"Qarabağ" 5 min manat cərimələndi .....                        Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR .....                        Evlərdən 12 min manatlıq qızıl oğurlandı .....                        “28 May”la “Nizami” arasında hərəkət yanvardan DAYANDIRILIR .....                        Xəzər rayonunda 17 min manatlıq mal-qara oğurlandı .....                        Qırğızıstan parlamenti özünü buraxdı .....                        55 nəfərin zəhərləndiyi toyla bağlı araşdırma aparılır .....                        Urmiya gölü tamamilə qurudu .....                        Sünnət toyunda zəhərlənənlərin sayı 50-ni keçdi - YENİLƏNİB .....                       
24-02-2025, 14:11
Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi


Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.
Cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.
Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.
Hazırda bölgədə günəşli hava müşahidə edilir.
24-02-2025, 14:05
Rusiya konsulluğunda partlayış


Rusiya konsulluğunda partlayış

Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisinə üç naməlum partlayıcı qurğu atılıb.
Bunu Rusiyanın Marseldəki Baş Konsulluğundan TASS-a məlumat verilib.
Konsulluğun məlumatına görə, atılmış qurğulardan ikisi partlayıb:
"İstehkamçılar yerdə qalan qurğu ilə məşğul olurlar. İtki və dağıntı yoxdur. Diplomatik missiyanın binasına zərər dəyməyib".
24-02-2025, 13:47
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Ordumuzun hərbi qulluqçusu Məcidov Maqbet Xətai oğlu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçunun ölümünə səbəb ildırım sürətli vaskulit ilkin diaqnozudur.
Faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - açıqlamada bildirilir.
24-02-2025, 13:42
Zelenski bu halda vəzifəsindən imtina edəcək


Zelenski bu halda vəzifəsindən imtina edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da keçirdiyi mətbuat konfransında NATO-ya üzvlük və ölkədə sülh əldə olunacağı təqdirdə istefa verməyə hazır olduğunu bildirib. “Əgər Ukraynaya sülh gətirəcəksə, istefa verməyə hazıram. Bunu NATO üzvlüyünə dəyişə bilərəm,” – o qeyd edib.
Zelenskinin bu açıqlaması ABŞ və Ukrayna arasında davam edən danışıqlar fonunda verilib. ABŞ Prezidenti Donald Tramp onu Ukraynada seçkilər keçirmədiyinə görə “diktator” adlandırıb. Lakin Zelenski bildirib ki, ölkədə üç ildir davam edən hərbi vəziyyətə görə seçkilər keçirmək mümkün deyil.
Zelenski həmçinin ABŞ-nin Ukraynanın nadir yeraltı sərvətləri və digər təbii ehtiyatlarına dair tələblərinə qarşı çıxıb. ABŞ, Ukraynaya verilmiş hərbi yardımın əvəzində bu resurslardan 500 milyard dollarlıq pay tələb edir. Zelenski isə bunu rədd edib. “Mən belə bir müqaviləyə imza atmayacağam, çünki bu, Ukraynanın on nəsil boyu ödəməli olacağı bir borc yarada bilər,” – deyə o, vurğulayıb.
Bu açıqlamalar fonunda ABŞ və Rusiya rəsmiləri Səudiyyə Ərəbistanında Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı danışıqlar aparıblar. Lakin Kiyev bu prosesdən kənarda saxlanılıb və bu, Avropa müttəfiqləri arasında narahatlıq yaradıb.
Ukrayna üç ildir ki, Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizə aparır. Son günlərdə Rusiya Ukraynaya rekord sayda – 267 dron hücumu təşkil edib. Zelenski bu hücumları “hava terroru” adlandırıb, Ukraynanın beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib.
2019-cu ildə prezident seçilən Zelenski müharibə dövründə ölkəni idarə edir və NATO-ya üzvlüyün Ukrayna üçün ən vacib təhlükəsizlik zəmanəti olduğunu vurğulayır. Lakin ABŞ Müdafiə Naziri Pete Hegseth bu yaxınlarda Kiyevin NATO-ya üzvlüyünün “realist olmadığını” bildirib.
Zelenski Tramp administrasiyasının müharibəni dayandırmaq istədiyini desə də, ABŞ-ın Ukrayna ilə imzalamaq istədiyi nadir yeraltı sərvətlər haqqında müqavilənin ölkəsi üçün sərfəli olmadığını söyləyib. O, ABŞ-la əməkdaşlığın davam etməsinin vacib olduğunu qeyd edərək, hərbi dəstəyin dayandırılmaması üçün ümid etdiyini vurğulayıb.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, Avropa Birliyi Ukraynadan imtina etməz:
"Volodimir Zelenski müharibənin üçüncü ilə bağlı böyük mətbuat konfransı keçirdi. Burada əsas məsələlərdən biri gələcəkdə Ukraynda prezident seçkilərinin keçirilməsi, Zelenskinin hakimiyyətdə olub-olmayacağıdır. Zelenski açıqca qeyd etdi ki, Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh olacaqsa, vəzifəsindən getməyə hazırdır. Eyni zamanda Ukraynanın təhlükəsizliyi ilə bağlı qarant olarsa, vəzifədən ikiəlli yapışmaq fikrində deyil. Cənab Zelenski qeyd etdiyinə görə, istənilən vaxt hakimiyyətdən gedə bilər. Bu halların da baş verməsi üçün böyük dövlətlərin Rusiyaya təzyiqləri olmalıdır. Təəssüflər olsun ki, dünyada ikili standartlar var. Hər yerdə olduğu kimi Ukraynda da bu özünü büruzə verir. ABŞ Prezidenti Donald Trampın açıqlamaları Ukrayanaya olan münasibət vəziyyətin heç də yaxşı olmadığının göstəricisidir. Amma mübarizə davam edir. Avropa Birliyi var. Ən azından bu birlik öz təhlükəsizliyinə görə Ukrayndan vaz keçməz.
Q.Osmanlı vurğulayıb ki, seçki ancaq atəşkəs imzalanarsa, mümkündür: "Ukrayna konstitusiyasının 108-ci maddəsinə görə, yeni prezident seçilənə qədər əvvəlki prezident öz səlahiyyətlərini icra edə bilər. Atəşkəs olmayacağı təqdirdə Prezident seçkiləri keçirilə bilməz. Çünki ölkədə hərbi vəziyyətdir. Buna görə də prezident seçkiləri keçirilmir. Nəinki prezident seçkiləri hər şey ləğv olunur. Hər şey hərbiyə, orduya fokuslanır.
Sualınıza cavab olaraq bildirim ki,Ukraynada prezident seçkiləri ancaq atəşkəs olarsa, mümkündür. Atəşkəs olacağı təqdirdə tərəflər bir-birilə qarşılıqlı güzəştlər əsasında masada əyləşməlidir. Hələki bu yaxın görsənmir. Yaxın gələcəkdə hadisələrin necə inkişaf edəcəyi proseslərdən asılıdır. Yəni 108-ci maddəyə əsasən hələki Ukrayna Prezidenti öz səlahiyyətlərini icra edir və legitim hüquqi əhəmiyyət kəsb edir".
24-02-2025, 13:30
"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi


"Bakı Metropoliteni"nin sədrinə yeni müşavir təyin edildi

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) yüksək vəzifəyə təyinat olub.
Emil Əhmədov "Bakı Metropoliten"i sədrinin müşaviri təyin edilib.
Xatırladaq ki, E.Əhmədov bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.

24-02-2025, 13:14
Şahbaz Şərif Zəfər parkını ziyarət etdi


Şahbaz Şərif Zəfər parkını ziyarət etdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

24-02-2025, 13:01
Sabahın havası - Yollar buz bağlayacaq


Sabahın havası - Yollar buz bağlayacaq

Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
24-02-2025, 12:37
Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqlədilər


Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqlədilər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq ediblər.
Bu barədə məlumatı iki diplomata istinadən “Reuters” agentliyi yayıb.
Bildirilib ki, ümumilikdə məhdudiyyətlər Rusiyanın 35 şirkətinə və 48 fiziki şəxsinə şamil ediləcək.
Bununla yanaşı, məhdudiyyətlər arasında Rusiyadan alüminium, xrom və bəzi kimyəvi maddələrin idxalına qadağa da var.
24-02-2025, 12:26
Azərbaycan generalına ağır itki


Azərbaycan generalına ağır itki

Ədliyyə Nazirliyi Penitensiyar xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu dünyasını dəyişib.
Generalın övladı Ayxan Qasımov 21 yaşında, ötən gün xəstəlik səbəbindən vəfat edib.

24-02-2025, 12:25
"SalamNews” və “İnteraz”ın rəhbərinə 12 il həbs verildi


"SalamNews” və “İnteraz”ın rəhbərinə 12 il həbs verildi

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.
O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: "Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".
Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını söyləyərək, ona bəraət verilməsini xahiş edib.
Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!