Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
25-02-2025, 14:49
Lavrov Tehrandadır


Lavrov Tehrandadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Arakçinin dəvəti ilə Tehrana səfər edib.
Sergey Lavrov Tehranda rəsmi danışıqlar aparacaq.
Lavrovun iranlı həmkarı Abbas Arakçi ilə görüşəcəyi bildirilib.
Nazirlərin Tehran-Moskva münasibətlərini müzakirə edəcəyi qeyd olunub və əlavə edilib ki, “danışıqlar zamanı enerji və nəqliyyat sahələrində əsas birgə layihələrin həyata keçirilməsi kontekstində qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi vurğulanacaq.
Məlumata görə, iki nazir həmçinin Suriya, Cənubi Qafqaz, Əfqanıstan, Yəmən və Körfəzdəki vəziyyət, Fələstin və Xəzər məsələləri, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyət də daxil olmaqla bir sıra aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Sergey Lavrov fevralın 23-24-də Ankaraya gedib və danışıqlar aparıb.
Ukrayna müharibəsinin 3-cü ildönümündə Ankaraya səfər edən Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb.
25-02-2025, 14:42
Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA


Azərbaycanda su tarifləri xərcləri tam qarşılamır - AÇIQLAMA

Gələcəkdə Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi istisna edilmir.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə konkret təkliflər hələ ki, müzakirə olunmur.
25-02-2025, 14:33
Çökən yolla bağlı açıqlama: "Təbii qəza hesab olunur"


Çökən yolla bağlı daha bir açıqlama: "Təbii qəza hesab olunur"

Ötən gün Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirib ki, hadisəyə səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsi olub.
Açıqlamada deyilir ki, Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu da məsələyə münasibət bildirib.
Ceyhun Musaoğlu qeyd edib ki, su borusunda baş verən qəzanın dəqiq səbəbini müəyyənləşdirmək çətindir.
O deyib ki, su borusuna kənar müdaxilə qeydə alınmayıb və bu, təbii qəza hesab olunur: "Bu, müxtəlif amillərlə bağlı ola bilər. Havaların şaxtalı keçməsi və temperatur dəyişiklikləri boruya təsir edir. Ümumilikdə Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilər və onlar operativ şəkildə aradan qaldırılır".
C. Musaoğlu qeyd edib ki, Heydər Əliyev prospektində yeraltı su borusunda baş verən qəza aradan qaldırılıb: “Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir və fasilə yaranan ərazilərə suyun verilməsinə başlanılıb".
25-02-2025, 14:09
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu


Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.
Bu barədə Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasın fevralın 27-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Bu humanist addımlar nəticəsində minlərlə şəxs azadlığa qovuşub.
Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
25-02-2025, 14:03
Ukrayna Ali Radası Zelenskiyə dəstək bəyanatını təsdiqlədi


Ukrayna Ali Radası Zelenskiyə dəstək bəyanatını təsdiqlədi

Ukrayna Ali Radası “Rusiya Federasiyasının təcavüzü kontekstində Ukraynada demokratiyaya dəstək haqqında Bəyanat”ı dəstəkləyib.
Bu barədə Telegram-da Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak bildirib.
"Ali Rada bu gün ikinci cəhddə demokratiya haqqında qətnamənin (və Zelenskiyə və qarşıdan gələn seçkilərə dəstək) lehinə səs verdi".
Onun sözlərinə görə, sənədi Ukrayna parlamengtinin 268 xalq deputatı dəstəkləyib.
25-02-2025, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yolların buz bağlaması davam edəcək.
25-02-2025, 13:11
Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN


Dəniz Limanı "Dəmir Yolları"na birləşdirildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
Fərmana əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Prezidentə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

- Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin dövlət başçısı ilə razılaşdırmaqla həyata keçirilməsi;

- Normativ hüquqi aktlar, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

Limanın Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və yerli normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməli, AZCON isə Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində dövlət başçısı ilə razılaşdırmaqla təsdiq etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
25-02-2025, 13:00
Pakistanın Baş naziri Bakıdan getdi


Pakistanın Baş naziri Bakıdan getdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına dövlət səfəri fevralın 25-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.
24-02-2025, 19:16
Tramp Makronu qarşılamadı


Tramp Makronu qarşılamadı

ABŞ Prezidenti Donald Tramp Ağ Evə gələn fransalı həmkarı Emmanuel Makronu qarşılamayıb.
Avtomobili ilə Ağ Evə yaxınlaşan Fransa rəhbərini qarşılayan olmayıb.
Jurnalistlər qarşılamaya Trampın çıxacağını gözləsələr də, bu baş verməyib.
24-02-2025, 19:09
İkinci kurs tələbəsi vəfat etdi


İkinci kurs tələbəsi vəfat etdi

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.
Bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.
Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!