3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
19-09-2025, 15:03
Antiterror əməliyyatının 2-ci ildönümü - FOTO


Antiterror əməliyyatının 2-ci ildönümü - FOTO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, sentyabrın 19-da Azərbaycan Ordusunda vətənpərvərlik nümunələrinin təbliği, şəxsi heyət arasında mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə antiterror əməliyyatının 2-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, silsilə tədbirlər zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Vətən müharibəsinə və antiterror əməliyyatına həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə çıxış edənlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatını Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya adlandıraraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qürur hissi ilə qeyd ediblər.
Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun keçirdiyi uğurlu antiterror əməliyyatının tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə konstitusiya quruluşunun və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin olunması xüsusi vurğulanıb.





19-09-2025, 14:48
"Formula 2"də qəza - Bolidlər toqquşdu


"Formula 2"də qəza - Bolidlər toqquşdu

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza olub.
Bu dəfə iki bolid toqquşub.
"İnvicta Racing"dən Roman Stanekin avtomobili "Van Amersfoort Racing"dən Con Bennettin bolidinə dəyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib.
Bolidlərdən biri sıralama turunda səddə çırpılıb.
"Art Grand Prix"dən Viktor Martins uğursuzluqla üzləşib.
Nəticədə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb. Onun bolidi trasdan götürülüb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.



19-09-2025, 14:38
DİN "Formula 1"la bağlı vətəndaşlara müraciət etdi


DİN "Formula 1"la bağlı vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib.
DİN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"“Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik".

19-09-2025, 14:32
Firad Əliyev mətbuat katibi vəzifəsindən azad edildi


Firad Əliyev mətbuat katibi vəzifəsindən azad edildi

Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev vəzifəsindən azad olunub.
Hərbi prokuror Bəhruz Əhmədov bununla bağlı əmr imzalayıb. Bu vəzifəyə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.
19-09-2025, 14:30
Müdafiə naziri onu hədələdi: “Sənin də vaxtın gələcək!”


Müdafiə naziri onu hədələdi: “Sənin də vaxtın gələcək!”

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərin lideri Əbdül-Malik əl-Husiyə sərt xəbərdarlıq edib.
Nazir "X" platformasında yayımladığı bəyanatda husilərə qarşı qətiyyətli cavab veriləcəyini bildirib.
“Sənin də vaxtın gələcək. Səni bütün hökumət üzvləri və "şər oxu"nun digər üzvləri ilə birlikdə cəhənnəmin dərinliklərinə göndərəcəklər”, - deyə Katz yazıb.
O, həmçinin husilərin bayrağında yazılmış “İsrailə ölüm, yəhudilərə lənət” şüarının əvəzlənəcəyini vurğulayıb:
“Bu bayraq sonda mavi-ağ İsrail bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”.
18-09-2025, 18:50
İran-Azərbaycanla sərhədi açılır? - Səfirdən önəmli AÇIQLAMA


İran-Azərbaycanla sərhədi açılır? - Səfirdən önəmli AÇIQLAMA

Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Bu barədə "Azad İran" kanalı məlumat yayıb.
Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu, sərhəd bazarları və müştərək iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub. Kənd təsərrüfatı məhsullarının ixracı, tranziti və daşınması da diqqət mərkəzində olub.
"Ümid edirik ki, prezidentlər səviyyəsində razılaşdırılmış əməkdaşlıq davam etdiriləcək və Ərdəbil iki ölkə arasında dostluğun inkişafında daha aktiv rol oynayacaq", - deyə Dəmirçilu vurğulayıb.
Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və iki ölkə arasında nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu qeyd edib.
18-09-2025, 18:26
Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub


Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub

İyulun 22-dən sentyabrın 13-dək 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə 27 min 21 nəfərin tələbə qəbul olub.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbul olunan tələbələrin 84 faizi dövlət sifarişi əsasında, 16 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39 faizini qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
18-09-2025, 18:08
Ərdoğan Mahmud Abbasla görüşdü


Ərdoğan Mahmud Abbasla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Görüş Ankarada təşkil edilib.
Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyənin XİN rəhbəri Hakan Fidan da iştirak edir.
18-09-2025, 17:53
“2025-ci il Əliyevi siyasi strategiyasının zirvəsidir”


“2025-ci il Əliyev siyasi strategiyasının zirvəsidir”

“2025-ci ilin Konstitusiya və Suverenlik İli elan olunması Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi strateji töhfənin göstəricisidir. Bu qərar təkcə bir siyasi jest deyil – Azərbaycanın milli müstəqilliyinin, ərazi bütövlüyünün və hüquqi sisteminin bərqərar olmasında yeni bir mərhələnin başlanğıcıdır".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin 7–8 avqust tarixlərində ABŞ-yə etdiyi rəsmi səfəri Azərbaycanın beynəlxalq hüquq çərçivəsində suverenliyinin təsdiqi baxımından dönüş nöqtəsi oldu: “Vaşinqtonda əldə edilən razılaşmalar – 907-ci düzəlişin ləğvi, Ermənistanla sülh sazişinə aparan yolun açılması və Trump Route for International Peace and Prosperity dəhlizinin yaradılması Azərbaycanın yalnız regionda deyil, dünyada da suveren aktor kimi qəbul edilməsinin təzahürüdür".
Sadiq Qurbanov çıxışında Qarabağda gedən bərpa proseslərinə də toxunub:“Cənab Prezidentin davamlı olaraq Qarabağa etdiyi səfərlər formal yox, sistemli və məqsədyönlü idarəetmənin nümunəsidir. Şuşada məscidlər bərpa olunur, Xankəndi və Ağdamda məktəblər, sənaye müəssisələri tikilir. Bu, həm tarixə, həm gələcəyə hörmətin nümunəsidir".
Deputat bildirib ki, 16 sentyabrda Şuşada keçirilən görüş – BƏƏ Prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın diplomatik müstəvidə yeni güc mərhələsinə keçdiyini sübut edir: “Bu artıq regional deyil, qlobal düşünən Azərbaycanın modelidir. Bu strategiyanın arxasında isə Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən zamana uyğun şəkildə həyata keçirilməsi dayanır".
Sonda isə Sadiq Qurbanov 2025-ci ili belə yekunlaşdırıb: “Vaşinqtondan Şuşaya, Şuşadan Körfəz regionuna uzanan diplomatik və strateji xətt – Prezident İlham Əliyevin dahiyanə siyasi gedişlərinin və müstəqil dövlətçilik fəlsəfəsinin real təcəssümüdür. Bu yolun adı: Azərbaycanın suverenliyi və konstitusiyasıdır".
18-09-2025, 17:38
MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi


MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası baş tutub.
Bu barədə MEDİA-dan məlumat verilib.
Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri və Agentliyin İcraçı direktoru iştirak edib.
Görüşdə Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, qlobal əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub. Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıb.
İclasda həmçinin Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!