Dünya səyyahları Füzulidə .....                        Putin İlham Əliyevə təşəkkür etdi .....                        Polis gücləndirilmiş iş rejiminə keçdi .....                        Yağıntılar nə vaxt kəsəcək? - Nazirlik AÇIQLADI .....                        Kəlbəcər və Laçına qar yağır .....                        Masallıdakı qəzada yaralananların son durumu .....                        Naxçıvana qar yağır .....                        Bakı-Şamaxı yolunda qəza - Yol bağlandı .....                        Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ .....                       
27-08-2025, 16:47
DOST Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB


DOST Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Xırdalanda DOST Mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb.

***

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunub.


27-08-2025, 16:42
Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO


Laçınlı Fatma nənə: Kağızda 100 yazılıb, amma 110 yaşı var - FOTO

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları Laçın Şəhəri Günü ərəfəsində rayonun 100 yaşlı sakini Fatma Kərimovanı ziyarət ediblər.
Bu barədə xidmətin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, sənədlərə əsasən, Fatma Kərimova 1926-cı il iyulun 1-də Laçın rayonunun keçmiş Mahmudlu bulağı adlanan ərazisində anadan olub.
Fatma xanım bildirib ki, həmin dövrdə sənədlər çox vaxt gec verildiyindən doğum tarixində dəqiqlik tam qorunmayıb. Onun sözlərinə görə, əslində 110 yaşı var.
Fatma Kərimovanın 6 övladı, 9 nəvəsi var.

27-08-2025, 16:36
Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ


Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ

“İsrailin baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin faciəvi hadisələrinin siyasi motivli istismar cəhdidir”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Fələstin xalqına qarşı törədilən soyqırımındakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı qınayır və rədd edirik", - Türkiyə XİN-in bəyanatında vurğulanıb.
Xatırladaq ki, İsrailin baş naziri ilk dəfə qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.
Benyamin Netanyahu bu barədə ilk dəfə olaraq açıq şəkildə danışıb. O, telekanalların birində bəyan edib ki, Osmanlı imperiyası dövründə ermənilərə, yunanlara və süryanilərə qarşı törədilən qətliamları soyqırımı kimi tanıyır. Baş nazir jurnalistin “bu, şəxsən sizin mövqeyinizdirmi” sualına belə cavab verib:
“Bəli, mən indi bunu rəsmən bəyan edirəm”.
27-08-2025, 16:30
Özü 671, qardaşı 657 bal topladı - Eyni universitetə qəbul oldular


Özü 671, qardaşı 657 bal topladı — Eyni universitetə qəbul oldular

Laçın sakini olan bacı-qardaş yüksək bal toplayaraq tələbə adını qazanıblar.
İsayeva Aysu və İsayev Nihad Laçın rayonu 34 nömrəli tam orta məktəbin məzunlarıdır.
Aysu 671,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinin «Tibb» ixtisasına qəbul olub. Onun qardaşı Nihad isə 657.3 bal toplayıb. Nihad isə eyni universitetin «Stomatologiya» ixtisasında oxuyacaq.
27-08-2025, 16:23
Xıdırlıya köçən 104 ailəyə evlərin açarları təqdim edildi - FOTO


Xıdırlıya köçən 104 ailəyə evlərin açarları təqdim edildi - FOTO

Avqustun 27-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bu mərhələdə köçürülən 370 nəfərdən ibarət 104 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.




27-08-2025, 16:17
Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı - ÖLƏN VAR


Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı - ÖLƏN VAR

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.
Qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Hadisə zamanı 1973-cü il təvəllüdlü sürücü İlqar Mübaşir oğlu Əhmədov hadisə yerində ölüb.
1977-ci il təvəllüdlü sərnişin Ramil Bayram oğlu İbrahimzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
27-08-2025, 16:11
Bu şəxs 30 min manatadək cərimələnə bilərlər - XƏBƏRDARLIQ


Bu şəxs 30 min manatadək cərimələnə bilərlər - XƏBƏRDARLIQ

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova səsləndirib.
Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir:
"Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər".
T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:
"Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.

Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə:

- Fiziki şəxslərə 2 000 - 3 000 manat,

- Vəzifəli şəxslərə 5 000 - 10 000 manat,

- Hüquqi şəxslərə isə 20 000 - 30 000 manat cərimə nəzərdə tutulur.

Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir".
T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir:
"İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır".
27-08-2025, 15:36
Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib


Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib

Azərbaycanda ötən 78 mindən artıq qadın aborta məruz qalıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən məlumat verilib.
Abort etdirən qadınların yarısı gəncdir (15-29 yaş).
Onlardan 2700-dən çoxunun yaşı 20-dən az olub. Məlumata görə, 15-17 yaşında olan 72 qadın, 18-19 yaşında olan 2679 qadın abort elətdirib.
27-08-2025, 14:45
MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək


MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.
Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
27-08-2025, 14:20
Putinlə İlham Əliyev Çində görüşəcək? - Kremldən cavab


Putinlə İlham Əliyev Çində görüşəcək? - Kremldən cavab

31 avqust-1 sentyabr tarixlərində Çinin şimalında, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Çin lideri Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və ŞƏT Plus iclasına sədrlik edəcək.
Sammit çərçivəsində Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək. Rusiya Prezidenti Vladimir Putin, BMT Baş katibi Antonio Quterreş, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və Malayziya Baş naziri Anvar İbrahim tədbirə qatılacağı təsdiqlənən adlar arasındadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə dəvət olunub. Paşinyan iştirakını təsdiləyib, İlham Əliyev isə aprel ayında sammitə dəvəti qəbul edib.
Kremlə Azərbaycan və Rusiya prezidentlərinin sammit çərçivəsində görüşüb-görüşməyəcəyi ilə bağlı sual ünvanlanıb.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşün mümkünlüyünü şərh etməyib və Putinin ikitərəfli görüşlər qrafikinin hələ hazırlanma mərhələsində olduğunu bildirib.
"Biz indi ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, onu çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə uyğunlaşdırmaq lazımdır, bu iş tamamlandıqdan sonra sizi məlumatlandıracağıq", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!