Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
6-02-2022, 10:46
Vəkilovların 3 fərqli sistemdə yaşayan məşhur üzvü


Görkəmli dövlət xadimi, iqtisadçı alim İlyas Vəkilovun həyatı və ictimai-siyasi fəaliyyəti Azərbaycan tarixinin Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən üç dövrü əhatə edir.
Onun doğum tarixi 1905-ci il olmaqla Çar Rusiyası dönəminə, uşaqlıq dövrü Azərbaycan Cümhuriyyəti, sonraki fəaliyyəti isə Sovet Azərbaycanı zamanına təsadüf etmişdir.
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov müxtəlif formasiyalarda yaşasa da, heç vaxt öz kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.
Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1986-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun mənsub olduğu vəkilovlar nəslinin Azərbaycanın tarixində müstəsna xidmətləri olmuşdur. Əsasən Qazax sultanlığı və İrəvan xanlığı - Şərur-Dərələyəz qəzası ərazisində məskunlaşan vəkilovlar nəsli Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğun qurucusu, ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında isə daxili işlər naziri işləmiş Mustafa bəy Nadir bəy oğlu Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, vergilər naziri olmuş Şöhrət Vəkilov, əməkdar mühəndis Ramiz Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, tədarük naziri Qəzənfər Vəkilov, görkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, hüquqşünas Səməd Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma xanım Vəkilova, general-polkovnik Kərim Vəliyev, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və b. şəxslər bəxş etmişdir.

İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Hüseynəli Sultan oğlu Vəkilovun oğludur.

Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.

İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. İlyas Vəkilovun bacısı Sara xanım Vəkilovanın nəvəsi diplomat Həsən Zeynalov Ümummili lider Heydər Əliyevlə görkəmli dövlət xadimi İlyas Vəkilovun yaxın münasibətləri haqqında “Diplomatın tale yolu” əsərində qeyd edir: “İlyas Vəkilov 1940-cı illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Sovetində rəhbər vəzifə tutarkən o zaman bacarıqlı və məsuliyyətli gənc kadr olan Heydər Əliyevi xüsusi xidmət orqanlarına qəbul edilməsi ilə bağlı təqdimat vermişdir. Heydər Əliyev ömrünün sonuna qədər İlyas Vəkilovla əlaqələrini kəsməməmiş və ona ağsaqqal kimi dərin hörmət və ehtiram bəsləmişdir”.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.
İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri
2. Savad məktəblərində ana dili dərsləri rəhbəri
Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.
Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Səməd Vurğunla yaxın ünsiyyəti olan İlyas Vəkilov hətta onun tərəfindən Yazıcılar Birliyinə üzv olmaq təklifi alsa da, bu təklifi təbəssümlə qarşılamış və “Əmioğlu, mən dövlət adamıyam, məndən şair olmaz” söyləmişdir.
İ.Vəkilovun yaxın qohumu İsa Vəkilov öz xatirələrində “Didəvan” poemasını şəxsən ona oxumasını və ondan poema barəsində fikirlərini soruşmasını qeyd etmişdir. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.
6-02-2022, 10:26
Putinlə söhbətim çox sərt keçdi - Batya


Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə keçən sərt söhbətindən danışıb.

Lukaşenko Belarusdakı iğtişaşlar zamanı saxlanılan 33 rusiyalı ilə bağlı Putinlə 3 dəfə telefon danışığı apardığını və söhbətin çox sərt məcrada keçdiyini vurğulayıb:
"Biz bu adamları saxlayanda FSB materialları tam şəkildə təhvil verdi. Mən Putinlə söhbət etdim - çox sərt danışıq oldu. Ruslar bizə orada hansısa "köstəbək" olduğunu demədilər. Biz özümüz araşdırma apardıq”.
Lukaşenkonun sözlərinə görə, bir neçə gün və ya bir həftə sonra hər şey yoluna düşüb.
Qeyd edək ki, 2020-ci ilin iyul ayında Belarus hakimiyyəti 33 rusiyalının saxlanıldığını bildirib. Belarus İstintaq Komitəsi onların respublikada kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilindiyini açıqlamışdı.
6-02-2022, 10:18
Paşinyan gürcü nazirin önündə Putinin ünvanına...


Paşinyan içdi və gürcü nazirin önündə Putini təhqir etdi
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 fevral tarixlərində Ermənistana səfər edib. Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə İrəvana gələn gürcü nazir həmçinin Baş nazir Nikol Paşinyanla da görüşüb.
Oxu.az-a xəbər verir ki, Ermənistan mətbuatı bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxalanıb.
Belə ki, rəsmi görüşlərdən sonra gürcü nazir həmkarı və Ermənistan baş naziri ilə qeyri-rəsmi nahar masasında görüşüb. Bu məclis sözün əsl mənasında Ermənistan hökuməti üçün böyük rüsvayçılığa çevrilib.
Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.
Sözügedən vəziyyətdən gürcü nazir şoka düşüb. O, Nikol Paşinyanın başqa bir dövlətin nümayəndəsinin yanında Rusiya prezidentinin ünvanına bu cür fikirləri necə səsləndirə bilməsindən heyrətə gəlib.
Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün məclisi tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib.
5-02-2022, 22:05
Daşnaklar türklərə qarşı çağırış etdi.


Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...

Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...
"Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq..."
Terrorçu "Daşnaksütyun" partiyasının bu gün İrəvanda keçirilmiş illik toplantısında Ermənistanın və Qarabağdakı separatçı rejimin terrorçu eks-prezidentləri Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Arkadi Qukasyan, müxalifət partiyalarının liderləri, habelə bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan və Türkiyəyə qarşı kəskin çağırışlar ediblər.
Moderator.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
""Daşnaksütyun” ümummilli hərəkata başlamağı və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dayandırmağı təklif edir.
"Diaspordan, Ermənistandan və Qarabağdan olan ermənilər vətəni bərpa etmək hərəkatına qoşulmalıdırlar" - "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan partiyanın yaradılmasının 131-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Sağatelyan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi dayandırılmalıdır. Eyni zamanda, o vurğulayıb ki, müxalifətlə indiki iqtidar arasında olan fikir ayrılıqları şəxsi deyil, ideoloji xarakter daşıyır və Ermənistanın və Dağlıq Qarabağın, eləcə də bütün erməni diasporunun gələcəyi ilə bağlıdır"- xəbərdə belə deyilir.
P.S. Alman faşizminin liderləri Berlində məhv edildiyi kimi, erməni neofaşizminin ideoloq və başçıları da İrəvanda yaxalanıb Haqq məhkəməsi qarşısına çıxarılmayınca bunları susdurmaq mümkün olmayacaq...
5-02-2022, 21:06
Bugünkü vəziyyət: 7704 yoluxma, 23 ölü


Bugünkü vəziyyət: 7704 yoluxma, 23 ölü
Azərbaycanda koronavirus infeksiyasına 7704 yeni yoluxma faktı qeydə alınıb, 4109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 40 796 nəfərdir.
So
n sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub.
5-02-2022, 20:34
Zelenskidən Ərdoğana dəstək mesajı


Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın COVİD-19 testlərinin müsbət çıxdığını təəssüf hissi ilə öyrəndik.
Butov.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter hesabında yazıb.
“Dostlarımız Tayyib bəy və Əminə xanıma ən xoş arzularımızı çatdırır, tezliklə sağalmağınızı arzulayırıq”, - Zelenski bildirib.
5-02-2022, 20:31
İlham Əliyev Ərdoğana zəng etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Butov.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun Omikron ştammı aşkarlanıb.
5-02-2022, 15:02
Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu İFŞA OLUNDU


Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu İFŞA OLUNDU

Bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq qərəzli fikirlər səsləndirib.
Deputat Azərbaycanla Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun iftira dolu açıqlaması Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Bununla bağlı Modern.az-a danışan təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Ərdoğdu ilə bağlı sensasion faktı diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığını hədəfə almağa çalışan CHP millət vəkili terror təşkilatları ilə birbaşa əlaqədə olan şəxsdir.
İ. Muğlunun fikrincə, aşkar şəkildə terrorçuları dəstəkləyən Aykut Ərdoğdu iki qardaş ölkəyə qarşı qərəzli mövqe sərgiləməklə, hansı məqsədlərə xidmət etdiyini ortaya qoymuş oldu:
“Əlbəttə, hədəf təkcə Azərbaycan deyil, Türkiyə hökumətini çətin vəziyyətdə qoymaq istəyir. Aykut Ərdoğdu PKK terror təşkilatı, PYD və HDP ilə ciddi işbirliyindədir. O terror təşkilatı ilə əlaqədə olan şəxsdir. Onun Azərbaycanla bağlı açıqlaması sözsüz ki, qəbul edilməzdir. Eyni zamanda belə insanların fikirlərini ciddi qəbul etməməliyik. Bu cür addımlar bizim qardaşlığımızı poza bilməz. Sadəcə olaraq vəziyyəti gərginləşdirmək, problem yaratmaq istəyirlər. Biz bunlara önəm verməməliyik. Türkiyə daha öncə Azərbaycanın yanında olduğu kimi, bundan sonra da öz dəstəyini davam etdirəcək. Aykut Ərdoğdu kimi təxribatçılar heç vaxt dəyişməyəcəklər. Onların dedikləri bizi yolumuzdan döndərə bilməz”.
Qeyd edək ki, A.Ərdoğdunun PKK terror təşkilatına dəstək verməsi, yaraqlıların marağından çıxış etməsinə dair müxtəlif məlumatlara rast gəlmək olar. Onun ermənilərə xüsusi rəğbət bəsləməsi də heç kimə sirr deyil. Bəzi xəbərlərdə Ərdoğdunun milliyyətcə erməni olduğu bildirilir.
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
5-02-2022, 14:48
Cüdoçularımız mübarizəyə başlayır


Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Azərbaycanın 3 cüdoçusu da turnirdə mübarizəyə başlayacaq.
60 kq
Kəramət Hüseynov – Dauda Dabone (Fil Dişi Sahili)
73 kq
Hidayət Heydərov – Teo Riquin (Fransa)
Rüstəm Orucov – Benjamin Aksus (Fransa)
90 kq
Məmmədəli Mehdiyev – Rafael Masedo (Braziliya)/Nqayap Hambu (Fransa) cütünün qalibi
100 kq
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)
+100 kq
Uşangi Kokauri (+100 kq) – Marvin Qado (Monako).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!