“Bütöv Azərbaycan” qəzetinə abunə olmaqla il boyu layihələrinizin təbliğat və təşviqat işlərini, elan-bildirişlərinizi həm qəzetdə, həm “Butov.az”, həm də “Ordum.az” informasiya portallarında təmənnasız yerləşdirə bilərsiniz. Üstəlik qəzet evinizə, ofisinizə çatdırılar. Şəhid ailələrinə, qazilərə, əlillərə qəzet ödənişsiz abunə edilir. İstəyənlər poçt indeksini və ünvanı 0777290005 WhatshApp nömrəsinə göndərə bilərlər.
Bakıda bazarda ölüm hadisəsi olub. Hadisə Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" bazarında qeydə alınıb. Buraya alış-verişə gələn 65 yaşlı Nazilə Bərxudar qızı Əliyeva qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və görə təltif olunub. Sabah 60 yaşını qeyd edəcək gömrük xidməti general-leytenantı Şahin Bağırov 2023-cü ilin fevralın 14-də Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Əsədin "insan qəssabxanası"ndan dəhşətli görüntülər - VİDEO
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra minlərlə insanın işgəncələrlə həyatını itirdiyi Sednaya həbsxanası ən çox müzakirə edilən yerlərdən biri olub. Dəməşq ətrafında yerləşən, həftədə iki dəfə edamların həyata keçirildiyi və ətrafında onlarla kütləvi məzarlığın olduğu Sednaya həbsxanasında cəmi 10 ildə 30-35 min adamın edam edildiyi deyilir. Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilən Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb. Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub. AzTV-də insanlığın ən dəhşətli üzünün göründüyü Sednaya həbsxanasından görüntülər təqdim edilib. Əsəd rejiminin dəhşətlərini yaşamış keçmiş məhbus AzTV-yə dəhşətli detallar açıqlayıb. Sözügedən görüntüləri təqdim edirik:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər. Bu barədə "Nezigar" nəşri mənbələrə istinadən yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir. Qeyd edək ki, Lavrov 2004-cü ildən Rusiyanın xarici işlər naziridir.
Yanğınla əlaqədar Azərbaycan konsulluğuna müraciət daxil olmayıb - RƏSMİ
Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycanın Los-Ancelesdəki konsulluğu da təxliyə edilib. Bəs yanğınla əlaqədar ABŞ-dəki Azərbaycan səfirliyinə və ya konsulluğa müraciət daxil olubmu? Xarici İşlər Nazirliyidən bildirilib ki, köçürülmə tələbi ilə bağlı Azərbaycan Respublikasının konsulluq yaxud səfirliyinə hərhansı müraciət daxil olmayıb.
Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7°, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 4-9° isti olacağı ehtimal edilir.
7 dairədə seçki keçirilməyəcək - Pənahov səbəbini AÇIQLADI
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə görə, bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. “Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib. M.Pənahov, həmçinin vurğulayıb ki, ümumi bülletenlərin sayı seçicilərin sayının 3 faizindən çox olmamaq şərti ilə çap olunur.
Olivier Assayasın "Kreml sehrbazı" filmində Rusiya Prezidenti Vladimir Putini canlandıracaq aktyor məlum olub. Rusiya liderini britaniyalı aktyor Cud Lou canlandıracaq. “Bunu tərəddüdlə deyirəm, çünki hələ rol üzərində işləməyə başlamamışam. Demək istədiyim odur ki, mən artıq başlamışam, amma indi bu iş Everestə dırmaşmaq kimidir”, - deyə aktyor bildirib. Qeyd edək ki, film üzərində işlər ötən ilin ortalarından başlayıb. Ekran əsəri Giuliano da Empolinin eyniadlı kitabı əsasında çəkilib. Kitab 1990-cı illərdə Vladimir Putinin siyasi strateqinə çevrilən televiziya prodüseri Vadim Baranovun hekayəsindən bəhs edir.
Məzahir Pənahov namizədlərin ən son sayını AÇIQLADI
Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır. Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.