Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
11-01-2025, 11:43
Ermənistan İlham Əliyevin tələbini qəbul etdi - Minsk Qrupu ləğv edilir


Ermənistan İlham Əliyevin tələbini qəbul etdi - Minsk Qrupu ləğv edilir

Ermənistan Minsk Qrupunun buraxılması tələbi ilə ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan "Facebook"da məlumat verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun buraxıla biləcəyini bəyan edib.
Xatırladaq ki, rəsmi Bakı ATƏT-in Minsk Qrupunun de-yure mövcudluğunun sülhə maneə yaratdığını bəyan edib. Prezident İlham Əliyev ötən ilin sonlarında Rusiya mətbuatına müsahibəsində deyib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir.
“Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”, - dövlət başçısı bildirib.
11-01-2025, 11:08
Bakıda küçənin ortasında əlbəyaxa dava: araşdırma aparılır


Bakıda küçənin ortasında əlbəyaxa dava: araşdırma aparılır

Bakıdakı küçələrin birində dava baş verib.
Görüntülər sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, Əhmədli qəsəbəsində bir neçə nəfərin iştirakı ilə əlbəyaxa dava olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələyə münasibət bildirib. "Görüntülərdən məlumatlıyıq. İnsidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır", - o qeyd edib.
11-01-2025, 00:38
150 min nəfər xəbərdarlıq edildi


150 min nəfər xəbərdarlıq edildi

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.
Yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.
Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.
11-01-2025, 00:17
"Hər şeyim kül olub" - Turabidən paylaşım


"Hər şeyim kül olub" - Turabidən paylaşım

"Survivor" yarışmasının qalibi Turabi sosial mediada paylaşımı ilə gündəmə gəlib.
O, Kaliforniyadakı yanğın zamanı hər şeyini itirdiyini bildirib:
"Evim, maşınım yanıb. Hər şeyim kül olub. Bir telefonum, bir çanta paltarım və sağlam olmayan bədənim qalıb. Yenə sıfırdan başlayacağam".
10-01-2025, 23:50
15 yaşlı yeniyetmə intihar etdi


15 yaşlı yeniyetmə intihar etdi

Balakəndə intihar hadisəsi baş verib.
Balakən rayon Postbinə kənd sakini 15 yaşlı B. E özünü mal tövləsində asaraq həyatına son qoyub.
Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
10-01-2025, 23:06
"Anadolu"nun operatoru Qəzzada həlak oldu


"Anadolu"nun operatoru Qəzzada həlak oldu

Türkiyənin "Anadolu" informasiya agentliyinin əməkdaşı Qəzzada həlak olub.
Agentliyin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
10-01-2025, 22:15
Azərbaycanda 10 tiktoker həbs edildi


Azərbaycanda 10 tiktoker həbs edildi

Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub.
Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır.
Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10-01-2025, 21:47
Azərbaycanda jurnalist vəfat etdi


Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Aişə Axundova dünyasını dəyişib. O, infarkt keçirib.
Jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aişə Axundova uzun müddətdir AZƏRTAC-da müxbir-tərcüməçi kimi çalışıb.
10-01-2025, 21:14
Zelenski italiyalı həmkarı ilə görüşdü


Zelenski italiyalı həmkarı ilə görüşdü

İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.
Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib. Qeyd edib ki, Ukraynaya İtaliya Prezidenti sonuncu dəfə 25 il əvvəl səfər edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Romaya səfəri çərçivəsində ötən gün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşmüşdü.
10-01-2025, 20:58
36 yaşlı hakim niyə vəfat edib? - DETALLAR


36 yaşlı hakim niyə vəfat edib? - DETALLAR

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimov qəfil vəfat edib.
36 yaşlı hakimin ölümünün bəzi təfərrüatlarını əldə edilib.
Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.
Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!