31-08-2025, 17:45
Sammitdə maraqlı an - İlham Əliyev, Ərdoğan və Paşinyan bir arada
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ayaqüstü söhbət ediblər.
Bir qədər sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da söhbətə qoşulub.
Görüş sammitin ən diqqətçəkən məqamlarından biri olub.
31-08-2025, 17:37
İlham Əliyev Çində Lukaşenko və Şahbaz Şəriflə görüşdü - FOTO
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Sammit çərçivəsində baş tutan söhbət səmimi şəraitdə keçib.
31-08-2025, 17:26
Prezident və xanımı üçün ayrılan masa, ziyafətin menyusu - FOTO
Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkə başçıları üçün ziyafət təşkil olunub.
Ziyafətə hazırlıq zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üçün ayrılan masanın, ziyafətin menyusunun və rəsmi mərasimə dəvət məktubunun görüntüləri yayılıb.
31-08-2025, 17:07
Prezident və xanımını qarşılanma anıXəbər verdiyimiz kimi, Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkə başçıları üçün ziyafət təşkil olunub.
Ziyafət zalına daxil olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Çin Sədri Si Cinpin və həyat yoldaşı qarşılayıb.
30-08-2025, 23:54
İranın Bakıdakı yeni səfirinə hansı tapşırıq verilib?
İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu onun qarşısında qoyulan vəzifələri açıqlayıb.
Bu barədə səfir AzTV-yə müsahibəsində deyib.
"Yeni səfir təyin olunanda ona göstəriş verilir ki, iki ölkə arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu hədəfə nail olmaq üçün biz yeni layihələr ortaya qoymalı və keçmiş layihələrin icrası ilə məşğul olmalıyıq. Bu baxımdan mənə göstəriş verilib ki, müxtəlif sahələrdə bütün səy və bacarığımı ortaya qoymalıyam. Odur ki, çox nikbinəm. Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq", - səfir qeyd edib.
30-08-2025, 23:13
Ərdoğan da Çinə getdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək məqsədilə Çinə gedib.
Ərdoğan sentyabrın 1-də sammitdə çıxış edəcək.
Onun zirvə görüşü çərçivəsində dövlət və hökumər başçıları ilə görüşü gözlənilir.
30-08-2025, 22:50
Avropa Azərbaycana yeni səfir təyin etdiAvropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.
Bu vəzifəyə Mariyana Kuyundziç gətirilib.
Məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.
Qeyd edək ki, yeni səfir hazırda Xorvatiyanın Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində çalışır.
30-08-2025, 22:36
Zakir Həsənov Türkiyədə səfərdədirAvqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.
Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
30-08-2025, 21:42
Üçtərəfli görüş olacaq - Tramp əmindirABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukraynanın iştirak etdiyi üçtərəfli sammitin baş tutacağına əmindir.
Bu barədə o, "The Daily Caller" nəşrinə müsahibəsində deyib.
Bununla belə, o, Rusiya və Ukrayna liderlərinin görüşüb-görüşməyəcəyini bilmir.
"Üçtərəfli zirvə baş tutacaq. İkitərəfli görüşə (Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskidən söhbət gedir - red.) gəlincə, bilmirəm, amma üçtərəfli olacaq", - Tramp qeyd edib.
30-08-2025, 21:23
13 yaşlı uşağın ölüm səbəbi bilindiSumqayıtda 13 yaşlı uşaq ölüb.
2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.