Döyülən direktor işdən çıxarıldı .....                        Röya Ayaz Salayevi hədələdi: Özünüzə gəlin! .....                        2026-2028-ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq - SİYAHI .....                        Qarabağ və Şərqi Zəngəzur üçün yeni qanun layihəsi olacaq? - Deputatlar danışdı .....                        Ərdoğan Əhməd əl-Şaraa ilə görüşdü .....                        Cəfər Xəndanın Şah İsmayılla bağlı yazısı üzə çıxdı - Təbrizdə çap olunub .....                        Bu fürsət qaçırılmamalıdır! — Ərdoğan .....                        Azərbaycanda IV kurs tələbəsi qəzada öldü .....                        Əliyev İrəvana gedəcək? - Ermənilər təşvişdə .....                       
4-09-2024, 12:23
Bakıda qadını aldadaraq 8 min manatını aldılar


Bakıda qadını aldadaraq 8 min manatını aldılar

Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
4-09-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
4-09-2024, 10:42
Qərbi Azərbaycan icması bəyanat yaydı


Qərbi Azərbaycan icması bəyanat yaydı

Qərbi Azərbaycan İcması Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyib.

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazini bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.
Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir.
Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".
4-09-2024, 00:20
Dünya çempionatında növbəti medal


Dünya çempionatında növbəti medal

Azərbaycan güləşçisi Cocu Səmədov İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Asan Janişovla qarşılaşıb. Rəqibinə məğlub olan (0:8) güləşçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycanın digər güləşçisi Rahim Həsənov (55 kiloqram) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə (10:1) qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada rusiyalı Alibek Amirova uduzaraq (0:10) mundialı 5-ci sırada başa vurub.
Məhəmməd Şükürzadə (63 kiloqram) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə 1:3, Məzaim Mərdanov (130 kq) isə təsəlliverici qarşılaşmada qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabı ilə məğlub olub. Qeyd edək ki, sentyabrın 2-dən başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.
3-09-2024, 23:48
Zelenski Kurskdan danışdı: "Putin danışıqlar masasına oturana kimi..."


Zelenski Kurskdan danışdı: "Putin danışıqlar masasına oturana kimi..."

Putin danışıqlar masasına oturana qədər Ukrayna ələ keçirdiyi Rusiya ərazilərini saxlamaq niyyətindədir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski "NBC News"a müsahibəsində deyib.
“Bizə onların torpaqları lazım deyil”, - deyə o bildirib və əlavə edib ki, Ukrayna bu əraziləri saxlayacaq, çünki bu ərazilər “qələbə planının” tərkib hissəsidir. O, bu planı ABŞ da daxil olmaqla beynəlxalq tərəfdaşlara təqdim edəcəyini bildirib.
Zelenskinin sözlərinə görə, Bayden administrasiyasının hətta Ukraynanın özündə də ciddi şəkildə məxfi saxlanılan Kursk əməliyyatından xəbəri olmayıb.
3-09-2024, 22:56
Azərbaycan filmləri Venesiya kinofestivalında


Azərbaycan filmləri Venesiya kinofestivalında

İtaliyada 81-ci Venesiya Film Festivalı keçirilir.
Venesiyanın Lido adasında gerçəkləşən dünyanın ən qocaman beynəlxalq film festivalında Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) rəhbərliyi də iştirak edir.
Azərbaycan kinosu tarixində ilk dəfə iki film – İkinci Qarabağ müharibəsi haqqında rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” və rejissor Şamil Əliyevin XX əsr Azərbaycan memarlığından bəhs edən “Yaradanlar” filmləri festival çərçivəsində nümayiş olunub. Görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda “Yaradanlar” filmində Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün xidmətləri və memarlığın inkişafına göstərdiyi qayğı əks olunub.
Bundan başqa, festival gedişində ARKA-nın keçirdiyi müsabiqədə qalib olmuş layihələrin xarici şirkətlərlə birgə istehsalı üçün prodüserlərin cəlb edilməsi ilə bağlı təqdimatlar da reallaşıb. Rejissor İlqar Nəcəfin “Quşlar susanda” film layihəsi ilə yanaşı, ARKA-nın maliyyə dəstəyi ilə çəkiləcək digər film layihələri də xarici prodüserlərə təqdim olunub.
Venesiya Film Festivalı ekran əsərlərinin birgə istehsalı baxımından xarici şirkətlər və prodüserlərlə təmaslar qurmaq baxımından olduqca əhəmiyyətli platformadır.
Qeyd edək ki, vaxtilə bu nüfuzlu festivalın tarixində azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də əsas müsabiqə proqramında yer alıb. Xatırladaq ki, avqustun 28-dən start götürən festival sentyabrın 7-dək davam edəcək.
3-09-2024, 22:22
Lamiyə Parisdə qızıl medal qazandı


Lamiyə Parisdə qızıl medal qazandı

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında qızıl medal qazanıb.
Təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
O, 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Lamiyə yeni dünya rekordunu müəyyənləşdirib. Paratletimiz Rio-2016 Paralimpiadasında ukraynalı Leilia Adjametovanın 11,79 saniyəlik nəticəsini yaxşılaşdırıb.
Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
3-09-2024, 21:17
Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı


Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanun əsasında ötən ay müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, xarici ölkə vətəndaşlarının bir hissəsi Gürcüstanı könüllü tərk edib, bir hissəsi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu əsasında Hindistan, Misir, İordaniya, Türkiyə, İran, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya və Çin, İraq və Rusiyanın ümumilikdə 33 vətəndaşı ölkədən çıxarılıb.
3-09-2024, 21:00
Bakıda COP29-la bağlı Yüksək Səviyyəli Dialoq keçirilib


Bakıda COP29-la bağlı Yüksək Səviyyəli Dialoq keçirilib

Sentyabrın 3-də Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.
Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak ediblər.
Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb. O, bu il ilk dəfə təqdim ediləcək İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək.
Dialoq çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.
COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb. Bildirib ki, platforma, eyni zamanda, Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək universal iştirakın təmin olunmasına töhfə verəcək.
Tədbir çərçivəsində, həmçinin COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.
Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsindən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsindən, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanmasından və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviqindən ibarət olub.
3-09-2024, 18:56
Ukraynada 3 nazir istefa verdi


Ukraynada 3 nazir istefa verdi

Ukraynada 3 nazir istefa ərizəsi yazıb.
Bu barədə hökumətdən məlumat verilib.
Bildirilib ki, ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets, habelə Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bildiriblər.
Ərizələr Ali Rada tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!