3 gün sonra məktəblərdə dərslər başlayır .....                        İrəvanda Ermənistan-Aİ sammiti keçiriləcək .....                        ABŞ-nin İrana qarşı son zərbə planı: Tramp üçün 4 hərbi ssenari .....                        İran mənə yeni Ali Lider olmağı təklif edib - Tramp .....                        Azərbaycana soyuqlar gəlib .....                        Bakının ən rahat iş tapılan rayonları - SİYAHI .....                        Afrika ölkəsinin 15 vətəndaşı Ukraynada öldürülüb .....                        Qarabağda açılan iş yerlərinin sayı sürətlə artır .....                        Üçdən çox mənzili olanlar əlavə vergi ödəyəcək .....                       
11-09-2025, 15:51
Azərbaycan bizim, biz də onların bəzi ərazilərinə nəzarət edirik - Simonyan


Azərbaycan bizim, biz də onların bəzi ərazilərinə nəzarət edirik - Simonyan

Sülh tələbi mənim tələbimdir, Azərbaycanın deyil. Bunu sentyabrın 11-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, əmin edib ki, delimitasiya və demarkasiya olunmuş sərhədin olması, Azərbaycan kəndlərinin qaytarılması və bir erməni kəndinin Ermənistana qaytarılması onun tələbidir.
Azərbaycan qoşunlarının Ermənistan ərazisini tərk etməməsi ilə bağlı iradlara cavab olaraq Simonyan qeyd edib:
"Bəs Azərbaycan ərazisində erməni qoşunları yoxdurmu? Bu, sərhədin delimitasiya olunmayan hissələrinə aiddir. Təkcə anklav deyil, onlar bir çox yerlərdə öndədirlər, bir çox yerlərdə biz irəlidəyik. Onlar Ermənistanın 210 kvadrat kilometr ərazisinə, biz isə tutaq ki, onların 110 kvadrat kilometr ərazisinə nəzarət edirik. Məsələn, Tavuşda”.
O, etiraf edib ki, azərbaycanlılar böyük yerlərdə qabaqdadırlar. Parlamentin spikeri məlumat verib ki, hazırda Tavuşda iş gedir və Sünikdə ( Zəngəzurda-red.) artıq bir çox yerlərdə sərhədçilər yerləşdirilib.
Simonyanın fikrincə, kiçik ölkələr həmişə böyük dövlətlərə öz təsirlərini yaymaq üçün alver predmeti və alət olub. Simonyan deyib ki, bütün fövqəldövlətlər kiçik ölkələrə öz təsirlərini artırmağa çalışır, onlar da öz növbəsində onu azaltmağa çalışırlar.
“Bir ölkənin, sonra digərinin qucağına tələsməməliyik, çünki bütün xarici mərkəzlərin öz maraqları var”, - o vurğulayıb.
Alen Simonyan əmin edib ki, Ermənistan qonşularına, o cümlədən İrana qarşı heç nə etməyib və etmir. O, Rusiya və İranın rabitə blokunun açılması layihələrində iştirakını istisna etməyib və əlavə edib ki, onlar təkliflər verə bilərlər.
Parlamentin spikeri Türkiyənin kənd təsərrüfatı və tekstil məhsullarının Ermənistan bazarını boğacağı ilə bağlı narahatlıqları şişirdilmiş adlandırıb.
“İndi Ermənistanda türk malları var”, - deyə o, fikrini yekunlaşdırıb.
11-09-2025, 15:30
Dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verildi


Dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verildi

Bakı və Abşeronun su təminatı üçün dəniz suyunun duzsuzlaşdırılması layihəsinə start verilib.
Bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində baş tutan "Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar" adlı panel müzakirələrində deyib.
O bildirib ki, layihədə həm şəhər və sənaye sularının təmizlənməsi, həm də kənd təsərrüfatı məqsədli su istifadəsinin səmərəliliyi təmin olunur: "Layihədə özəl investorların iştirakı ilə suyun istehsalı və istifadəsində səmərəliliyi artırır, dövlət isə yalnız zəmanət təminatını həyata keçirir".
Z.Dibirov əlavə edib ki, alternativ su mənbələrindən və innovativ yanaşmalardan danışmazdan əvvəl, ölkədə su ehtiyatlarının nə qədər olduğunu və onlardan necə istifadə edildiyini dərk etmək vacibdir: "Hazırda istifadə olunan suyun təxminən 50 %-i proses zamanı itirilir, dünya miqyasında isə bu göstərici 30-40 %-dir. Bu itkilərin əsas səbəbi düzgün istifadə və köhnəlmiş infrastrukturla bağlıdır. 2022-ci ildə qəbul olunmuş dövlət-özəl tərəfdaşlığı (PPP) qanunu çərçivəsində ilk PPP layihələrinə start verilib. Bu layihələr köhnəlmiş infrastrukturların yenilənməsi, özəl sektorun təcrübəsinin ölkəyə gətirilməsi və suyun düzgün idarə olunmasını təmin edir. Suyun 70 %-i təsərrüfat məqsədli, xüsusilə suvarma üçün istifadə olunur və gələcəkdə investorlar daha çox bu istiqamətdə cəlb ediləcək".
O qeyd edib ki, PPP layihələri vasitəsilə kanalların düzgün idarə olunması, əhaliyə suyun operativ çatdırılması və itkilərin minimuma endirilməsi təmin olunacaq: "Gələcək illərdə PPP layihələrinin siyahısı hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq və suyun daha səmərəli və dayanıqlı idarə olunması təmin ediləcək".
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
11-09-2025, 15:26
Azərbaycanla Özbəkistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər


Azərbaycanla Özbəkistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamanı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu barədə Özbəkistan XİN başçısı "X"də yazıb.
Bildirilib ki, Azərbaycan-Özbəkistan tərəfdaşlığının mövcud vəziyyəti və ümidverici gələcəyi, eləcə də regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparılıb:
"Dinamik siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin irəlilədilməsi xüsusi vurğulandı. Tarixi bağlar və ortaq maraqlar üzərində qurulmuş strateji əlaqələri və müttəfiqliyi daha da dərinləşdirməyə dair birgə öhdəliyimizi bir daha təsdiqlədik".
11-09-2025, 15:18
Putin ölkəni 3 bunkerdən idarə edir


Putin ölkəni 3 bunkerdən idarə edir

Rusiya Prezidenti Vladimir Putin dövləti üç bunkerdən idarə edir.
Bunu "The Wall Street Journal" qəzeti bildirib.
Nəşr yazıb ki, bunkerlər ölkənin müxtəlif bölgələrində yerləşir və hamısı eyni dizaynda hazırlanıb. Məlumata görə, Putinin mövcud yeri barədə məlumatları dövlət rəsmiləri və xüsusi xidmətlərə məlum deyil.
Bunkerlərin heç birində pəncərə yoxdur, masa üzərindəki laklanmış yazı masası, iki başlı qartal motivli qələm rəfi və ona yaxın iti uclu qələm yerləşməsi kimi detallar hər dəfə tam eynidir.
Rəsmilərin verdiyi məlumata görə, Gürcüstan sərhədlərindən Ural bölgəsinə qədər olan yerlərdə yerləşən bu bina-konfrans salonları videozənglərlə, şəbəkəyə bağlı olmayan sistemlərlə idarə olunur.
Araşdırmaya görə, Putin çox nadir hallarda mobil telefon istifadə edir və internetə çox daxil olmur. Görüşlər daha çox videokonfrans formatında keçirilir, monitorlər stendlərdədir və kabinetlər şəbəkəyə bağlı deyil. Prezidentin zənglərini şifrələnmiş sistem təmin edir.
"The Wall Street Journal" yazır ki, bu bunkerlər müharibə şəraitində, xüsusilə Ukrayna cəbhəsindəki əmrlərin verilməsi və Rusiyada daxili nəzarətin saxlanması üçün istifadə olunur.
Rusiya hökumətindən məsələ ilə bağlı rəsmi şərh almaq cəhdləri nəticəsiz qalıv, Kremlin mətbuat xidməti iddiaları “şayiə” adlandıraraq təsdiq və ya təkzib etməyib.
11-09-2025, 15:10
Putin Trampla nə vaxt danışacaq? - Peskov cavab verdi


Putin Trampla nə vaxt danışacaq? - Peskov cavab verdi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni telefon danışığı ilə bağlı hələlik razılaşma yoxdur.
Bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, hələlik telefon əlaqəsinin tarixi ilə bağlı konkret razılaşmalar yoxdur. Amma lazım gələrsə, belə bir söhbət çox və çox tez razılaşdırıla bilər; bunun üçün bütün kanallar mövcuddur", - Kreml nümayəndəsi bildirib.
11-09-2025, 14:43
Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır


Latviya Belarus və Rusiya ilə hava məkanını bağlayır

Latviya bu gündən etibarən Belarus və Rusiya ilə sərhəd boyunca hava məkanını bağlayır.
Bu barədə Latviya KİV-ləri ölkənin müdafiə naziri Andris Sprudsa istinadən bildirib.
"Sentyabrın 11-də saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək", - Spruds bildirib.
Latviyanın müdafiə naziri izah edib ki, Belarus və Rusiya ilə sərhəddəki hava məkanı zonası risklərin qiymətləndirilməsindən sonra Milli Silahlı Qüvvələrin tövsiyəsi ilə bağlanıb.
"Çərşənbə günü Polşada baş verən hadisələr NATO-nun hava məkanının açıq şəkildə pozulmasıdır və Latviya müvafiq şəkildə hərəkət etməlidir. Hazırda Latviyaya qarşı birbaşa təhdid olmasa da, preventiv tədbirlər zəruridir", - o deyib.
10-09-2025, 23:07
Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi


Özəl bağçada tərbiyəçi uşağa qarşı kobud rəftar etdi

Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.
İqtisadiyyat.az-a müraciət edən vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.
O bildirib ki, uşaq bağçasına aylıq 1144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.
“Söhbət mənim 3 yaşlı övladımdan getmir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”, - deyə adını açıqlamaq istəməyən valideyn bildirib.
Bağçadan isə bildirilib ki, uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Qeyd olunub ki, görüntülərin əvvəl kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür.

10-09-2025, 22:21
Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək


Türkmən qazı da Zəngəzur dəhlizindən keçəcək

Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan və Ermənistanı Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizi həm regionun ticarət, həm də enerji təhlükəsizliyi baxımından strateji layihə kimi dəyərləndirilir.
"Anadolu" agentliyində dərc edilən məqalədə bildirilir, dəhliz Orta Dəhlizin əsas hissəsi olaraq Türkiyənin Avrasiyada enerji və logistika mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək.
Avqust ayında Qars–İğdır–Aralıq–Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə dəhlizin praktiki addımları atılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu layihənin yalnız Türkiyə deyil, bütün Cənubi Qafqaz və Avrasiyanın gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildirib.
ODTÜ professoru Oktay Tanrıseverin sözlərinə görə, Zəngəzur dəhlizi Xəzər enerji resurslarını Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün ən qısa marşrutdur. Onun fikrincə, layihənin strateji əhəmiyyəti həm tranzit ölkələrin sayının azalması, həm də Rusiyanın təsir dairəsindən daha uzaq olması ilə bağlıdır:
“Dəhliz gələcəkdə neft, qaz və elektrik ötürülməsi üçün istifadə edilə bilər. Amma bunun üçün təhlükəsizlik təmin olunmalı və siyasi sabitlik güclənməlidir.”
Tanrısever əlavə edib ki, Avropa İttifaqı və ABŞ dəhlizi Rusiyadan asılı olmayan enerji marşrutu kimi gördükləri üçün siyasi dəstək verirlər. Lakin konkret enerji xətlərinin istifadəyə verilməsi üçün ən azı 3–5 il vaxt lazım ola bilər.
ASBÜ professoru Levent Aydın isə bildirib ki, TANAP, Türk Axını və BTC kimi əsas enerji kəmərləri artıq Türkiyəni “enerji körpüsü”nə çevirib. Zəngəzur dəhlizi bu marşrutlara əlavə bir “halqa” ola bilər:
“Layihə açıldıqda yalnız yük daşımaları deyil, həm də boru kəmərləri, elektrik ötürmə xətləri və rəqəmsal kommunikasiya üçün yeni bir strateji infrastruktur formalaşacaq.”
Onun sözlərinə görə, yaxın perspektivdə dəhliz üzərindən Türkmən qazının da daşınması mümkündür.
O qeyd edib ki, ABŞ dəhlizi Rusiyanın enerji təsirini zəiflətmək, Aİ isə Ukrayna müharibəsindən sonra enerji asılılığını azaltmaq üçün dəstəkləyir. Çin isə dəhlizi “koridor müharibələrinin yeni cəbhəsi” kimi görür və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bölgəyə sərmayələr yatırır.
Ekspertlərə görə, yaxın illərdə dəhliz üzərindən əsasən yük daşımalarının başlanması gözlənilir. Enerji infrastrukturunun formalaşması isə siyasi sabitlik və regional razılaşmalardan asılı olaraq 5–10 il müddətində reallaşa bilər.
Beləliklə, Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan Türkiyənin və bütövlükdə regionun gələcəyinə təsir göstərəcək strateji layihə kimi qiymətləndirilir.
10-09-2025, 22:12
Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!”


Netanyahu hədələdi: “Əks halda bunu biz edəcəyik!”

İsrailin Baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü ildə başlayan hücuma görə məsuliyyət daşıyanların ya ölkələrdən qovulmasını, ya da məhkəmə qarşısına çıxarılmasını tələb edib.
O, açıqlamasında 9 sentyabrda İsrailin hava zərbəsinə məruz qalan Qətəri də hədəf göstərib.
Onun açıqlaması İsrail hökumətinin saytında yayımlanıb.
“Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları qovun, ya da ədalət qarşısına çıxarın. Əks halda bunu biz edəcəyik.”, - Netanyahu deyib.
10-09-2025, 21:59
Kanaldan meyit tapıldı


Kanaldan meyit tapıldı

Salyanda suvarma kanalında kişi meyiti aşkar edilib.
Rayonun Yenikənd kəndində suvarma kanalında kişi meyiti aşkarlanıb.
Cəsədin Salyan sakini, 2006-cı il təvəllüdlü Babaşzadə Ramil Əhməd oğluna məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!