

"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:
Vaxtında qıl namazı
Gəldi azan avazı,
Hazır et canamazı.
Alaraq dəstəmazı,
Vaxtında qıl namazı.

Boş keçirmə zamanı,
Tanı Rəbbini, tanı.
Eşidəndə azanı,
Vaxtında qıl namazı.

Demə zaman var hələ.
Ümid yox ildən ilə.
Allah buyurub belə:
Vaxtında qıl namazı!
Ömrünü vermə yelə,
Dən düşər qara telə.
Savabın dönsün selə,
Vaxtında qıl namazı.

Şeytan qurar min tələ,
Gəl, uyma sən hər felə.
Qulaqda sırğa elə-
Vaxtında qıl namazı.

İmana gəl, ey adam,
Rəbbi an səhər-axşam.
Sübh, Zöhr, Əsr, Xüftən, Şam,
Vaxtında qıl namazı.

Oruc tut Ramazanda,
Rəcəbdə, həm Şabanda.
Nə qədər güc var canda,
Vaxtında qıl namazı.

Samirə, bil nəhayət,
Vardır Həşr, Qiyamət!
Allaha et itaət,
Vaxtında qıl namazı.

Çağırsan
Elə dəyişmişəm mən, mən deyiləm,
Müqəddəs sevgiyə düşmən deyiləm.
Səni sevdiyimə peşman deyiləm,
Sevirəm, çağırsan gələrəm yenə.

Ümidim, pənahım, güman yerimsən,
İçimdə çağlayan ümman yerimsən,
Andım, sədaqətim, iman yerimsən,
Sevirəm, çağırsan gələrəm yenə.

Kök salıb qəlbimə odlu məhəbbət,
Taleyə yazılsın gözəl səadət.
Bu sənə agahdır, bilirsən əlbət,
Sevirəm, çağırsan gələrəm yenə.

Ayırmaq çətindir yaxşıdan pisi,
Günahkar bilmirəm, vallah, heç kəsi.
Ölməz ürəyimdə sevgi həvəsi,
Sevirəm, çağırsan gələrəm yenə.

Rəbbimdən dilərəm, olasan qəmsiz,
Samirə sənindir, olsa da sənsiz.
Yaşamaq istəsən sən, əgər mənsiz,
Çağırsan, sevsəm də gəlmərəm yenə.

Gəl
Düşünürəm səni hər an,
Ayrılığa vermə aman,
Elə indi, bax bu zaman ,
Gözləyirəm, sən mənə gəl.

Yağsa yağış, əssə külək,
Qoymaram ki, zalım fələk
Sevgimizə qursun kələk,
Bir ömürlük güvənə gəl.

Yollarına düzdüm çiçək,
Yarpaqları ləçək-ləçək,
Samirəyəm tənha və tək,
Səni qəlbən sevənə gəl.

Gedirəm
Aldanmışdım sənin şirin sözünə,
Ay kimi parlayan nurlu üzünə,
Məni məftun edən ala gözünə,
Son dəfə uzaqdan baxıb gedirəm.

Hicran libasını mən geyə-geyə,
Həsrət süfrəsində qəm yeyə-yeyə,
Sənə acı kəlmə deməyim deyə,
Dilimi dişimlə sıxıb gedirəm.

Samirəyəm eşqə deyib "əlvida",
Nakam sevgimizə qoyuram nida,
Üz tutub dənizə tapıb bir ada,
Sən olan şəhərdən çıxıb gedirəm.

Şair qəlbi
Gördü, açıb tər yasəmən,
Göz oxşayır yaşıl çəmən,
Qələm işə düşdü həmən,
Şair qəlbi kövrək olur.

Gah boşalıb, gah da dolan,
Həm saralıb, həm də solan,
Duyğulara əsir olan,
Şair qəlbi kövrək olur.

Yazdı sağdan, yazdı soldan,
Dalandakı o dar yoldan,
Həm moruqdan, həm də koldan,
Şair qəlbi kövrək olur.

Yazdı ana ürəyindən,
O qanadsız mələyindən,
Hər anına gərəyindən,
Şair qəlbi kövrək olur.

Yazdı qaçan uşaqlardan,
İgid, ərən, qoçaqlardan,
Gur-gur yanan ocaqlardan,
Şair qəlbi kövrək olur.

Yazdı yarın vəfasından,
Məhəbbətin cəfasından,
Xoşbəxtliyin səfasından,
Şair qəlbi kövrək olur.

Yazdı quşun lələyindən,
Xoş ətirli çiçəyindən,
Arzu, istək, diləyindən,
Şair qəlbi kövrək olur.

Yazdı toydan, yazdı vaydan,
Küçədəki hay-haraydan,
Allah verən gözəl paydan,
Şair qəlbi kövrək olur.

Samirə, düz elə düzdür,
Odun sonu sönən közdür,
Kim deyibsə, doğru sözdür,
Şair qəlbi kövrək olur.

Biləydim
Deyirlər, yar mənsiz saralıb, solub
Həsrətdən gözləri qan ilə dolub.
İstərdim əlində bir dəsmal olub,
Axan göz yaşını silə biləydim.

Zülmət gecələrə nur saça-saça,
Sən olan mənzilə yol aça-aça,
Son qoyub hicrana mən, uça-uça,
Quş olub yanına gələ biləydim.

Qəlbimdən qüssəni, nisgili atıb,
Sənə qovuşaraq murada çatıb,
Sevgimi ən şirin duyğuya qatıb,
Bir gün mən ürəkdən gülə biləydim.

Sözümü, sirrimi deyərdim sənə,
İnamlı ümidlər verərdin mənə.
Arzumdur, qayıdıb yenə dünənə,
Səninlə dərdimi bölə biləydim.

Samirə, həyatın oldu qəm, kədər,
Yardan ayrı düşmək ölümdən betər.
Kaş ki, son nəfəsi verməyib hədər,
Sənin qollarında ölə biləydim.

Baş əymədim
Sevinc əkdim, kədər biçdim,
Bal istədim, zəhər içdim.
Şükür olsun haqqı seçdim,
Baş əymədim nahaqqa mən.

Axar sular bulandı çox,
Qüssə boldur, sevincsə yox.
Güvənimə dəysə də ox,
Baş əymədim nahaqqa mən.

Şeytan məni saldı dara,
Fikirlərim oldu qara.
Əzabları yara-yara,
Baş əymədim nahaqqa mən.

Tərs dolanır sanki dünya,
Kabus oldu hər bir röya.
Çətinliyi duya-duya,
Baş əymədim nahaqqa mən.

Bahara mən qış demədim,
"Pambıqla kəs baş" demədim.
Olan oldu, "kaş" demədim,
Baş əymədim nahaqqa mən.

Boğdu məni dərddən qəhər,
Zülmət oldu aydın səhər.
Gətirərək tab birtəhər,
Baş əymədim nahaqqa mən.

Ömür yolum çətin olub,
Qəmim yüz yox, min-min olub.
Samirəyəm, mətin olub,
Baş əymədim nahaqqa mən.

İmtahanım
Heç bilmədim necə oldu,
Gündüzlərim gecə oldu.
Dərdin sayı neçə oldu?
Nə ağırmış imtahanım?!

Həyat mənə qurdu tələ,
Xəyallarım getdi yelə.
Nədən bəxtim gəldi belə?
Nə ağırmış imtahanım?!

Bağım-bağçam xəzan oldu,
Gül-çiçəyim vaxtsız soldu.
Taleyimə zülmət doldu,
Nə ağırmış imtahanım?!

Dost dediyim nankor çıxdı,
Zalım fələk yaman yıxdı.
Qüssə-kədər məni sıxdı,
Nə ağırmış imtahanım?!

Şikayəti kimə yazım?-
Qışa döndü bahar, yazım.
Qəliz oldu alın yazım,
Nə ağırmış imtahanım?!

Qaranlıqlar sirdaşımdır,
Çarəsizlik qardaşımdır,
Tənhalığım yoldaşımdır,
Nə ağırmış imtahanım?!

Gileylənib çox ağladım,
Gənc ömrümə yas saxladım.
Arzulara daş bağladım,
Nə ağırmış imtahanım?!

Donub sanki, keçmir zaman...
İtdi ümid, itdi güman.
Şər gələrsə, verməz aman,
Nə ağırmış imtahanım?!

Yaşananlar bir hikmətdir,
Axirətə zəmanətdir.
Belə demək qəbahətdir-
Nə ağırmış imtahanım?!

Samirə, üz tut dərgaha,
Pənah apar tək Allaha.
Yetər, bəsdir, demə daha
Nə ağırmış imtahanım?

Cavab tapmadım
Yamanlıq çoxalır, yaxşılıq itir,
Xeyir geriləyir, şər öndə gedir.
İblislər nə üçün sultanlıq edir?
Düşündüm bunları, cavab tapmadım.

Dərdini deməyə tapmırsan bacı,
Xəyanət olubdur indi baş tacı.
Yalan niyə şirin, həqiqət acı?
Düşündüm bunları, cavab tapmadım.

Sevən seviləndən gözləyir vəfa.
Yaxşı insanların qisməti cəfa.
Bəs hanı xoşbəxtlik, hardadır səfa?
Düşündüm bunları, cavab tapmadım.

Böyüyə-kiçiyə qalmayıb hörmət,
Quruşa satılır namus, ar, iffət.
Haradan alırlar bir belə cürət?
Düşündüm bunları, cavab tapmadım.

Samirə, de görüm, hanı ədalət?
Haqlılar, doğrular çəkir xəcalət.
Nə üçün insanlar edir ədavət?
Düşündüm bunları, cavab tapmadım.


21-08-2022, 00:04
Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı


Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsindən bir neçə gün əvvəl Çin lideri Si Cinpin telefon danışığında ABŞ prezidenti Co Baydendən səfərin qarşısını almasını istəyib. Bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən yazıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Bayden Si Cinpinə deyib ki, o, Pelosini səfərdən imtina etməyə məcbur etmək hüququna malik deyil. Bayden, həmçinin bildirib ki, Pelosi ABŞ Konqresinin digər üzvləri kimi xarici səfərlərlə bağlı müstəqil qərar qəbul edə bilər. Nəşrin yazdığına görə, spiker iki halda səfər qərarını yenidən nəzərdən keçirməyə hazır olub. Belə ki, əgər Bayden birbaşa ondan xahiş etsə və ya Tayvan prezidenti onun dəvətini rəsmi olaraq geri götürsə, Pelosi adaya səfərini ləğv edə bilərdi.
21-08-2022, 00:02
“Neftçi” məğlub oldu


“Neftçi” məğlub oldu

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu baş tutub. Butov.az xəbər verir ki, "Neftçi" komandası "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.
20-08-2022, 23:58
ABŞ Ukraynadan taxıl alacaq


ABŞ Ukraynadan taxıl alacaq

ABŞ Ukraynadan 150 min ton taxıl almaq istəyir. Bu barədə Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli bildirib. Məlumata görə, ABŞ aldığı taxılı ərzaq çatışmazlığından əziyyət çəkən ölkələrə göndərəcək. Yaxın bir həftə ərzində alınacaq taxılın konkret hansı ölkələrə göndəriləcəyi məlum deyil. Ehtimal olunur ki, taxıl Afrikaya göndəriləcək. Belə ki, qitədə bu il quraqlıq ciddi ərzaq çatışmazlığına səbəb olub.
20-08-2022, 23:55
Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq


Türkiyədən İsveç və Finlandiyaya növbəti xəbərdarlıq

Türkiyə NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyaya yenidən xəbərdarlıq edib. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ danışıb. O bildirib ki, İsveç və Finlandiya Türkiyənin terrorla əlaqəsi olan şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərinə müsbət cavab verməyib. "Müraciətimizi yenilədik və xahişlərimizi bir daha xatırlatdıq”, - nazir deyib. Bundan əvvəl Türkiyə hökuməti bildirib ki, İsveç və Finlandiya NATO sammitində imzalanan sazişi yerinə yetirməsə, Ankara bu ölkələrin Alyansa üzv olmasına razılıq verməyəcək.
20-08-2022, 23:53
Yumurta bahalaşıb? - Açıqlama


Yumurta bahalaşıb? - Açıqlama

Hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu baha qiymətə satılmır. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”. Qeyd edək ki, son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı məlumatlar yayılıb. Yumurtanın 22-23 qəpiyədək bahalaşdığı deyilir.
20-08-2022, 23:50
Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu


Erməniyə qalib gələn güləşçimiz dünya çempionu oldu

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub. Butov.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayı 6:1 hesabı ilə məğlub edib. Bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq. Qeyd edək ki, Nihad Quluzadə final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub etmişdi.
20-08-2022, 23:47
Çinin Tayvan ətrafında hərbi fəaliyyəti davam edir


Çinin Tayvan ətrafında hərbi fəaliyyəti davam edir

Çin ordusunun Tayvan adası ətrafında hərbi fəaliyyəti davam edir. Bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik ada ətrafında Çinə məxsus 5 gəmi və 17 təyyarənin aşkarlandığını bildirib. Çində məxsus 4 təyyarənin Tayvan boğazının orta xəttini keçdiyi deyilir.
20-08-2022, 23:45
İki güləşçimiz dünya çempionatının finalında


İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib. Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, 67 kq-da çıxış edən Kənan Abdullazadə və 72 kq-da yer alan Qurban Qurbanov qızıl medal uğrunda mübarizə aparacaqlar. Yarımfinalda Kənan Abdullazadə qazaxıstanlı Məhəmməd Qoşqarı 9:2, Qurban Qurbanov isə Ukrayna təmsilçisi İrfan Mirzoyevi 5:0 hesabı ilə məğlub edib. 60 kq-da Nihat Məmmədli isə yarımfinalda iranlı Səid Murad İsmailiyə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və bürünc medal üçün güləşəcək.
20-08-2022, 23:43
Oğuzda əkin sahəsi yanır


Oğuzda əkin sahəsi yanır

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir. Nazirliyin regional idarəsinin rəisi Akif Məmmədov bildirib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!