Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
16-01-2025, 16:36
Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”


Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupu ilə görüşündə çıxış edib.
Ərdoğan Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə yanaşı, dekabrın 8-də Suriya hökumətinin gedişi ilə bağlı bəzi hadisələrə də toxunub.
Türkiyə prezidenti Suriyanın keçmiş lideri Bəşər Əsədin yürütdüyü siyasətdən danışıb, onu ölkənin daxili problemlərini zorakılıq, qan tökmək, təzyiq yolu ilə həll etməkdə suçlayıb.
Ərdoğanın sözlərinə görə, Əsədlə onun arasında keçirilən görüşlərdə Suriyanın keçmiş prezidenti heç vaxt reallığa çevrilməyən islahatların həyata keçirilməsindən danışıb.
“Onunla keçirdiyimiz bütün görüşlərdə Əsəd bizə islahatlar vəd etdi, lakin heç vaxt sözünün üstündə durmadı”, - o əlavə edib.
Bundan başqa, o, Suriyadakı mövcud vəziyyətə toxunaraq, terrorçu “Suriya Kürd Özünümüdafiə Qüvvələri”ni (YPG) Suriyanın ən böyük problemi adlandırıb.
Ərdoğan daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi oxşar cümləni təkrarlayaraq, YPG-nin dağılmayacağı təqdirdə Suriyada əməliyyata başlayacaqlarını bildirib.
“Suriyanın təbii sərvətlərini ələ keçirən YPG terror təşkilatı dağılıb silahlarını yerə qoymasa, acı taleyindən xilas ola bilməyəcək”.
“Suriyalı qardaşlarımızla birlikdə həm İŞİD və YPG, həm də digər terror təşkilatlarını ən qısa zamanda məğlub edəcəyik", - Ərdoğan xəbərdarlıq edib.
16-01-2025, 16:23
Nazirlərin geniş tərkibdə görüşü keçirilib


Nazirlərin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar ölçüləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlər müzakirə edilib.
Ceyhun Bayramov gürcüstanlı həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.



16-01-2025, 15:31
Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana cavab


Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı İrəvana cavab

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirib.
O, Ermənistanın reaksiyasının anlaşılmaz olduğunu bildirib.
Qeyd edək ki, Rusiya telekanalının "Vesti Nedeli" proqramında yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilib, İrəvan buna görə Moskvaya nota verib.
Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir:
"Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırki Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi...İkincis, bizim rəsmi mövqeyimiz İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq. Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatdan gedir. Həmin bəyanatda hər şey dəqiq şəkildə qeyd olunub. Mən həmin bıyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəm".
Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirdiyi qeyd olunub.
16-01-2025, 15:20
Çimnaz Sultanovanın ölüm səbəbi məlum oldu


Çimnaz Sultanovanın ölüm səbəbi məlum oldu

Aktrisa Çimnaz Sultanovanın ölüm səbəbi məlum olub.
Bu barədə Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova açıqlama verib.
O bildirib ki, 15.01.1980-ci il təvəllüdlü Heybətova (Sultanova) Çimnaz Mütəllim qızı Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət alıb.
"2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı "Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul edib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib. Ç.Sultanova sonuncu müraciətində stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib.
Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq", - deyə Günay Kazımova əlavə edib.
16-01-2025, 15:14
Rafael Ağayev istefa verəcək - Özü AÇIQLADI


Rafael Ağayev istefa verəcək - Özü AÇIQLADI

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.
Bu barədə o, “Sportlife TV” kanalına müsahibəsində bildirib.
İdmançı iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini deyib:
“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”.
16-01-2025, 14:36
Rəşad Nəbiyev baş katiblə görüşüb


Rəşad Nəbiyev baş katiblə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib.
Qeyd edilib ki, görüşdə müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


16-01-2025, 14:27
Britaniyanın baş naziri Kiyevə gəlib


Britaniyanın baş naziri Kiyevə gəlib

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya səfər edib.
“The Guardian”ın məlumatına görə, Kiyev və London müdafiə sektorunda əlaqələrin dərinləşdirilməsinə yönəlmiş “yüz illik tərəfdaşlıq” haqqında saziş imzalayacaqlar.
Sənəddə elm, ticarət və iqtisadiyyat sahələrində də əməkdaşlıq nəzərdə tutulub.
Keir Starmer və Vladimir Zelenskinin Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarını, o cümlədən Rusiya ilə atəşkəs əldə edildikdən sonra Britaniya sülhməramlılarının yerləşdirilməsi imkanlarını da müzakirə edəcəyi gözlənilir.
Bu səfər Böyük Britaniyanın baş naziri kimi Starmerin Ukraynaya ilk səfəridir. O, bundan əvvəl 2023-cü ilin iyulunda müxalifət lideri kimi Kiyevə səfər edib, həmçinin Londonda danışıqlar zamanı Vladimir Zelenski ilə iki dəfə görüşüb.
16-01-2025, 14:10
Vəziyyət ağırdır - Zelenski


Vəziyyət ağırdır - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ordunun cəbhə xəttindəki ağır vəziyyətindən danışıb.
Zelenski Polşa mətbuatına müsahibəsində deyib:
"Ukrayna Silahlı Qüvvələri bölmələrinin yalnız 60%-i tam təchiz olunub".
O, həmçinin etiraf edib ki, cəbhə xəttində Ukrayna silahlı qüvvələri üçün vəziyyət ağırdır.
"Elə olur ki, təşəbbüs bir tərəfdən digər tərəfə keçir. Kəndlər və şəhərlər beləcə düşmənin əlinə keçir və ən çox bu, son vaxtlar, ölkəmizin şərqində baş verir", - Zelenski əlavə edib.


16-01-2025, 13:43
Pensiya artımı neçə faizlə indeksləşdiriləcək? - Deputat AÇIQLADI


Pensiya artımı neçə faizlə indeksləşdiriləcək? - Deputat AÇIQLADI

Dövlət Statistika Komitəsinin bu gün yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
“Əmək pensiyaları haqqına” Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır.
Mövzunu şərh edən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşın pensiyasında artımlar olacaq.
“Bu artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.
V.Bayramov deyib ki, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq.
“Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Qeyd edək ki, 2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq”.
16-01-2025, 13:39
Qardaşının ölüm xəbərini eşitdi, özü vəfat etdi


Qardaşının ölüm xəbərini eşitdi, özü vəfat etdi

Ucarda 2 qardaş eyni gündə vəfat edib.
Alpout kənd sakini, 1964-cü il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov xəstəliyi ilə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Mərhumun qardaşı, 1958-ci il təvəllüdlü Suliddin Cəfər oğlu Həsənov bunu eşidəndə yaşadığı evdə dünyasını dəyişib.
Hər iki qardaş kənd qəbiristanlığında dəfn edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!