Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
12-02-2022, 14:49
İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqlədi

İlham Əliyev Şuşa Bəyannaməsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilib.
12-02-2022, 14:46
"Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır"

Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.
Bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.
Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:
"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi".
12-02-2022, 13:55
YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…”


YAP-çı deputatdan Ramiz Mehdiyevə:”Bu düşüncədə olan “filosoflar”…

Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin rəhbəri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətarfında cərəyan edən hadisələrə münasibət bildirib. Millət vəkilinin fikirlərini oxuculara təqdim edirik:
“Cəmiyyət sosial orqanizm kimi fəaliyyət göstərən, iqtisadi, siyasi, sosial və ən əsası mədəni həyatı özündə birləşdirən, insanların qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq müəyyən struktura malik bütöv bir sistemdir. Belə ki, bu sistemdə cəmiyyəti təşkil edən elementlər arasındakı əlaqələr və qarşılıqlı mürəkkəb münasibətlər, həm maddi, həm mənəvi, həm də yüksək ideal dəyərlər birləşir.
Cəmiyyətin inkişafı üçün insanın hərtərəfli fəaliyyətini, güc və imkanlarını keyfiyyət və kəmiyyət baxımından özündə ehtiva edən, daima yeniləşən tələblərə ehtiyac var. Müasir dövrdə cəmiyyətin inkişafının əsas indikatoru yaradıcı insanlardır desək, yanılmarıq. Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. Bu yaradıcı şəxsləri yetişdirmək üçün isə şərait və mühit formalaşdırilması tələb olunur. Bu andan dövlətin və onun müəyyənləşdirdiyi siyasətin mahiyyəti üzə çıxır və özünü qabarıq şəkildə göstərməyə başlayır. Dövlətın tərkibi də müxtəlif elementlərdən ibarətdir və öz siyasi mənbəyini ictimai mənbədən götürür.
Müasir, inkişaf etmiş dünya dövlətlərinin idarə edilməsinin əsas formulu icraedici, qanunverici və məhkəmə hakimiyyətinin formalaşdırılmasından ibarətdir. Bu format bir-birini saxlamaq üçün və vəhdət yaratmaq məqsədilə təşkil olunur. Bəzən televiziya və mətbuat da hakimiyyətin dördüncü qolu hesab edirlər. Ona görə ki, dövlət öz siyasi mənbəyini ictimai mənbədən götürür, eyni zamanda dövlətə və cəmiyyətə ünsiyyətin, münasibət və əlaqələrin məhsulu kimi də baxmaq olar.
Dövlət və cəmiyyət fenomeni fərdin dəyəridir və onun şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Dövlət və cəmiyyətin gücü və potensialı isə fərdlərin hesabına yüksəlmiş olur. Müəllimlər, alimlər, bütün mütəxəssislər və.s ictimai kollektivlərdən dəyərlər əldə edirlər. Onlar da öz növbəsində əməlləri ilə cəmiyyətə dəyərlər verirlər. Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır.
Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır. Dövlət və cəmiyyətin idarə olunmasında davranış və əxlaq normalarını unutmaq olmaz. İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və cəmiyyətdə yaşayış qaydalarını təmin etmiş olurlar. Bu yaşayış qaydaları həm adət-ənənə ilə, həm də hüquq normaları ilə müəyyən edilir.
Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtlərdən biridir. Biz bu sahədə milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaq üçün çox çalışmalıyıq. Bu missiyanı üzərinə götürən cəmiyyətin aparıcı qüvvələri var. Onlara elm adamları, yazıçılar, şairlər, jurnalistlər, incəsənət və mədəniyyət nümayəndələri və bu qəbildən olan digər şəxslər aiddirlər. Onlar informasiya daşıyıcıları olaraq ətrafda baş verən hadisələrə sərbəst münasibət bildirmək , dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüququna malik olmaqla yeni nəslin formalaşmağında mühüm rol oynayırlar.
Burada da əsas vəzifə daha çox elm adamlarının üzərinə düşür, çünki cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Cəmiyyət yeni-yeni yaranan dəyərlər tələb edir. Məhz elmin də əsas məqsədi dəyərlər verməkdən və dəyər yaratmaqdan ibarət olmalı, cəmiyyətin sosial strukturunu dəyişdirməyi bacardığı üçün cəmiyətə açıq olmalıdır. Bu sadalananları isə cəmiyyət alimlərdən gözləyir. Alimlər isə cəmiyyətin bir nümayəndəsi olaraq ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni biliklərlə tanış olmalı və cəmiyyətə tətbiq etməklə nəticələr ortaya qoymalıdırlar. Alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalı, bu iki məsuliyyət vasitəsini sistemləşdirməli, eyni zamanda onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli olmasını dərk etməlidir.
Qədim zamanlardan yaxın dövrümüzə qədər bu proses əsas filosofların üzərinə düşürdü. Çünki, cəmiyyətlərin formalaşması üçün fəlsəfəyə ehtiyacı çox idi. Filosoflar cəmiyyətin bu günə qədər gəlib çıxmasında əsas qüvvəyə malik olublar. İnsanın və insanlığın yaşamasında, azad fikrin formalaşmağında, dövlət və idarəçilik institutlarının yaranmasında filosofların rolu danılmazdır. Amma təəsüff hissi ilə demək olar ki, fələsəfə elmlər doktorlarının çoxluq təşkil etdiyi bir zamanda yeni fəlsəfi cərəyanlar yaradan böyük filosoflara rast gəlmək olmur. Düşünürəm ki, bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır.
Bəzi hallarda müasir “filosoflar” (məsələn AMEA-nın prezidenti Ramiz Mehdiyev kimi) cəmiyyətdə və dövlətdə qarşıdurmalara gətirib çıxaran hadisələrin səbəbkarı rolunda çıxış edirlər. Bu da min illərlə filosofların cəmiyyətdə yaratdığı harmoniyanın pozulmasına və fəlsəfəyə olan münasibətin aşınmasına səbəb olur. Bu düşüncədə olan “filosoflar” və qeyriləri bilməlidir ki, müstəqilliyimizə və dövlətciliyimizə qarşı yarana biləcək hər hansı təhdidin, məkrli niyyətlərin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, azad ruhlu, güclü Azərbaycan cəmiyyəti var”.
12-02-2022, 10:24
Sabah ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək


Sabah ali məktəblərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Sabah ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən xəbərə görə, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq:
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45‑də başa çatacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
12-02-2022, 10:15
Ukrayna Rusiyaya 48 saat vaxt verdi


Ukrayna Rusiyaya 48 saat vaxt verdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyadan ölkə ilə sərhəd ərazilərdə hərbi fəaliyyətin aparıldığı rayonlar, silahların və hərbi texnikaların növü barədə Kiyevə 48 saat ərazində məlumat verməsini tələb edib.
Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
“Kiyev hərbi fəaliyyətin aparıldığı rayonlar və hərbçilərin sayı ilə bağlı 48 saat ərzində Rusiyadan cavab gözləyir”, - deyə bildirilib.
12-02-2022, 08:50
Cəsarət Hüseynzadə: "Beynəlxalq təşkilatlar beynəlxalq hüquq mövqeyindən çıxış etməlidirlər"

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT rəhbərinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirib.
İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, hər bir beynəlxalq təşkilatın əsas məqsədi bitərəf olmaq və həqiqəti müdafiə etməkdir: "Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bu prizmadan çıxış etmirlər. Onlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı fərdi mövqelərindən çıxış edirlər. Beynəlxalq təşkilatların, dövlətlərarası qurumların alt qurumlarının bəzi nümayəndələri öz şəxsi profillərində Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirirlər. Hesab edirəm ki, beynəlxalq qurumlar buna qarşı adekvat münasibət bildirməlidir. Hər hansı beynəlxalq təşkilatın erməni əsilli nümayəndəsi öz profilində Azərbaycana qarşı hər hansı təhqiredici ifadələr paylaşırsa, həmin şəxslər cəzalandırmalı, hətta işdən azad olunmalıdır".
"İllərlə torpaqlarımız işğalda olub, həmin dövrdə beynəlxalq təşkilatlara müraciət edərək faktaraşdırıcı missiya göndərmələrini istəmişik, amma Azərbaycana qarşı ikili standart nümayiş etdiriblər. Artıq biz bu standarlara qarşı çıxış etmişik. Bir daha bildiririk ki, beynəlxalq təşkilatlar bir mövqedən, haqq ədalət, beynəlxalq hüquqi mövqedən çıxış etməlidirlər", - Birlik sədri bildirib. O hesab edir ki, beynəlxalq təşkilatlar həmin əməkdaşların hərəkətlərinə qarşı müəyyən addımlar atacaq.
11-02-2022, 21:00
Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib


Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
Dövlət başçısı sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.
11-02-2022, 18:26
Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda hərbçilərlə görüşüb.
Z.Həsənov 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
11-02-2022, 14:16
Zəfər tariximizin ədəbiyyatda təbliğinə dair yeni layihənin icrasına başlanılıb


Zəfər tariximizin ədəbiyyatda təbliğinə dair yeni layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, 3 ay müddətinə həyata keçiriləcək bu Layihə xalqımıznın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən Müharibəsində qazandığımız böyük Zəfərin tariximizin ölkəmizdə və Türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin ictimai əhəmiyyəti barədə deyib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən Müharibəsində qazanılan Qələbə XX əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən, mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirmiş oldu. Qənaətimiz budur ki, bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir: “Uzun illər erməni işğalında qalıb çözülməz beynəlxalq münaqişə düyününə düşən doğma Qarabağı azad etmək ruhu hər bir Azərbaycan insanının varlığının məqsədi olmuşdur. Eyni zamanda xalqımızın Vətən Müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmə təməlidir. Ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyini, əzmini, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən Müharibəsinin elə ilk günlərindən yaranmağa mətbuatda görünməyə başladı. Qarabağ ədəbi-bədii salnaməsinin yeni səhifəsi də tariximizin bu həlledici anından ibarətdir. Vətən Müharibəsinin ədəbi-bədii düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, keçmişə, bugünə və gələcəyə baxışlarımızın daha optimal koordinatlarının müəyyənləşməsində, mədəni düşüncəmizi yeni mərhələyə, yeni üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir.
Vətən Müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularınd, eləcədə müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində ədəbiyyatın müstəsna rolu vardır. Ona görə də layihəmizin məqsədi bu kimi məsələlər çərçivəsində Vətən Müharibəsində Zəfər tariximizdən bəhs edən, ölkəmizdə və Azərbaycanda və Türk dünyasında yaradılan ədəbi-bədii əsərləri toplamaq, ən yaxşılarını seçmək, mükafatlandırmaq və bu poetik nümunələrdən ibarət sanballı bir antologiya hazırlamaqdır. Bununla da müharibə mövzusunda ədəbiyyatın inkişafına dəstək verməyi nəzərdə tutmuşuq”.
11-02-2022, 07:59
Məhərrəm Mustafanı daha yaxından tanıyın!

Məhərrəm Mustafanı daha yaxından tanıyın!

Məhərrəm Nüsrəddin oğlu Mustafa 1956 - cı il avqust ayının 11-də Xaçmaz şəhərində anadan olub. 1973 - cü ildə Xaçmaz şəhər 2 nömrəli orta məktəbini bitirib və həmin il Bakı Kooperativ Texnikumuna qəbul olunub. 1975 - ci ildə Mühasibat Uçotu ixtisası üzrə texnikumu bitirib. 1975-ci ildə Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılıb. Qazaxıstanın Semipalatinsk şəhərində SSRİ Hərbi Hava Qüvvələrinin müdafiə sisteminin avtomatlaşdırılmış idarəetməsində operator kimi xidmətə başlayıb. Bacarıqlı və intizamlı xidmətinə görə irəli çəkilərək sınanmış əsgər kimi Altay vilayətinin Çin və Monqolstan sərhədi yaxınlığında yerləşən Roş Aqaç qəsəbəsindəki hərbi hissəyə göndərilib. 1977-ci ildə hərbi xidməti bitirib doğmalarının yanına qayıdıb. 1978 - ci ildə Xaçmaz Rayon İstehlak Cəmiyyətində mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb. İşləməklə bərabər o, 1979- cu ildən “Xalqlar Dostluğu” ordenli Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində təhsilini qiyabi yolla davam etdirib. 1984- cü ildə təhsili bitirib Yüksək Dərəcəli İqtisadçı adı alıb. 1998 - ci ildə İstehlak Cəmiyyətindən irəli çəkilərək “Azərkontrakt” Dövlət Kooperasiyasının Xaçmaz rayon müəssisəsində işə başlayıb. 2005- ci ildən 2011- ci ilədək “Dübrar” MMC - nin direktoru olub. 2011- ci ildən 55 saylı Xaçmaz şəhər seçki dairəsi komissiyasının katibi vəzifəsində işləyib. Ədəbi fəaliyyətə məktəb illərində başlamasına baxmayaraq, yazılarını heç yerdə çap elətdirməyib. 2015-ci ildən dövrü mətbuatda hekayələri və şerləri sevilə - sevilə oxunur. 250 - dən çox aforizmi müxtəlif dillərdə ən çox bəyənilənlər sırasındadır.
2015 - ci ildə yazdığı ilk “Yaralı tut ağacı” kitabının elektron variantının təqdimatı AMEA - nın Mərkəzi Kitabxanasının konfrans zalında keçirilib. Məhərrəm Mustafa Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hekayələri almanaxlarda və dövri mətbuatda mütəmadi dərc olunur.
2020-ci ildə “Şərq – Qərb” mətbəəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun I siniflər üçün hazırladığı dərsliyə yazıçı Məhərrəm Mustafanın 2 hekayəsi daxil edilib: “Şah bə bağban”, “Qaranquşun Xocalı arzusu”. Hər iki hekayənin mövzusu müasir və aktual, dili rahat və lakonikdir.
Yazıçının ikinci elektron kitabı “Dəlidağın harayı” 2021-ci ildə fonda təqdim edilib.
2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından olan igid döyüşçülərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarını ədəbiyyata gətirilməsi üçün “Zəfər yazanlar” mövzusunda yazı müsabiqəsi keçirilib. Vətən müharibəsində qazanılan tarixi Zəfərin ildönümündə keçirilən müsabiqədə Məhərrəm Mustafanın Xaçmaz rayonunun Xaspoladoba kəndindən olan şəhid İmamov Rəhim Rauf oğluna həsr etdiyi “Cənnətdən gələn qonaq” hekayəsi I yerə layiq görülüb. Hekayə “Zəfər yazanlar” almanaxında dərc edilib, müəllifə “Fəxri Fərman” təqdim olunub.
Füzuli Baratov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!