16-08-2022, 21:32
İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdiMoskvadakı “Ordu 2022” forumunda ziyarətçilər ən çox İranın pilotsuz təyyarələrinə, o cümlədən zərbə vuran dronlarına böyük maraq göstərirlər. Bu haqda Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb. “Xəbərləri izləyən insanlar bizim pilotsuz təyyarələrimizin nəyə qadir olduğunu, o cümlədən Fars körfəzində baş verənləri yaxşı bilirlər. Hər kəs artıq İran pilotsuz uçan aparatlarının nəyə qadir olduğunu bilir. Buna görə də burada ən çox dronlara və kvadrokopterlərə diqqət yetirilir”, - deyə İran nümayəndəsi Nayafi Pour Davud bildirib. O, həmçinin əlavə edib ki, İran sərgidə raketlər, müxtəlif hava hücumundan müdafiə sistemləri və reaktiv yaylım atəşi qurğuları təqdim edir. İran “Ordu 2022” forumunda ümumilikdə üç pilotsuz uçuş aparatı təqdim edib: “Quadcopter”, “Mohajer 6” və “Karrar-3”. Birincisi həm mülki məqsədlər - məsələn, yanğınların söndürülməsi üçün, həm də hərbi məqsədlər üçün istifadə edilə bilər və zərbə mərmiləri daşıya bilər. Onun xüsusiyyətləri aşağıdakılardır: uçuş çəkisi - 21 kiloqram, yük çəkisi - 1 kiloqramdan 7 kiloqrama qədər, 10 kilometrə qədər məsafədə və 400 metrdən çox olmayan yüksəklikdə işləyir, çalışma müddəti - 60 dəqiqəyə qədər. İkincinin çəkisi 670 kiloqramdır, yüklənə bilən çəkisi 100 kiloqrama qədərdir, 200 kilometr məsafədə və təxminən 5 kilometr yüksəklikdə işləyir, işin müddəti 12 saata qədərdir. Üçüncünün çəkisi 510 kiloqramdır, 250 kiloqrama qədər yük daşıya bilir və 9 kilometrə qədər hündürlüyə qalxır. İran stendində RİA Novosti-yə bildiriblər ki, “Karrar-3” dronu həm zəbə dronu, həm də “kamikadze” kimi istifadə edilə bilər. İran tərəfinin bildirdiyinə görə, onların milli stendi sərgidə xarici dövlətlərin bütün nümayəndələri arasında ən böyüyüdür. Stend bir gün əvvəl İran Baş Qərargahının nümayəndəsinin iştirakı ilə açılıb. Məlumata görə, Ermənistan da İran PUA-ları ilə maraqlanıb.
16-08-2022, 21:27
Hökumət azad edilmiş ərazilərlə bağlı qərar verdi“İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiqlənib.
Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 16-da “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
16-08-2022, 21:24
Ağdamın Baş planı təsdiqləndi
Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
16-08-2022, 21:20
Füzulidə 10 Şri-Lanka vətəndaşı saxlanıldıAvqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Aparılan ilkin araşdırma zamanı qeyd olunan əcnəbilərin 25-i və 29-u iyul tarixlərdə ölkə ərazisinə turist qismində rəsmi qaydada gəlmələri, İran vətəndaşı Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
16-08-2022, 21:17
Rusiya etiraf etdi: Krımda diversiya törədilibKrım yarımadasındakı hərbi anbarda baş vermiş partlayışa diversiya səbəb olub. Açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, hərbi obyektlə yanaşı, mülki infrastruktur - elektrik xətləri, elektrik stansiyaları, dəmir yolları və yaşayış binaları da zədələnib. "İnsan itkiləri yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb. Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımdakı hərbi hissələrdən birində müvəqqəti silah-sursat anbarının ərazisində gurultulu partlayışlar baş verib. Rəsmi məlumata görə, partlayış zamanı iki mülki şəxs yaralanıb. Hadisə yerinin ətrafında beş kilometrlik təhlükəsizlik zolağı yaradılıb və mülki şəxslər təxliyə edilib.
16-08-2022, 21:04
“Yeni nəticələr görürük, bizi çox məmnun edir” - İlham Əliyev
Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib. “Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Şurasının Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti bir daha qeyd edib ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.
16-08-2022, 21:00
Müdafiə nazirləri Ukraynanı müzakirə etdilər
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirilib. Telefon danışığı zamanı tərəflər Ukraynadakı son durumu, o cümlədən taxıl ixracını müzakirə ediblər.
16-08-2022, 16:35
Şabrandakı yanğına amfibiya təyyarəsi cəlb olunubŞabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. Bu barədə FHN-dən bildirilib. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
16-08-2022, 16:33
Hacıqabulda şəhidin xatirəsinə tikilən bulağın açılışı olduHacıqabul şəhərində anadan olmuş, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı olub. Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin bir qrup nümayəndələri, məktəblilər, şəhidin dostları, ailə üzvləri və şəhər sakinləri iştirak ediblər. Şəhidin xatirəsi anılaraq xatirə bulağının önünə tər qərənfillər düzülüb. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidlərin valideynlərinə başsağlığı verib, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd edib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildiriblər. Şəhid Baladov Ruslan Allahyar oğlu Vətən Müharibəsi göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Sonda Şəhidlərin ruhuna dualar oxunub.
16-08-2022, 16:29
Daha 1300-dən çox müharibə əlilinə birdəfəlik ödəmə verildiPrezident İlham Əliyevin tapşırığı əsasında yeni sosial dəstək proqramının - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son bir həftədə bu kateqoriyalara aid olan daha 1300-dən çox müharibə əlilinə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib. Beləliklə, qeyd olunan dövrədək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 12300-dən çox şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub. E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etdiyi halda onların vərəsələri birdəfəlik ödəməni almaq üçün müvafiq sənədləri linkdə //sosial.gov.az/post_576347 qeyd edilən qaydada təqdim etməlidirlər.