Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
28-02-2025, 21:22
Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən"


Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlara başlamazdan əvvəl onlar jurnalistlərin suallarını cavablandırıblar.
Butov.az prezidentlərin çıxışlarından əsas hissələri təqdim edir:

Donald Tramp:

- Biz böyük razılaşma əldə edəcəyik, Ukrayna bir daha müharibəyə qayıtmayacaq.

- Ukraynada atəşkəs razılaşması qaçılmazdır. Münaqişəni bitirməyin vaxtıdır, Rusiya bunu istəyir.

- Biz hamımız münaqişənin bitməsini gözləyirik, hələ ki, zəmanətdən danışmırıq.

- Danışıqçılar Ukrayna üzrə gələcək sazişin parametrlərini müzakirə etməyə başlayıblar.

- ABŞ Ukraynaya çoxlu silah göndərmək istəməz, lakin təchizat təmin ediləcək.

- Həmişə kompromisə getməliyik, Zelenski də güzəştə getməli olacaq.

- Mən ABŞ-ın münaqişədə iştirakına görə təəssüflənirəm və buna görə məsuliyyət hiss edirəm.

- Vladimir Putinlə əlaqələrim əladır.

- Putinlə Zelenski arasında görüş olacaqmı? Bir-birlərini bəyənmirlər.

- Mən neytralam: hər ikisinin tərəfdarıyam.

- ABŞ-Ukrayna nadir torpaq metalları müqaviləsi "çox ədalətlidir".

- Saziş Ukrayna üçün irəliyə doğru bir addım olmalıdır. Və bu, ABŞ üçün böyük öhdəlikdir.

- Ukraynanın mineralları süni intellekt və silahların hazırlanmasında istifadə olunacaq. Bununla çoxlu pul gətirəcək.

- (Zelenskiyə) Heç nə diktə edə bilməzsən, çox yaxşı vəziyyətdə deyilsən.

- Sizin Rusiya ilə münaqişədə böyük problemləriniz var, qalib gəlmirsiniz.

- Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma ABŞ-a və mənə hörmət etmirsən.

- Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.

Volodimir Zelenski:

- Biz heç vaxt atəşkəsi qəbul etməyəcəyik.

- Vladimir Putinlə müqavilə bağlayarkən heç bir güzəştə getmək olmaz.

- Bu sözləri Putindən eşitmişəm.
28-02-2025, 21:14
Zelenski atəşkəsə qarşı çıxdı


Zelenski atəşkəsə qarşı çıxdı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşüb.
Onlar jurnalistlərin suallarını cavablandırıb.
O, Rusiya ilə “sadəcə atəşkəs”in “işləməyəcəyini” deyib.
Zelenski vurğulayıb ki, Kiyev uzunmüddətli sülh zəmanəti olmadan hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq.
“Biz heç vaxt sadəcə atəşkəsi qəbul etməyəcəyik. Rusiya bunu pozacaq”, – Zelenski deyib.
Eyni zamanda Donald Tramp vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymağın vaxtı çatıb və sülhün bərqərar olması üçün Ukrayna prezidenti güzəştə getməli olacaq:
"Biz böyük razılaşma əldə edəcəyik, Ukrayna bir daha müharibəyə qayıtmayacaq".
28-02-2025, 20:37
Zelenskinin Trampla görüşü başladı


Zelenskinin Trampla görüşü başladı

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşmək üçün Ağ Evə gedib.
Tramp onu Ağ Evdə qarşılayıb.
Onlar içəri girməzdən öncə əl sıxışıb.
Tramp bildirib ki, bu gün faydalı qazıntılar haqqında saziş imzalanacaq.
"Bizdə çox ədalətli bir razılaşma var. Bu, ABŞ-dan böyük öhdəlikdir", - o qeyd edib.
28-02-2025, 20:26
Ağcabədidə faciə: 5 nəfər öldü - FOTO


Ağcabədidə faciə: 5 nəfər öldü - FOTO

Ağcabədi rayonunun Xocavənd kəndində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan "Mercedes", "Hyundai" və "VAZ" markalı 3 maşın toqquşub.
Qəza nəticəsində "VAZ” markalı avtomaşının sürücüsü və maşındakı dörd sərnişin hadisə yerində ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Qəza nəticəsində ölənlər 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.
Faktla bağlı araşdırma aparılır.


28-02-2025, 19:43
Türkiyə terrorçuları əfv edəcək? - Hulusi Akardan sərt cavab


Türkiyə terrorçuları əfv edəcək? - Hulusi Akardan sərt cavab

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarını silahı yerə qoymağa və terror təşkilatını buraxmağa çağırıb.
Bu çağırışdan sonra Türkiyə mətbuatında həbsdə olan terrorçuların, hətta Öcalanın əfv ediləcəyi barədə iddialar yayılıb.
Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar məsələyə münasibət bildirib.
O qeyd edib ki, burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz: "Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir".
Hulusi Akar qeyd edib ki, meydanda heç nə dəyişməyib:
“Mehmetçik terrorçuların sığınacaqlarını məhv edir, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri dedi ki, silahlarınızı yerə qoyub təşkilatı ləğv edin. Bunu edib-etməmək öz ixtiyarlarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”.
28-02-2025, 18:56
Ceyhun Bayramov Pakistan naziri ilə danışıqlar apardı


Ceyhun Bayramov Pakistan naziri ilə danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.
Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28-02-2025, 18:18
Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtları


Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının ilk günüdür.
İmsak vaxtı 05:49-a, iftar isə 18:47-yə təyin olunub.

Birinci günün imsak duası:

“Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!”

Tərcüməsi:

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
28-02-2025, 17:58
Avtomobildən 124 min oğurlayan şəxsi polis saxladı


Avtomobildən 124 min oğurlayan şəxsi polis saxladı

Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Zərərçəkən paytaxt sakini polisə müraciət edərək gecə saatlarında avtomobilinin yük yerindən 90 min manat və 20 min dollar nağd pul vəsaitinin oğurlandığını bildirib.
Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən, əvvəllər dəfələrlə məhkum edilmiş 52 yaşlı Fikrət Cəfərov saxlanılıb.
Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
28-02-2025, 17:39
Ağalıda sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar veriləcək


Ağalıda sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar veriləcək

Zəngilan rayonunun Ağalı kəndindəki kənd təsərrüfatı təyinatlı torpaqlar əkin məqsədi ilə heç bir icarə haqqı olmadan istifadəyə veriləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.
Onun sözlərinə görə də, sabahdan müraciətlərin qəbuluna başlanılır: "Ağalı kəndində 110 hektar ərazi seçilib. Həm ərazi hər biri minimum 5 hektar təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş, kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, xurma, çiyələk, qarağat, pomidor, xiyar, badımcan, bibər, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, qarpız, yemiş, soya, noxud, mərcimək, kartof, üzüm (süfrə), tütün, şəkər çuğunduru, buğda, arpa, qarğıdalı, yem üçün yonca, xaşa, ot qarışıqlarının əkilməsi nəzərdə tutulur".
28-02-2025, 17:32
Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR


Dünyada buğda ucuzlaşır, Azərbaycanda isə... - QİYMƏTLƏR

Son 1 ildə dünyada buğda 6,9 faiz ucuzlaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2024-cü ilin yanvarında dünya birjalarında tonu 248 dollara satılan buğdanın qiyməti bu ilin yanvarında 231 dollara düşüb.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il dünyada buğda istehsal cüzi artaraq 791 milyon ton olub. İstehsal artsa da qalıq buğda ehtiyatı 274 milyon ton səviyyəsində sabitləşib.
Nəticədə dünya ölkələrində buğda ehtiyatı 1 milyard 64 milyon tondan 1 milyard 65 milyon tona yüksəlib.
Son 2 ildə dünya bazarında satılan buğdanın həcmi cəmi 1 milyon ton azalıb və 222 milyon ton təşkil edib.
Ölkələr daxili tələbatı ödəmək üçün ixracı azaltmağa məcbur qalıblar.
Çünki 2023-cü illə müqayisədə ərzaq və toxum məqsədilə istifadə olunan buğdanın həcmi 637 milyon tondan 639 milyon tona yüksəlib.
Beləliklə, ötən ilin sonuna buğda ehtiyatı qalığı 274 milyon tondan 267 milyon tona düşüb. Bütün bunlar buğda bazarında tələbin artdığını, lakin təklifin sabit qaldığını və ticarətin azaldığını göstərir. Dünya üzrə ehtiyatların istehlaka nisbətinin azalması buğda bazarının gələcəkdə daha gərgin olacağını deməyə əsas verir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci il üzrə proqnozları da ürəkaçan deyil.
Düzdür, Nazirlik 2025-ci ildə qlobal istehsalın 3 milyon ton artaraq 794 milyon ton olacağını proqnozlaşdırır. İstehsal artsa da bu özünü məcmu təklifdə göstərməyəcək, yəni ilin əvvəlinə qalıq və illik istehsalın birgə həcmi 1 il əvvəllə müqayisədə 4 milyon ton azalaraq 1 milyard 61 milyon tona düşəcək.
Belə ki, bu il qlobal buğda ehtiyatları həcminin 3,4 faiz azalacağı və 258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32 faiz səviyyəsində olacaq.
Ötən mövsümlə müqayisədə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 0,8 faiz azalaraq olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 445 milyon ton olacaq.
Bu il dünyada buğda satışları da 5,7 faiz azalacaq. Təşkilatın qiymətləndirmələrinə görə bazarlara 209 milyon ton buğda çıxarılacaq.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5,7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
Çində ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir. Qara dəniz regionu ölkələri qrupu üzrə istehsal həcminin 2% azalaraq 138,2 milyon tona, ixracın isə 13,4 faiz azalaraq 73,3 milyon ton olacağı proqnozlaşdırılır.

Bəs Azərbaycanda vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 1 milyon 686 min ton buğda istehsalı olub. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. Ötən il ölkəmiz xaricdən 280 milyon dollar dəyərində 1 milyon 292 min ton buğda idxal edib. 2023-cü illə müqayisədə Azərbaycanın buğda idxalı 9,9 faiz və ya 116 min 685 ton çox olub.
Amma dəyər baxımından buğda idxalına çəkdiyimiz xərc 7,9 faiz azalaraq 24 milyon 302 min dollar olub.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3%-ni təşkil edib.
Maraqlıdır ki, ötənilki tendensiya bu il də davam edir, cari ilin yanvarında Azərbaycan 86 min 654 ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib. Ötən ilin yanvarı ilə müqayisədə Azərbaycanın buğda idxalı 24 faiz artsa da, ümumi dəyəri 15 faiz azalıb. Başqa sözlə, buğdanı çox alırıq və həm də ucuz alırıq.
Bu ilin yanvarında idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 7,4 faiz azalaraq 232 dollardan 216 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin heç 1 faizinə də çatmayıb. Azərbaycan buğdanı əsasən Rusiya və Qazaxıstandan alır.
Azərbaycanın buğda ilə təminatının son 5 il üzrə göstəricilərinə nəzər salaq.
Azərbaycanın ərzaq balansı üzrə göstəricilərdən aydın olur ki, son 5 ildə ilin əvvəlinə qalıq buğda ehtiyatı 830 min tondan 300 min tona düşüb. Bu müddətdə istehsal 2,1 milyon tondan 1,8 milyon tona enib. Son 5 ildə Azərbaycanın buğda idxalı 1,1-1,5 milyon ton arasında dəyişib. 2019-cu il Azərbaycanda buğda istehsalı və idxalının ən yüksək həddə olub. Həmin il ölkədə 2,1 milyon ton istehsal, 1,6 milyon tona qədər idxal həyata keçirilib.
Hələ ki, dünya bazarında buğda ucuzdur. Amma bu Azərbaycanda əks tendensiya ilə müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 25 fevral 2025-ci il tarixinə "Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri" barədə məlumatına əsasən, 50 kq-lıq un kisəsinin satış qiymətləri 26,8 manat - 28,20 manat arasında dəyişir. İlin əvvəli ilə müqayisədə un qiymətləri 10-50 qəpik arasında qalxıb. 6 ay əvvəllə müqayisədə artım 1,5-2 manatadək olub.
Yeri gəlmişkən, Azərbaycanda buğda ununun qiyməti son illər davamlı olaraq artır. 2019-cu ildə kiloqramı 1,1 manata satılan buğda ununun orta illik qiyməti 50 faizədək artıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!