Dərnəgül dəmir yolu dayanacağının tikintisi davam etdirilir .....                        Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik .....                        4 yaşlı uşaq kanalizasiya quyusuna düşərək öldü .....                        Bunlar hərbi cinayətlərdir - Arayik ETİRAF ETDİ .....                        Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün imtahan keçirildi .....                        Emin Əmrullayev türkiyəli rektorlarla görüşdü .....                        Ermənilərin məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir .....                        Zelenski istedadlı artistdir! - Putin istehza etdi .....                        Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB .....                       
6-05-2025, 16:43
Vardanyanın məhkəməsində zərərçəkmişlə ifadə verdilər


Vardanyanın məhkəməsində zərərçəkmişlə ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
İfadə verən zərərçəkmiş şəxs Mehman Həsənov Ağdam rayonunun Mollalar kəndi ərazisində yol inşasının həyata keçirilməsi məqsədilə qazıntı və quruculuq işlərinin aparılması üçün həmin əraziyə ekskavator sürücüsü qismində ezam olunduğunu bildirib.
O qeyd edib ki, iş başında olarkən - ekskavatorun yaxınlığında dayanaraq iş planlaşdırılması etdiyi zaman mərmi partlayışlarının səsləri eşidib, bu zaman gizlənmək üçün yaxınlıqda olan ağaclıq sahəyə hərəkət edib.
Zərərçəkmiş şəxs təxminən 80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəsindən xəsarətlər aldığını və ətrafda olan şəxslərin köməkliyi ilə Ağdam Rayon Mərkəzi xəstəxanasına gətirildiyini deyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
6-05-2025, 16:39
“Vətən sevdaların əzəli”


Bakı Qızlar Universitetinin müəllimi Əlibala Zalovun şeirlər kitabı nəşr olundu

Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasının baş müəllimi, şair və pedaqoq Əlibala Zalovun yeni şeirlər kitabı – “Vətən sevdaların əzəli” nəşr olunaraq oxuculara təqdim edilmişdir.
Kitab müəllifin Vətənə sonsuz sevgisini, milli-mənəvi dəyərlərə bağlılığını və poeziyada özünəməxsus ifadə tərzini əks etdirir. Əlibala Zaloğlu bu nəşrlə ədəbi ictimaiyyətə və oxuculara yeni poetik dünyasını təqdim edir. Kitabda yer alan şeirlər təkcə müəllifin yaradıcılıq potensialını deyil, həm də onun pedaqoji mövqeyində milli düşüncəni necə yaşatdığını göstərir.
Bakı Qızlar Universitetinin kollektivi olaraq, Əlibala Zalovu ürəkdən təbrik edir, ona yeni-yeni ədəbi nailiyyətlər arzulayırıq.
6-05-2025, 16:10
Azərbaycanla Pakistan arasında daha bir memorandum təsdiqləndi


Azərbaycanla Pakistan arasında daha bir memorandum təsdiqləndi

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu” 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb.
6-05-2025, 15:58
Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq - FOTO


Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq - FOTO

Ağdama səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Qızıl Kəngərli kəndində olublar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.
Aqrar şəhərcik belaruslu mütəxəssislərin iştirakı ilə yaradılacaq. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacaq.

****

15:07

Azərbaycanın Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkına gəliblər.
Belarus hökumətinin başçısı sənaye parkı ilə tanışlıq zamanı burada görülən işlərlə maraqlanıb. Bildirilib ki, Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. Hazırda parkda doqquz müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir.
Belarus nümayəndə heyəti parkı ziyarət zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə “MAZ-5907S2-012” markalı kommunal təyinatlı avtomobil hədiyyə edib.
Sonra Sarıcalı kəndi ilə tanışlıq olub. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə, 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Artıq kənd sakinlərinin doğma yurdlarına qayıdışına başlanılıb.





6-05-2025, 15:54
Naxçıvanda ər arvadını bıçaqladı


Naxçıvanda ər arvadını bıçaqladı

Naxçıvanda qısqanclıq zəmnində ər arvadını bıçaqlayıb.
Hadisə Naxçıvan şəhəri 54-cü məhəllədə qeydə alınıb.
Belə ki, Naxçıvan şəhər sakini, 1992-ci il təvəllüdlü Tural Zeynibəyli həyat yoldaşı Validə Zeynibəylini bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
6-05-2025, 14:57
Özgür Özələ hücum edən şəxs həbs edildi


Özgür Özələ hücum edən şəxs həbs edildi

CHP sədri Özgür Özələ hücum etməkdə şübhəli bilinən Səlcuq Tengioğlunun məhkəməsi olub
Hakimin qərarına əsasən, ictimai vəzifəsini yerinə yetirən şəxsə qəsdən xəsarət yetirmək ittihamı ilə həbs edilib.
6-05-2025, 14:48
Putin Pezeşkianla razılığa gəldi


Putin Pezeşkianla razılığa gəldi

Rusiya Prezidenti Vladimir Putinlı İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Vladimir Putin 26 aprel 2025-ci il tarixində Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı bir daha başsağlığı verib.
Məsud Pezeşkian da öz növbəsində bu fəlakətin nəticələrinin aradan qaldırılmasında operativ köməyə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.
İran prezidenti həmçinin Vladimir Putini və bütün Rusiya vətəndaşlarını alman faşizmi üzərindəki Qələbənin 80-ci ildönümü münasibətilə təbrik edib.
İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin, o cümlədən nəqliyyat və energetika sahələrində birgə iri layihələrin həyata keçirilməsi yolu ilə genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Aktual beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı ilə bağlı Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqların gedişi barədə fikir mübadiləsi aparılıb.
Prezidentlər xarici siyasət sahəsində Rusiya-İran praktiki əməkdaşlığını və koordinasiyasını hərtərəfli gücləndirmək üçün birgə işi aktivləşdirmək barədə razılığa gəliblər.
6-05-2025, 14:30
Sabah seçkidir - Yeni Papa İtaliyadan olmaya bilər


Sabah seçkidir - Yeni Papa İtaliyadan olmaya bilər

Sabah - mayın 7-də Roma Katolik Kilsəsinin kardinallarının növbəti Papanın kim olacağına qərar verəcək toplantısı keçirləcək.
Səsvermə 22 papabilidən ibarət siyahı (papalığa namizədlər) üzrə baş tutacaq.
Nəticədə Müqəddəs Taxt-Taca mərhum Papa Fransiskin varisi seçiləcək.
22 papalığa namizəddən cəmi 5-i italyan kardinaldır.
Xarici KİV yazır ki, növbəti Papa İtaliyadan olmaya bilər.
6-05-2025, 14:28
Belarus hökuməti Ağdama təsərrüfat texnikası hədiyyə etdi


Belarus hökuməti Ağdama təsərrüfat texnikası hədiyyə etdi

Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında nümayiş etdirilən kommunal təsərrüfat texnikası ilə tanış olublar.
Nümayiş etdirilən texnika Belarus hökuməti adından Ağdama hədiyyə olunub.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezidentin 28 may 2021-ci il tarixli Sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxildir.
Parkın sahəsi 190 hektardır, ərazinin 70%-dən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir.
6-05-2025, 13:45
Pezeşkian Gəncəyə də getməliymiş: “Xameneinin cızdığı yolla hərəkət edirik”


Pezeşkian Gəncəyə də getməliymiş: “Xameneinin cızdığı yolla hərəkət edirik”

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian “Tehran Tayms”a eksklüziv müsahibəsində prezidentliyə qədərki həyat tərzindən və üzərinə düşən gərgin vəzifələrdən danışıb.
Məsud Pezeşkian “Tehran Tayms”ın müxbiri ilə Azərbaycan səfərindən qayıdarkən təyyarədə söhbətləşib.

Pezeşkian idman vərdişlərindən tutmuş İranın xarici siyasətdəki mövqeyinə qədər bir çox mövzuda açıqlamalar verib.

Məlim olub ki, aprelin 28-də İran nümayəndə heyətilə Bakıya rəsmi səfər edən Pezeşkian əslində Azərbaycanda 2 gün qalmağı planlaşdırıb. Pprezidentin səfər proqramına birinci gün Bakıda, ikinci gün isə dahi şair Nizami Gəncəvinin məzarının yerləşdiyi Gəncə şəhərində olmaq daxil imiş. Lakin həmin ərəfədə İranın cənubundakı Bəndər Abbas limanında güclü yanğının baş verməsi və çoxsaylı insan tələfatı Məsud Pezeşkianın Gəncəyə getmək planını pozub və o, səfərini bir gün tez başa vurmağa məcbur olub.

İran prezidentinin “Tehran Tayms”la müsahibəsini təqdim edirik:

- Cənab prezident, siz adətən səhər saat neçədə işə başlayırsınız?

- Adətən saat 7-də.

- Bəs adətən saat neçəyə qədər işləyirsiniz?

- Vəziyyətdən asılıdır. Bəzən axşam saat 7-də, bəzən 6-da, bəzən 11-də evə dönürük. Zaman nə etdiyimizdən və məqsədimizdən asılı olaraq dəyişir. Məsələn, indi saat neçədir?

- Təxminən 11...

- Artıq 11-i keçdi belə. Saat 12-yə çatmayacağıq. Deməli, işimizin xarakterindən asılı olaraq evə dönüş saatları dəyişir. Amma bildiyimə görə biz 24 saatlıq sistem üzrə işləyirik.

- Eşitdiyimizə görə, prezident postuna gəlməzdən əvvəl idmanla, xüsusilə dağ gəzintiləri ilə maraqlanırmışsınız. İndi idman edə bilərsinizmi?

- Çox az. Həftədə bir dəfə futbol oynamağa və ya dağa çıxmağa çalışırıq, amma istədiyimiz kimi dağa çıxa bilmirik. Mənim üçün təhlükəsiz və tənha əraziləri seçirlər. Yəni bizim insanlarla rahat ünsiyyət qura bilmək imkanlarımız məhdudlaşır, “olmaz” deyirlər. Əlimizdən də bir şey gəlmir.

- Prezidentlik öncəsi ilə post-prezidentlik dövrü arasında fərq nədir?

- Hansı baxımdan? Mən hələ də eyni adamam. Heç bir fərq yoxdur.

- Amma məsuliyyətin ağırlığı baxımından...

- Təbii ki, iş yükü daha ağırdır. Hərdən deyirəm ki, əvvəl azad idik, indi əsir. Amma bu elə bir əsarətdir ki, xalqın problemlərinin həlli naminə dözürük. Xalqın dərdinə çarə olmaq istəyirik. Bu, bizə dözmək üçün ümid və güc verir. Əgər biz gənclərin, ictimaiyyətin üzünü güldürə bilsək, bu yol daha asan və dözümlü olar.

- İranın ali rəhbəri Ayətullah Xamenei ilə şəxsi münasibətiniz necədir?

- Biz həmişə səmimi olmuşuq. Və hər zaman dediklərimizə sadiq qalmışıq. İndi biz onun müəyyən etdiyi siyasət və istiqamət üzrə irəliləyirik. Onun cızdığı yolun tərsinə hərəkət etmirik.

- Bəzi Qərb mediası İranın ABŞ-la danışıqlara acizlik və qorxudan girdiyini iddia edir.

- Biz heç vaxt deməmişik ki, “danışıqlar aparmasaq, başımıza bəla gələcək”. Keçmişdə bəziləri belə deyirdi, amma biz ölkənin gələcəyini danışıqlara qoymadıq. Biz öz işimizlə məşğul oluruq. Təbii ki, danışıqlar aparsaq, mühiti sakitləşdirsək, münasibətləri yaxşılaşdırsaq, bu, əla olar. Amma danışıqlar nəticə verməsə, biz çıxılmaz vəziyyətə düşməyəcəyik. Yetər ki ki, biz ağıllı insanlarımızla birgə olaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!