Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
31-05-2025, 19:27
Təyyarə yaşayış binasına çırpıldı


Təyyarə yaşayış binasına çırpıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib.
Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb. Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib.
Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib.
Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.
31-05-2025, 18:50
Rəsul Rzanın ev-muzeyi açıldı - FOTO


Rəsul Rzanın ev-muzeyi açıldı - FOTO

Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Rəsul Rzanın ifasında lentə alınan arxiv materialı - “Dünyanın dərdi” şeiri səsləndirilib.
Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından söhbət açıb.
Mədəniyyət naziri Adil Kərimli ev-muzeylərinin xalqın mədəni yaddaşının qorunmasında oynadığı rolu vurğulayıb. Bildirib ki, Rəsul Rzanın ev-muzeyinin əsası Prezident İlham Əliyevin 2022-ci il tarixli Sərəncamı ilə qoyulub, 2023-cü ildə rəsmi olaraq təsis edilib və bu gün ictimaiyyətin istifadəsinə verilib. Qeyd olunub ki, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyi isə 2004-cü ildə yaradılıb.
“Bu ev-muzeyi böyük sənətkarın irsini gələcək nəsillərə daha dolğun şəkildə çatdıracaq. Rəsul Rzanın və həyat yoldaşı, tanınmış şairə Nigar Rəfibəylinin xatirələri bu münasibətlə bir daha yad edilib. Hər bir eksponatda onların nəfəsini duymaq mümkündür. Bizim üçün qürurvericidir ki, Xalq yazıçısı Anarın təqdimatında Rəsul Rzanın həyat yolunun incəliklərinə səyahət etdik”, - A.Kərimli əlavə edib.
Xalq artisti, diplomat Polad Bülbüloğlu Rəsul Rza ilə bağlı xatirələrini bölüşüb. O, illər əvvəl Rəsul Rzanın sözlərinə bəstələdiyi mahnını xatırladaraq, bu evin onun üçün nostalji duyğular doğurduğunu bildirib. Polad Bülbüloğlu söyləyib ki, Azərbaycanın görkəmli sənətkarlarının xatirəsinin yaşadılması dövlət siyasətinin əvəzsiz hissəsinə çevrilib.
Xalq şairi Sabir Rüstəmxanlı ev-muzeyinin açılmasının Azərbaycan ədəbi-mədəni həyatında mühüm mərhələ olduğunu deyib: “Rəsul Rzanın yaradıcılığı dünya poeziyasında yeni nəfəs, yeni istiqamət olub və onun irsi hələ uzun illər ədəbiyyatımıza yol göstərəcək”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Rəsul Rzanın yalnız şair kimi deyil, bütöv bir mənəviyyat məktəbi yaradan şəxsiyyət kimi önəmini qeyd edib. O, “Pəncərəmi açdım sabaha” şeirini xatırladaraq, evin memarlıq quruluşunun da bu şeirlə ahəng təşkil etdiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu Xalq yazıçısının ədəbiyyatdakı yenilikçi təfəkkürünü, klassik mövzulara yeni yanaşmalar gətirməsini xüsusi vurğulayaraq deyib: “Rəsul Rzanın mədəniyyətin digər sahələrində - kino və musiqidə də böyük xidmətləri olub. Onun təşəbbüsü və dəstəyi ilə yeni filmlər çəkilib, simfonik orkestr yaradılıb”.
Rəsul Rzanın ailə üzvləri sevinc və qürur hisslərini ifadə ediblər. Anar Rzayevin həyat yoldaşı Zenfira Səfirovanın təşəkkür məktubu nəvəsi tərəfindən oxunub.
Tədbir bədii hissə ilə davam edib. Xalq artisti Samir Cəfərov Rəsul Rzanın sözlərinə bəstələnmiş “Sənə də qalmaz”, Əməkdar artist Ramil Qasımov “Qızıl üzük” mahnılarını, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi isə şairin “Çinar” adlı şeirini səsləndirib.
Sonda qonaqlar ev-muzeyi ilə yaxından tanış olublar.








31-05-2025, 18:35
Nazirlər Xankəndidə keçiriləcək toplantını müzakirə etdilər


Nazirlər Xankəndidə keçiriləcək toplantını müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.
Bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.
“Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.
Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək
31-05-2025, 17:46
Mayamidə ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi


Mayamidə ölən Ceyhunun cənazəsi Azərbaycana gətirildi


ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən azərbaycanlı gənc Ceyhun Sadibəylinin cənazəsi Azərbaycana gətirilib.
C.Sadıqbəyli dünən Suraxanı rayonu, Dədə Qorqud qəsəbə qəbiristanlığında dəfn edilib.
Xatırladaq ki, hadisə Mayamidəki "South Beach" adlanan çimərlikdə baş verib. Orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümdən qurtaran Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.
31-05-2025, 16:26
Sabahdan "Whatsapp" bəzi telefonlarda işləməyəcək - XƏBƏRDARLIQ


Sabahdan "Whatsapp" bəzi telefonlarda işləməyəcək - XƏBƏRDARLIQ

İyunun 1-dən etibarən "WhatsApp" bir sıra smartfonların köhnə modellərini dəstəkləməyi dayandırır.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, iOS 15.1 və Android 5.1, yaxud ondan daha köhnə versiyalarla işləyən cihazlarda istifadəçilər artıq "WhatsApp" istifadə edə bilməyəcəklər.
Qərar "iPhone 5s", "iPhone 6" və "iPhone 6 Plus" modellərini, həmçinin yüzlərlə "Android" telefonunu əhatə edir. "iPhone 6s", "6s Plus" və SE (1-ci nəsil) istifadəçiləri əgər cihazlarını "iOS 15.8.4"ə yeniləyiblərsə, mesencerdən istifadəni davam etdirə biləcəklər.
31-05-2025, 16:17
SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi


SSRİ bayrağı altında çıxış edən keçmiş sədri DTX saxlayıb - Məhkəmənin qərarı ilə həbs edildi

Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.
Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

****

13:09

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
31-05-2025, 15:48
MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA


MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? - AÇIQLAMA

Son vaxtlar ölkə ictimaiyyətində və təhsil çevrələrində geniş müzakirə olunan məsələlərdən biri də müəllimlərin işə qəbulu (MİQ) mexanizminin ali təhsil müəssisələrinə də tətbiq olunması ilə bağlı səsləndirilən təkliflərdir. İddia olunur ki, əgər universitetlərdə də MİQ formatına uyğun mərkəzləşdirilmiş imtahan keçirilsə, bu, ali məktəblərə müəllim qəbulu prosesində şəffaflığı və obyektivliyi artıra bilər.
Onların fikrincə, ali məktəblərdə müəllim seçimi bəzi hallarda qapalı qərarlarla, şəxsi tanışlıqlara və daxili təsirlərə əsaslanır. Bu səbəbdən də mərkəzləşdirilmiş bir sistemin tətbiqi şəxsi münasibətlərin rolunu azalda, tədris heyətinin formalaşdırılmasında ədalətli yarış mühiti yarada bilər. Eyni zamanda, belə bir sistem universitetlərdə də bilik və bacarıq əsasında kadr seçiminin aparılması üçün vahid meyar formalaşdıra bilər.
Digər arqumentlərə görə, ali məktəblərdə çalışan müəllimlərin böyük qismi uzun müddət dəyişmədən fəaliyyət göstərir və bu sahədə dövri yenilənmə yoxdur. MİQ tipli mexanizm isə həm yeni kadrların sistemə daxil olmasına, həm də tədrisin keyfiyyətinin ölçülə bilən formada qiymətləndirilməsinə imkan verə bilər.
Bununla belə, bu ideyaya qarşı çıxanlar da az deyil. Onlar bildirirlər ki, ali təhsil sistemi orta məktəblərdən fərqli olaraq ixtisaslaşmış, elmi-tədqiqat yönümlü və akademik azadlığa əsaslanan bir strukturdur. MİQ isə əsasən standart bilikləri ölçən test mərhələsinə və inzibati qərarlara söykəndiyi üçün universitet mühitinə uyğun gəlmir.

MİQ özünün tam doğrultmur

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Elmin Nuri bildirib ki, hazırda Azərbaycanda orta ümumi təhsil sistemində müəllimlərin işə qəbulu Müəllimlərin İşə Qəbulu mexanizmi vasitəsilə həyata keçirilir və bu sistemin müəyyən faydaları olsa da, onun ali təhsil müəssisələrinə tətbiqi doğru yanaşma deyil:
“Bu gün orta ümumi təhsil sektorunda işləmək istəyən müəllim kadrları MİQ imtahanına cəlb olunur. Bu proses 4 mərhələdən ibarətdir və yalnız bir hissəsi test imtahanıdır. Digər mərhələlər daha çox formal xarakter daşıyır, lakin ümumi nəticəyə müəyyən qədər təsir göstərir. Ən vacib və nəticəyə birbaşa təsir edən hissə isə vakant yer seçimi mərhələsidir. Bu sistem ideal olmasa da, hazırda mövcudluğu zəruridir və müəllimlərin böyük əksəriyyəti bu yolla işlə təmin olunur.”
Lakin Elmin Nuri qeyd edib ki, MİQ-in orta məktəblərdə tətbiq olunması, bu sistemin ali məktəblər üçün də uyğun olduğu anlamına gəlmir:
“MİQ heç də unikal və bütün təhsil pillələrinə tətbiq edilə biləcək bir model deyil. Onun universitetlərdə tətbiqi ilə bağlı təkliflər ciddi şəkildə nəzərdən keçirilməlidir. Universitetlərin strukturu, ixtisaslaşma səviyyəsi və tədris məqsədləri bir-birindən fərqləndiyinə görə, mərkəzləşdirilmiş imtahan sisteminin burada tətbiqi düzgün deyil.”
MİQ nazirlik tərəfindən keçirilməməlidir
O həmçinin qeyd edib ki, MİQ sisteminin özü də mübahisəli məqamlarla müşayiət olunur:
“Əslində, mərkəzləşdirilmiş işə qəbul imtahanı dünyada geniş yayılmış bir model deyil. Finlandiya, Estoniya, Sidney kimi ölkələrdə müəllimlərin işə qəbulu çox daha çətin və çoxşaxəli sistemlə həyata keçirilir. Amma həmin ölkələrdə bu prosesi ya məktəbin özü, ya da inzibati idarəetmə orqanı həyata keçirir. Bizdə isə MİQ bir qədər gözləmə rejimi yaradır – yəni çoxsaylı namizədin uzun müddət sistemdən kənarda qalması müşahidə olunur.”
Elmin Nuri yekunda bildirib ki, MİQ sistemi, müəyyən mənada ehtiyacdan doğsa da, faydalılıq baxımından ali təhsil sistemi üçün uyğun deyil:
“Universitetlər fərqli yönümlərə malik, elmi-tədris prioritetləri olan strukturlardır. Onların hamısına eyni imtahan modelini tətbiq etmək nə effektiv, nə də məqsədəuyğundur. Bu baxımdan, ali təhsil müəssisələrində MİQ-ə bənzər bir sistemin tətbiqi zəruri deyil və bu, əksinə, sistemin səmərəliliyinə zərər verə bilər.”
31-05-2025, 15:40
Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi


Bəylik kəndinin sakinlərinə evlərin açarları təqdim edildi

Mayın 31-də doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.
Bu mərhələdə kəndə 153 nəfərdən ibarət 38 ailə köçürülüb.
Köçürülən ailələri qarşılayan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri onları yeni evlərinə köçmələri münasibətilə təbrik ediblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
31-05-2025, 15:07
Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi


Məhkəmə saxtakarlıq edən gömrük işçisinə bu cəzanı verdi

Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısına hökm oxunub.
Buna səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.
Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin yay aylarında tanışı ilə görüşüb söhbətləşən zaman tanışı ondan bəyan edilməmiş mobil telefonların ölkədə sayının çox olub-olmaması ilə maraqlanıb. O isə qeydiyyat qaydaları sərtləşdirildikdən sonra bəyan edilməmiş formada olan mobil telefonların “28 May” metrosunun ərazisində yerləşən mobil telefon mağazalarının qarşısında səyyar olaraq dəyərindən ucuz satıldığını deyib. Daha sonra sonuncuya həmin telefonları ucuz qiymətə ala bilərsə onu qanuni qaydada bəyan etdirə biləcəyini, daha sonra qeydiyyatdan keçirib sata biləcəyini bildirib. Bu zaman ona əldə edəcəyi gəliri yarıbayarı bölməyi təklif edib. Əslində isə onun məqsədi mobil telefon cihazlarını sərhəddən keçən əcnəbilərin adlarına bəyannamə tərtib edib təsdiq etmək olub.
O bu məqsədlə 2023-cü ildə ölkəyə sərhəddən keçən ayrı-ayrı əcnəbi şəxslərin adına onların məlumatı olmadan sərhəd keçmələri zamanı təqdim etdikləri pasportları əsasında özü bəyannamə tərtib edib “VAİS” sistemində özünə məxsus hesabında təsdiq edərək müvafiq sistemdə görünməsinə nail olub.
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, və 313-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 2 il müddətinə islah işləri cəzası təyin edilib.
31-05-2025, 14:56
Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi


Goranboy sakini minaya düşdü - Ayağı amputasiya edildi

Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib. Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb.
Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

***

Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki Kəlbəcər rayonun sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya aparılıb.
Məlumata görə Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!