Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
17-01-2025, 16:22
Pezeşkian Putinlə bir araya gəldi


Pezeşkian Putinlə bir araya gəldi

İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada görüşüblər.
Prezident Pezeşkian İranın ali rəhbəri Ayətullah Xameneinin salamlarını Vladimir Putinə çatdıraraq deyib: “İslam İnqilabının rəhbəri qardaş və dost ölkə Rusiya ilə əlaqələrin dərinləşdirilməsi və gücləndirilməsinin vacibliyini vurğulayıb”.
“Allaha şükür, region ölkələri ilə əlaqələrimiz hər gün daha da yaxşılaşır” deyən Pezeşkian İranın regionda ticarət, mədəni və iqtisadi əlaqələrinin inkişaf etdiyini xatırladıb.
Məsud Pezeşkian İran-Rusiya Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ilə bağlı deyib:
“Biz illərdir hərtərəfli strateji saziş üzərində işləyirik və bu gün müqavilə imzalanacaq. Strateji saziş iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün əsas təşkil edəcək''.
İran-Rusiya münasibətlərini “çox mühüm və strateji” kimi qiymətləndirən Pezeşkian bu əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını bildirib.
Pezeşkian regionun bölgə dövlətləri tərəfindən idarə olunması vacibliyini vurğulayıb:
"Dünyanın o biri tərəfindən başqalarının gəlib bölgəni parçalayıb öz siyasətlərini həyata keçirməsinə ehtiyac yoxdur”.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında yeni müqavilə əməkdaşlığın bütün sahələrinə əlavə təkan verəcək.
“Bu, əməkdaşlığımızın praktiki olaraq bütün sahələrinə əlavə təkan verəcək. Əminəm ki, bu, həm də ticarət-iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək. Baxmayaraq ki, ümumilikdə indiki tempin kifayət qədər məqbul olduğuna inanıram”, - Putin bildirib.
Görüşün sonunda iki lider münasibətlərdə yeni dövrün əsasını qoyan 47 maddədən ibarət Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq.
17-01-2025, 16:13
“Toplum TV” işi üzrə istintaq yekunlaşdı


“Toplum TV” işi üzrə istintaq yekunlaşdı

“Toplum TV” işi üzrə istintaq yekunlaşıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, vəkillər cinayət işi materialları ilə tanış olmaq üçün dəvət edilib.
Qeyd edək ki, ötən il martın 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb.
Bakının Nərimanov rayonu Y. V. Çəmənzəminli küçəsi, ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürüldüyü bildirilir.
17-01-2025, 16:10
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA


Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA

Bir müddət əvvəl Bakının Xətai rayonunda hücuma məruz qalan Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovla Kikboksinq Federasiyasının keçmiş I vitse-prezidenti Ramal Aslanovun barışdığı iddia edilir. İddialara görə, idmançılar arasında barışıq əldə olunub.
Qeyd edək ki, Fuad Zeynalov hücumun Ramal Aslanov tərəfindən sifariş verildiyini iddia edib. Ancaq məhkəmə Ramal Aslanovu təqsirli hesab etməyib və onu sərbəst buraxıb.
Fuad Zeynalov bildirib ki, iddialar yalandır və heç bir barışıqdan söhbət gedə bilməz.
"İkincisi, barışıq oldu-olmadı, bu, heç nəyi dəyişmir. Bu məsələlərlə rəhbərlik özü məşğul olur. Mən bu məsələlərdə kənara çəkilmişəm, bütün hüquqi proseslərlə vəkilim məşğul olur. Barışıq üçün çox müraciətlər gəlir, amma artıq bu mənasız və əsassızdır", - Fuad Zeynalov qeyd edib.
DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar, onlar barəsində həbs qərarı çıxarılıb.
Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə məşqçi fəaliyyətinə xitam verilib.
17-01-2025, 15:37
ABŞ "TikTok"u qadağan edir: əhali başqa Çin proqramına keçir


ABŞ "TikTok"u qadağan edir: əhali başqa Çin proqramına keçir

ABŞ-də "TikTok"un bloklanacağını barədə xəbərlərin artması fonunda amerikalılar kütləvi şəkildə başqa bir Çin sosial şəbəkəsinə keçirlər.
"RedNote" proqramı ABŞ-da son günlər ən çox yüklənən proqramlardan biri olub.
Analitiklərin hesablamalarına görə, proqramı cəmi iki gün ərzində 700 min insan yükləyib.
Yeni tətbiqi "TikTok"un analoqu adlandırmaq olar, lakin qısa videolardan əlavə, burada mətn yazıları və şəkillər dərc etmək mümkündür.
17-01-2025, 15:37
ABŞ "TikTok"u qadağan edir: əhali başqa Çin proqramına keçir


ABŞ "TikTok"u qadağan edir: əhali başqa Çin proqramına keçir

ABŞ-də "TikTok"un bloklanacağını barədə xəbərlərin artması fonunda amerikalılar kütləvi şəkildə başqa bir Çin sosial şəbəkəsinə keçirlər.
"RedNote" proqramı ABŞ-da son günlər ən çox yüklənən proqramlardan biri olub.
Analitiklərin hesablamalarına görə, proqramı cəmi iki gün ərzində 700 min insan yükləyib.
Yeni tətbiqi "TikTok"un analoqu adlandırmaq olar, lakin qısa videolardan əlavə, burada mətn yazıları və şəkillər dərc etmək mümkündür.
17-01-2025, 15:25
AĞRILARIMIZDAN YAZAN YAZIÇI


Miraslan BƏKİRLİ -70


Əziz ƏLƏKBƏRLİ
Qərbi Azərbzycan İcması İdarə Heyətinin sədri,
Milli Məclisin deputatı.


AĞRILARIMIZDAN YAZAN YAZIÇI

Biz uzun illərdir ki, ermənilərlə müharibə vəziyyətindəyik, on illərdir ki, ermənilərin fiziki və mənəvi soyqırımının qurbanlarıyıq, yüz illərdir ki, düşünülmüş, planlaşdırılmış bir siyasətin ağrı-acılarını ellərimizin və nəsillərimizin taleyində yaşayırıq. Tez-tez öz-özümdən soruşuram, əcəba, necə olur ki, yersiz-yurdsuz, soysuz-köksüz bir ovuc erməni bu böyüklükdə bir milləti bu qədər itkilərə məruz qoyur? Doğrudanmı təkcə ona görə ki, biz müsəlmanıq, onlar isə xristian və xristian dünyası onlara dəstək verir?! Doğrudanmı təkcə ona görə ki, Qafqaz çox vacib strateji coğrafi məkanda yerləşir və dünyanın bir sıra dövlətlərinin bu məkanda erməni kimi oyuncaq bir millətə, Ermənistan kimi oyuncaq bir dövlətə ehtiyacı var?! Doğrudanmı təkcə ona görə ki... Lənət şeytana! Bəlkə mahiyyəti itkilərimizə bəraət qazandırmaqdan başqa bir şey olmayan bu sualları bir kənara qoyub, azacıq da özümüzdə günah axtaraq, etdiklərimizi və etmədiklərimizi tərəzinin gözünə qoyub ədalətlə hökm verək?! Yəni özümüzdə heç günah olmayıb? Erməni aşına-aşına gəlib çıxıb ocaq başına və bunda bizim zərrə qədər günahımız yoxdur? İşimizin düzəlməyi xətrinə erməniyə dayı deyən biz deyilik? Doğrudur, indiyədək hələ heç kəs ayranına turş deməyib. Axırı nə olub? Ayranı turş olanların ayranı şirinləşibmi? «Sapı özümüzdən olan baltalar...» deyirik, amma unuduruq ki, atalar həm də «sapında varsa, küpündə də var» deyib axı!
Gəlin açıq danışaq. Erməni bizim Qərbi Azərbaycan boyda torpaqlarımızı, cənnət Qarabağımızı, ətraf ərazilərimizi təkcə ona görə işğal edə bilmədi ki, arxasında Rusiya vardı, həm də ona görə işğal edə bildi ki, yüz illərdir erməni kilsəsi və erməni ziyalıları, xüsusilə alimləri, yazıçıları öz xalqının hər doğulan yeni nəslini inandırıb ki, onlar dünyanın ən qədim millətidir, bütün Qafqaz, xüsusilə Cənubi Qafqaz, indiki Ermənistan və Azərbaycan torpaqları onların tarixi vətənləri, ata-baba yurdlarıdır, bu yurdlar gəlmə türklər tərəfindən işğal olunub və bugünkü erməni millətinin borcudur ki, nəyin bahasına olursa-olsun o torpaqları geri alıb «Böyük Ermənistana» qatsın və s. və i. a. Erməni alimləri əvvəl bu yalanları deyiblər, yazıblar, o qədər deyib-yazıblar ki, axırda öz yalanlarına özləri də inanıblar, sonra millətlərini inandırıblar, ən sonda da başlayıblar dünyanı inandırmağa. Budur, nəticə göz qabağındadır. Bu yalanlarla tərbiyə olunmuş ermənilər əllərinə silah alıb «öz tarixi vətənlərini türklərdən azad etmək üçün» müharibəyə başladılar. Artıq onları inandırmaq mümkün deyil ki, onlar özlərinin yox, başqalarının torpaqlarına iddialıdırlar. «Hər millətin yaxşısı da var, pisi də» deyənlərimiz də bilməlidirlər ki, qarşımızda normal bir millət yox, yüz illər ərzində belə yalanlarla zəhərlənmiş, hər nəfəri intiqama, qisasa yoluxdurulmuş, islah olunması üçün təzədən bir neçə yüz il tələb olunan bir etnik toplum durur.

Yaxşı, belə bir vəziyyətdə bəs biz nə etməliyik? Erməni yüz il, iki yüz il əvvəl haradan gəlib, təzədən ora öz xoşu ilə köçüb gedəsi deyil, biz də öz tarixi vətənimizdə yaşayırıq. Belə olan surətdə biz və bizdən sonra övladlarımız bunlarla qonşuluqda necə yaşayacağıq? Təbii ki, siyasətçilərimiz, diplomatlarımız üzərlərinə düşəni edir, amma əsas vəzifə millətimizin tarixi yaddaşını özünə qaytarmaq və övladlarımızı bu yaddaşın varisləri kimi tərbiyə etməkdir! Bunun üçün millətin bütün elmi-intellektual potensialı səfərbər olunmalıdır. Bu vacib işdə millətin hər nəfərinin üzərinə müəyyən məsuliyyət düşür. Ən böyük məsuliyyəti isə alimlərimiz və yazıçılarımız daşıyır. Bu gün yalanları ilə dünyanı başına alıb gedən ermənini durdurmağın yeganə yolu erməni yalanlarını sonadək ifşa etməkdir. Erməni yalanlarını ifşa etməyin yolu isə əsl tarixi həqiqətləri ortaya qoymaqdır! Erməni həmişə tarixi həqiqətlərin ortaya çıxmasından qorxub. Çünki özünün bütün varlığı saxtakarlıqlardan yoğrulub, tarixi də, mədəniyyəti də, həyatı da – nəyi varsa, hamısı saxtakarlıqlar üzərində qurulub. Alimlərimiz faktları ortaya çıxarıb, tarixə tam aydınlıq gətirməyincə, nə erməni dayanacaq, nə də bizim onu dayandırmağa gücümüz çatacaq.
Lakin bununla da iş bitmir, tarixi həqiqətlər ancaq tarix kitablarında qalacaqsa, biz elə axıra qədər kimlərisə özümüzün haqlı, erməninin haqsız olduğuna inandırmağa çalışacağıq. Amma heç kəs də bizə inanmayacaq, çünki zatən dünya bizim haqlı olduğumuzu bilir və bilə-bilə erməninin tərəfini saxlayır, ən yaxşı halda isə susur. Ona görə də bizə heç kəsi inandırmaq lazım deyil və ya ən azı təkcə bu lazım deyil. Biz ilk növbədə alimlərin ortaya qoyduğu tarixi həqiqətləri millətimizə oxutmalıyıq. Təkcə tarix kitabları şəklində yox, romanlar, povestlər, hekayələr, şeirlər, poemalar, dramlar şəklində! Millət təkcə tarix kitabları ilə yox, həm də və daha çox bədii əsərlərlə tərbiyə olunur. Bugünkü erməni milləti ona görə indiki qədər millətçi, şovinist, işğalçı bir millətdir ki, zaman-zaman raffilərin, abovyanların, xanzadyanların, ohanes şirazların, paruyr sevakların, kaputikyanların, balayanların əsərləri ilə tərbiyə olunublar. Mən demirəm erməni olaq. Heç düşmənimə də bunu arzulamıram. Amma heç olmasa gələcək nəsillərimizi özünü erməni kimilərdən müdafiə edə biləcək mənəvi gücdə formalaşdıraq.
Özünün hekayə, povest, romanları, elmi-bədii publisistik əsərləri ilə Miraslan Bəkirli məhz belə yazıçılarımızdandır.
Son zamanlar keçən yüzildə xalqımızın məruz qaldığı repressiya, deportasiya və soyqırımlardan danışanlar, yazanlar çoxalıb. Bu, özlüyündə yaxşıdır. Lakin bu mövzuda, elmi hazırlığı və ya bədii səviyyəsi olan da yazır, olmayan da. Bu ağrı-acıları öz taleyində yaşayan da yazır, yaşamayan da. Bu faciələrin mahiyyətini dərk bir yana, adicə təsəvvür etməyənlər də qələmə sarılıb. Belə olanda mövzu ucuzlaşır, dəyərsizləşir. Ona görə də mənim şəxsi qənaətim belədir: bu cür mövzularda ya yaxşı yazmaq lazımdır, ya da ümumiyyətlə, yazmamaq.
Bu baxımdan, Miraslan Bəkirli ədəbiyyatımızın örnək yazıçılarındandır. Təsadüfi feyil ki, bir yazımda yazmışdım ki, hər dəfə Miraslan Bəkirlini görəndə elə bilirəm dərdin, ağrının özünü görürəm. Ona görə yox ki, onun illərdən bəri televiziyada qədim yurd yerlərimizdən hazırladığı silsilə verilişlərin adı «Ağrı»dır. Yaxud ona görə yox ki, son zamanlar Miraslan Bəkirli ürəyinin ağrısından tez-tez şikayət edir. Ona görə ki, o, danışanda da, yazanda da dərdlərimizdən, ağrılarımızdan danışır və yazır.
Cəsarətlə demək olar ki, Miraslan Bəkirli çağdaş nəsrimizdə özünəməxsus yeri olan nasir-lərimizdəndir. Bu özünəməxsusluq onun mövzu seçimində, yazı üslubunda, təsvir manerasında, dilindədir. Miraslan milli-etnik yaddaşdan, türkün minillərin sınağından çıxan inanc və tapınaqlarından, yer-göy, əvvəl-axır, olum-ölüm, keçici-ədəbi olanlar barədəki mifik-mistik və sakral dünyagörüşündən süzülüb gələn yazıçıdır. Bunu hekayələrinin adı da təsdiq edir: Ruh, Ulartı, Qurd yağı, Hal, Xızır baba, Şeytan oğlu, Zurna səsi, Qarğa, Kəl, Qızıl balıq, Qoç, Qorxu, Ölüm, Çöpçü, Şeytan küpəsi, Həsrət, Yuxu və s. və i. a.

Bu hekayələrin hər birində varlıqla yoxluq, olumla ölüm arasındakı gerçək dünyanın təkcə görünən yox, həm də görülməli olan, lakin adi insanların çoxu üçün görünməz olan məqamları bədii ədəbiyyata gətirir. Olumla ölüm arasındakı bu dünya ilə olumdan əvvəlki və ölümdən sonrakı dünyalar arasında olan və ola biləcək bağlar axtarılır.
Bəzən adama elə gəlir ki, Miraslanın bu hekayələri ilə bu hirsli-hikkəli (soyuq və isti müharibələrin, təbii fəlakətlərin bir-birini əvəz etdiyi), kirli-paslı (ekoloji tarazlığın pozulduğu) dünyanın qayğıları arasında bir təzad, uyğunsuzluq, uyuşmazlıq var. Lakin bu hiss çox tez də keçib gedir və görürsən ki, elə Miraslan Bəkirli də bu dünyanın həmin itirilən dincliyindən, rahatlığından, mənəvi-psixoloji ekologiyasından danışır. Və onu da görürsən ki, bu itirilən milli və bəşəri, dünyəvi və ruhani dəyərləri təzədən qaytarıb tərəzinin qalxan gözünə qoymasan, bu dünyanın və dünyadakıların tarazlığı bərpa olunmayacaq.
Miraslanın yaradıcılığında hər an duyulan, hiss edilən ağrının ilk sızıltıları da elə buradan başlayır. Başlayır və «Yiyəsizlər» povestində əsl ağrıya çevrilir – yurd ağrısına, vətən, el, torpaq ağrısına. Bəlkə elə buna görədir ki, «Yiyəsizlər» povesti Miraslan Bəkirlinin nəsr yaradıcılığında xüsusi yer tutur. Lakin mən burada bu povestdən geniş danışmaq fikrində deyiləm, danışmayacağam da. Çünki bu povestdən danışmaq yox, onu dönə-dönə oxumaq, uşaqlarımza oxutmaq, əzbərlətmək lazımdır. Bu, bizim 1988-ci il faciələrimizin güzgüsüdür. Bu, bizik, bizim taleyimizdir. Biz hamımız o taleyi, o hissləri bir dəfə yana-yana yaşamışıq və qəbir evinə gedənəcən də unutmayacağıq...
Miraslan Bəkirlinin Azərbaycan ədəbiyyatı tarixində ən böyük xidməti xalqımızın 1988-ci ildə Qərbi Azərbaycan ərazisindəki soyqırımını bütün dəhşəti, mənəvi-psixoloji yaşantıları, maddi-fiziki və milli-mənəvi itkiləri ilə bədii nəsrimizə gətirməsidir. 1948-1953-cü illər deportasiyası ilə bağlı belə bir nəhəng işi vaxtilə istedadlı yazıçımız Məmməd Oruc «Köçürülmə» romanı ilə həyata keçirmişdirsə, 1988-ci il soyqırımını bədii ədəbiyyatda əbədiləşdirmək qisməti məhz Miraslan Bəkirlinin taleyinə yazılmışdır. Məncə, Miraslan özünün bu tarixi-ədəbi missiyasını hələ tam başa çatdırmamışdır, bundan sonra da davam etdirəcək və davam etdirməlidir də. Çünki bu, bizim hamımıza, bütün Azərbaycan xalqına və gələcək nəsillərimizə lazımdır.
Mən, Miraslan Bəkirlini bir də «Kəndim – kədərim» kitabında kəşf etdim. Bu, 1991-ci ildən «Vətən səsi» qəzetində çiyin-çiyinə ilədiyim, yazılarını həvəslə oxuyub, televerilişlərinə böyük maraqla baxdığım, çağdaş bədii nəsrimizdə sanballı söz olan «İstək» hekayələr və povestlər kitabının redaktoru və naşiri olduğum bir jurnalisti, yazıçını, dostu təzədən kəşf etmək idi. Bu kitab Miraslanın doğulub boya-başa çatdığı Cücəkəndə həsr olunub. Miraslanın bu kitabı necə məhəbbətlə yazdığı onun öz sözlərindən də anlaşılır: «O kənd mənim dünənimdi, dünyaya göz açanda ilk gördüyüm ilahi məkandı, sevin¬cimdi, kədərimdi, yuxularımdı, gerçəyimdi, xəyalımdı. O kənd mənim və ba¬balarımın beşiyidi, körpəliyimdi, uşaqlığımdı, yeniyetməliyimdi, gəncliyimdi»...
Miraslan ürək ağrısı ilə «sümüyümün yiyəsi olmayan kəndim...» deyir. Deyir və deyə-deyə də bu qədim Azərbaycan-türk kəndinə yüzillər, bəlkə də minillər boyu yaşayacaq əbədi bir abidə ucaldır. Bu abidə-kitabda bir kəndin mənəvi, mədəni, fiziki və sosial həyatının, demək olar ki, bütün cizgiləri öz əksini tapır. Miraslan illərdən bəri ancaq özünün olan, ürəyində, beynində və bəbəklərində gəzdirdiyi Cücəkəndi hamımızın Cücəkəndinə çevirir.
Miraslanın doğma Cücəkəndini nə qədər dəlicəsinə sevdiyinə bir də onda inandım ki, bir səhər çəkiliş kamerasını çiyninə alıb üç dövlətin torpağını ayaqlayıb, üç dövlətin sərhədini keçib, düz Cücəkəndə getdi. Özü demişkən, bu yolda ölüm də vardı, girov düşmək də. Lakin doğma yurdu görmək, doğma torpağın üstündə addımlamaq, üzünü dünyadan köçmüş əzizlərinin soyuq məzar daşlarına sürtmək hissi hər şeyə üstün gəldi. Miraslan həmin anlarda hansı hissləri keçirib – təsəvvür edirəm...

Görünür, bütün bunlara görədir ki, Miraslan Bəkirli özünün «Sürgün» romanını mənə təqdim edəndə mən bu romanı çox böyük həvəs və ümidlə oxumağa başladım. Bu əsərin uğurlu alındığına iki səbəbdən inanırdım. Birinci səbəb əsərin müəllifi ilə bağlı idi. Mən Miraslan Bəkirlinin bütün əsərlərinin oxucusu, hətta bəzi kitablarının redaktoru olaraq bilirdim ki, o, özünə və sözünə hörmət edən, özünün və sözünün çəkisini bilən və gözləyən yazıçılarımızdandır. Bəzi əsərlər var ki, onlarda hər şey yerindədir, ütülü cümlələr, maraqlı təsvirlər, bir-birini əvəz edən hadisələr, obraz, süjet, kompozisiya, ideya və s. və i.a. Amma nə isə çatmır. O çatmayan əsərin ruhudur. Bəzən yazıçı əsəri yaradır, amma ona ruh verə bilmir. Çünki ya özünün ruhu olmur – Yazıçı Ruhu, ya da mövzunu özününküləşdirməmiş, öz ruhuna-qanına hopdurmamış qələmə sarılır. Hər iki halda əsər ölü doğulur. Bəlkə birinci halı yazıçıya bağışlamaq olar, nə edəsən, yazıq özündə olmayanı əsərə necə versin. Belə yazıçıdan və belə əsərdən heç danışmağa dəyməz. Amma ikinci halı yazıçıya bağışlamaq mümkün deyil. Bunu ancaq yazıçı məsuliyyətsizliyi, özünə və ədəbiyyata hörmətsizlik hesab etmək olar.
M.Bəkirli isə hər iki mənada xoşbəxt yazıçıdır. O, sözün böyük mənasında Ruhu olan yazıçıdır.
Miraslan Bəkirli Qərbi azərbaycanlıların 1988-ci il soyqırımını özünün, ailəsinin və ətrafının taleyində yaşayan insanlardandır. Ona görə də əsərindəki soyqırım, onun tərkib hissəsi kimi repressiya, sürgün faciəsinin ağrılarını bütün dəhşəti və bütü incəlikləri ilə təsvir edə bilir, bu ağrıları yaşayır və oxucusuna yaşadır. «Sürgün» romanının uğuruna təminat verən ikinci səbəb əsərdəki təsvir obyektinin düzgün seçilməsidir. Belə ki, Qərbi Azərbaycanın Vedibasar mahalının Səttaruşağı nəsli xalqımızın 20-ci yüzildə yaşadığı tarixi hadisələrin bütün keşməkeşlərindən keçmiş, millətimizin başına gətirilən bütün faciələri taleyində yaşamış, lakin yenə sınmamış, qürurunu, ləyaqətini saxlamış, ayaq üstə qalmış, daha da irəli getmiş, bu gün də böyük şərəflə öz vətəninə və millətinə xidmət edən, inamla irəliləyən, bununla belə, əslini, kökünü də unutmayan bir nəsildir.
1918-ci ildə Andranikin quldur dəstələrinin Vedibasar mahalına hücumu zamanı daşnaklar Səttaruşağı nəslindən otuz altı nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Atası Əli Səttar oğlunun və qohumlarının ölümündən sonra Musa Səttaroğlu Abbasqulu bəyin özünümüdafiə dəstələrinə qoşulur və daşnaklara qarşı müharibənin əsas qəhrəmanlarından birinə çevrilir. Abbasqulu bəyin silahdaşı, dostu, Kərbəlayı İsmayılın isə qohumu olan Musa Səttaroğlu Vedibasarın növbəti ağır günlərində – kolxoz quruculuğu dövründə Kərbəlayı İsmayılın Sovet hakimiyyətinə qarşı qaldırdığı qiyamın burulğanına düşür. Həm Abbasqulu bəyin, həm də Kərbəlayı İsmayılın haqlı arqumentlərinə təmkinlə qulaq asan Musa düşmənlərin dəyirmanını işlədən bu burulğanda onların hər hansı birinin batmasının milli mənafeyə xidmət etmədiyini çox gözəl başa düşür, onların ikisini də qorumağa çalışır, lakin proseslərin qabağını saxlamaq mümkün olmur: Abbasqulu bəy aldadılmış qiyamçılar tərəfindən öldürülür, onu öldürənlər isə amansızcasına cəzalandırılırlar. Qaçanlar qaçır, qalanlar güllələnir, sürgün olunur. Kərbəlayı İsmayıl Türkiyəyə qaçır, oğlanları aldadılıb gətirilərək güllələnir. Musanın, bir çoxlarının özü və ailələri Sibirə, Qazaxıstana sürgün edilirlər.
Əsərdə bu sürgünün bütün təfərrüatları açılıb ortaya qoyulur, «Sürgün» aktının təkcə sosial-siyasi yox, həm də mənəvi-psixoloji, insani, daha doğrusu, antiinsani mahiyyəti uğurlu bədii üsul və detallarla təsvir edilir. 1937-ci ilin soyuq bir qış günündə Qazaxıstanın Cambul vilayətinin Kenes kəndinə sürgün olunan insanların iki ay ərzində yük vaqonlarında yaşadıqları tam bir Qiyaməti xatırladır. Bu Qiyamətdə – əllərin əllərdən, ayaqların yerlərdən, gözlərin göylərdən üzüldüyü yerdə insanlar çox sərt sınaqlara çəkilir, Şər insanları şərə sürüklədikcə İnsanlıq ayağa qalxır, hamı tikəsini bir-biri ilə bölüşür, nəinki tikəsini, hətta döşündəki südünü belə öz balasının boğazından kəsib tanımadığı yetim bir körpə ilə bölüşənlər olur. Xəstəsinin boğazına tökməyə bir udum su, ölüsünün üstünə atmağa bir ovuc torpaq tapmayan bu insanlar bu qədər dözümü, bu qədər səbiri, mətinliyi haradan alırlar, görəsən?! Əsəri oxuduqca bu suala cavab tapırıq. Əsərdə Cahan arvad, Əsmər ana, Telli Azərbaycan anasının, Azərbaycan gəlininin simvolu kimi ümumiləşdirilir. Əsəd, Əhməd, Məhəmməd kişilik, insanlıq borclarına axıradək sadiq qalırlar.

Nəhayət, Qiyamət – vaqon həyatı başa çatır. Məşəqqət – sürgün həyatı başlayır. İnsanlar yenidən sınağa çəkilirlər. Bu həyat mənə tanış gəlir...
1989-cu ildə elmi əməkdaşı olduğum Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutundan alim yoldaşım Məhərrəm Qasımlı ilə Qazaxıstanın həmin Cambul vilayətinə ezamiyyətə göndərilmişdik. Məqsəd 1937-ci ildə sürgün olunan insanlarımızı, onların övladlarını axtarıb tapmaq idi. Hamı başımıza dolanırdı, «son 52 ildə Bakıdan gələn ilk rəsmi nümayəndəsiniz» deyirdilər. Bir ay orada qaldıq, insanları dinlədik, sürgün səbəblərini, sürgün talelərini, sürgün faciələrini danışdılar. Vətən deyəndə gözü yol çəkən, dodaqları əsən qocaları, vətən nisgilli bayatılar çağıran nənələri dinlədik, Çu çayına Araz adı verən, Azərbaycan deyəndə gözünü bir yumub, min tökən soydaşlarımızın dərdinə şərik olduq. «Sürgün» romanı mənə o günləri bir də yaşatdı, o insanlar təzədən gəlib durdu gözümün qabağında. Ən qəribəsi də budur ki, mən o insanların talelərini, o insanların söhbətlərini 1989-cu ildə öz dillərindən eşitdiyim kimi oxudum «Sürgün» romanında. Elə bu yerdə bir də inandım ki, «Sürgün» romanı çağdaş ədəbiyyatımızda öz layiqli qiymətini alacaq.
«Sürgün» romanının ən ibrətamiz cəhəti odur ki, burada Azərbaycan insanının bütün əzab və məhrumiyyətlərdən keçərək Şərə qalib gəlməsini görürük. Dörd yaşında ana qucağında sürgünə yollanan Əli adlı körpə – Səttaruşağı nəslinin nümayəndəsi iyirmi yeddi yaşında artıq tanınmış yol-tikinti mütəxəssisi kimi Bakıya qayıdır. Söhbət Azərbaycan xalqının dünyaşöhrətli oğlu, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevdən gedir.
Miraslan Bəkirlinin bu il 70 yaşı tamam olur. Dəyərli yazıçımıza yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
17-01-2025, 00:50
Tramp məşhur aktyorlara yüksək vəzifə verdi


Tramp məşhur aktyorlara yüksək vəzifə verdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voight, Silvester Stallone və Mel Gibsona vəzifə verib.
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Tramp aktyorları Hollivuda xüsusi nümayəndə təyin etdiyini açıqlayıb.
“Qürur hissi ilə elan edirəm ki, Con Voight, Mel Gibson və Silvester Stallone mənim böyük, lakin çox problemli yerdə - Hollivudda (Kaliforniya) xüsusi elçilərim olacaqlar. Bu vəzifədə onlar Hollivudu daha böyük, daha yaxşı və güclü etmək üçün çalışacaqlar”, - o qeyd edib.
Trampın sözlərinə görə, adları çəkilən aktyorlar Hollivudda onun “gözü və qulağı” olacaqlar.
17-01-2025, 00:39
BMT qüvvələrini qəbul etməyə hazırıq - Colani


BMT qüvvələrini qəbul etməyə hazırıq - Colani

BMT qüvvələrini İsraillə birgə yaratdığı bufer
zonada qəbul etməyə hazırıq.
Bunu Suriya lideri Əhməd əş-Şara “Reuters”ə müsahibəsində deyib.
“İsrailin bölgədə irəliləməsi İran milisləri və Hizbullahın mövcudluğu ilə şərtlənirdi. Dəməşqin azad edilməsindən sonra hesab edirəm ki, onların mövcudluğu tamamilə yox olub. İsrailin bu gün Suriya bölgələrinə, bufer zonaya doğru irəliləmək üçün istifadə etdiyi bəhanələr var”, - deyə o bildirib.
17-01-2025, 00:22
Ekspertlərdən Xəzərlə bağlı həyəcan təbili


Ekspertlərdən Xəzərlə bağlı həyəcan təbili

Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən təxminən 2 metr aşağı düşüb. Bunu “Kazidromet” RSE-nin Xəzər dənizinin Hidrometeoroloji Tədqiqatları Departamentinin məlumatı sübut edir.
Qazaxıstanlı mütəxəssislər Xəzərin vəziyyəti ilə bağlı ən son məlumatları təqdim ediblər.
“Hazırda biz Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi prosesinin sürətləndiyini görə bilərik. 2006-2023-cü illər arasında suyun səviyyəsi 1,83 metr azalıb”, -deyə şöbə müdiri Ayzat Eltay qeyd edib.
ECOJER Assosiasiyasının Mangistau bölgəsi üçün regional Ekoloji Şurasının sədri Adilbek Kozıbakov əlavə edib: “Xəzər dənizinin səviyyəsinin azalması suyun duzluluğunun artmasına və dəniz ekosistemi üçün təhlükə yaradacaq zəhərli qazların emissiyasına səbəb ola bilər.
Xəzər dənizində tammiqyaslı elmi tədqiqatlar aparılmalı və dəniz qonşu ölkələrlə birlikdə qorunmalıdır”.
16-01-2025, 22:43
İsraillə HƏMAS atəşkəs sazişi imzaladı


İsraillə HƏMAS atəşkəs sazişi imzaladı

HƏMAS və İsrail Qəzza zolağında atəşkəs sazişi imzalayıblar.
Bu barədə Əl-Ərəbiyyə telekekanalı məlumat yayıb.
Kanalın mənbələri qeyd edib ki, bütün tərəflər Qəzza zolağı ilə bağlı sazişi imzalayıblar.
Məlumata görə, sənədə yekun düzəlişlər edilib.
Bildirilir ki, İsrail cümə axşamından etibarən Qəzza zolağına hücumları azaltmağa söz verib.
Müqavilə üç mərhələdə həyata keçiriləcək. Altı həftə davam edəcək birinci mərhələdə İsrail qoşunların anklavdan tədricən çıxarılmasına başlayacaq. HƏMAS bütün qadınlar, uşaqlar, 55 yaşdan yuxarı kişilər və iki ABŞ vətəndaşı da daxil olmaqla 33 nəfəri azad edəcək.
Birinci mərhələnin başlamasından sonra on altıncı gündə sazişin ikinci mərhələsinin həyata keçirilməsi üzrə danışıqlara başlanılacaq. Onun çərçivəsində qalan israilli məhbusların azad edilməsi və daimi atəşkəs nəzərdə tutulur. İsrail qoşunlarını tamamilə çıxaracaq, həmçinin mindən çox fələstinli məhbusu azad edəcək. Üçüncü mərhələdə tərəflər ölənlərin cəsədlərini dəyişdirəcək, Misir, Qətər və BMT-nin nəzarəti altında olan Qəzza zolağında yenidənqurma işlərinə başlanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!