Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi .....                        Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB .....                        10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO .....                        Kimlər əfvə düşə bilməz? - SİYAHI .....                        İranın müdafiə naziri Ermənistana getdi .....                        Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı .....                        Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO .....                        Bakıda yeni işıqforlar quraşdırılır .....                        Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban .....                       
4-08-2024, 13:14
QHT-lər üçün yeni imkanlar: pulsuz konfrans zalı, “QHT Evi” açılır


QHT-lər üçün yeni imkanlar: Pulsuz konfrans zalı, “QHT Evi” açılır

Azərbaycan Milli QHT Forumuna üzv QHT-lər
bazası təhlil olunub və burada çoxsaylı problemlər aşkarlanıb. Bu səbəbdən İdarə Heyəti qərar verib ki, yeni üzvlük siyasəti formalaşdırılsın və üzvlər yenidən qeydiyyata alınsın.
Bu barədə Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
O qeyd edib: “Təəssüf ki, üzvlər siyahısında adları keçən bəzi təşkilatların və şəxslərin QHT sektoruna heç bir aidiyyəti olmadığı müəyyən edilib. Buna görə də üzv təşkilatlara yeni üzvlük vəsiqələri veriləcək, bununla da köhnə vəsiqələr etibarsız sayılacaq. Forumun Nizamnaməsinə uyğun olaraq, üzvlük haqqına İdarə Heyətində baxılıb, illik cəmi 100 manat üzvlük haqqı müəyyən edilib. Deyərdim ki, bu, simvolik rəqəmdir. Azərbaycan Milli QHT Forumuna üzv olmaq istəyən QHT-lər İdarə Heyətinə müraciət etməli, İdarə Heyətində məsələyə baxıldıqdan sonra müsbət qərar verilərsə, üzvlük haqqı ödənməli və yeni vəsiqə əldə olunmalıdır”.
Üzvlər üçün böyük üstünlüklərin olacağını deyən Ramil İskəndərli bildirib: “Bilirsiniz ki, hazırda QHT sektorunda ən böyük problemlərdən biri təlimlər, tədbirlər, konfranslar üçün zalların icarə qiymətlərinin əksər QHT-lərin büdcələrinə uyğun olmamasıdır, xeyli QHT bundan əziyyət çəkir. İllərdir təklif edilir ki, “QHT Evi” yaradılsın, orada bu imkanlar olsun, amma bu sahədə konkret addımlar yox idi. AMQF olaraq biz bu problemi demək olar həll edirik. Bu günlərdə Azərbaycan Milli QHT Forumu şəhərin mərkəzində - Qış Bulvarına yaxın ərazidəki “World Business Center”də yerləşib. “World Business Center”də hər cür şəraiti olan iki konfrans zalı var. Onlardan biri 25-40 nəfərlik, digəri 70 nəfərlikdir. AMQF-dən yeni üzvlük vəsiqələri əldə edən QHT-lər əvvəlcədən İdarə Heyətini xəbərdar etməklə növbəlilik əsasında bu zallardan ödənişsiz istifadə edə bilər. Bunun üçün 5 iş günü əvvəldən [email protected] elektron ünvanına xahişlə müraciət etmək (koordinator: Ləman Ağalarova +994513659897) kifayətdir. Zallardan pulsuz istifadəyə əlavə xidmətlər (kofe, çay, su, materiallar və digər xidmətlər) daxil deyil”.
Ramil İskəndərli onu da deyib ki, hazırda AMQF-nin ofisində dizayn, təmir işləri gedir. Bir-iki ay ərzində “World Business Center”də AMQF-nin hər cür şəraitlə təmin edilmiş geniş ofisi istifadəyə veriləcək. QHT-lər burada da növbəlilik əsasında təlimlərini keçə bilərlər. Biz “QHT Evi” arzusunu reallığa çevirmək istəyirik - bizim ofisimiz elə “QHT Evi” olacaq.
AMQF-nin İdarə Heyətinin sədrinin sözlərinə görə, üzvlər Forumun ekspertləri tərəfindən müxtəlif mövzularda bilik və bacarıqların artırılması istiqamətində təlimlərdə, seminarlarda, vebinarlarda, onlayn və hibrid görüşlərdə təmənnasız olaraq iştirak imkanı qazanacaqlar. BMT və digər strukturlarda təmsil olunma və üzvlüklə əlaqədar QHT-lərə davamlı qaydada konsultativ dəstək göstəriləcək.
4-08-2024, 12:58
İsraildə terror - Ölən və xəsarət alanlar var


İsraildə terror - Ölən və xəsarət alanlar var

İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxsin hücumu nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Təcili yardım xidmətinin işçiləri hücum qurbanlarının bir-birindən təxminən 500 metr məsafədə üç fərqli yerdə olduğunu bildiriblər.
"Hadisə yerində 66 yaşlı qadın ölüb, daha bir yaşlı kişi xəstəxanada ölüb. 68 yaşlı zərərçəkən də ağır vəziyyətdədir, 26 yaşında başqa bir kişi orta dərəcədə xəsarət alıb", - nəşr yazıb.
Məlumata görə, polis cinayətkara atəş açıb, o, xəstəxanada ölüb
Hadisə terror aktı kimi qiymətləndirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hücumçu hadisə yerinə gələn polis zabiti tərəfindən güllələnib. Həmin şəxs İsrailə giriş icazəsi olmayan Amar Odehin qərb sahilindəki Salfit şəhərinin 34 yaşlı sakinidir.
4-08-2024, 12:30
Pezeşkian eks-naziri özünə xüsusi müşavir təyin etdi


Pezeşkian eks-naziri özünə xüsusi müşavir təyin etdi

Əli Tayyib Niya İranın yeni prezidenti Məsud Pezeşkiyanın xüsusi müşaviri təyin edilib.
Əli Tayyib Niya 11-ci hökumət dövründə İranın maliyyə və iqtisadiyyat naziri vəzifəsində çalışıb.
Prezident Məsud Pezeşkianın təlimatına əsasən, Şəhram Dəbiri İranın parlament işləri üzrə sədr müavini təyin edilib.
Şəhram Dəbiri bundan əvvəl Təbriz Şəhər Şurasının sədri vəzifəsində çalışıb.
4-08-2024, 12:15
Sabahın havası


Sabahın havası

Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
4-08-2024, 11:30
Suraxanıda sursat aşkarlandı


Suraxanıda sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən olunub.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
4-08-2024, 10:40
Rusiyada yüzlərlə ev su altında qaldı


Rusiyada yüzlərlə ev su altında qaldı

Rusiyada Çelyabinsk vilayətində su basmış evlərin sayı 219-a çatıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat verib.
Məlumata görə, həmçinin 329 həyətyanı sahə su altında qalıb. “219 şəxsi yaşayış evi və 329 həyətyanı sahənin su altında qalması nəzarətdə saxlanılır”, – məlumatda deyilir.
Qeyd olunub ki, nəzarət olunan hidrotexniki qurğularda axıdılma göstəriciləri artmayıb. Qurumun məlumatına görə, üç müvəqqəti yerləşdirmə məntəqəsində 26 nəfər, o cümlədən 9 uşaq qalır.
Qeyd edək ki, avqustun 1-də Çelyabinsk vilayətində yağışların həcmi bir neçə ərazini su basmış daşqın yağış sularının normasını iki-üç dəfə keçib. Bəzi su hövzələri su ilə dolub və sahillərindən çıxmağa başlayıb.
4-08-2024, 10:02
“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı


“Hizbullah” İsrailin şimalına 50-dən çox raket buraxdı

“Hizbullah” təşkilatının silahlı birləşmələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə kütləvi raket zərbələri endirib.
Döyüşçülər çoxsaylı raket sistemlərindən 50-dən çox mərmi atıblar. İsrailin 15 yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb.
Qeyd olunub ki, İsrailin hava hücumundan müdafiə sistemləri raket və minaatan hücumunu dəf edir. Mərmilərin Beyt Hillel, Kiryat Şmona və Misqav Amadan atıldığı bildirilir.
3-08-2024, 23:36
MSK 4 nəfərə "YOX", birinə "HƏ" dedi


MSK 4 nəfərə "YOX", birinə "HƏ" dedi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.
Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib.
Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Zöhrab Əliyevdir. O, namizədliyinin qeydə alınmaması barədə qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş edib. Komissiya qərarı ləğv etməyib.
25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun, eyni dairədən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun da namizədliyi qeydə alınmayıb və MSK qərarları qüvvədə saxlayıb.
46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun müraciətinə isə müsbət cavab verilib. Dairə seçki komissiyası onun namizədliyinə yenidən baxacaq.
3-08-2024, 21:03
Azyaşlının başı stula dəydi, xəstəxanada öldü


Azyaşlının başı stula dəydi, xəstəxanada öldü

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
3-08-2024, 20:14
Müsavatın başqan müavini deputatlığa namizəd oldu


Müsavatın başqan müavini deputatlığa namizəd oldu

Müsavat Partiyasından növbədənkənar parlament seçkilərinə qatılan 6 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Deputatlığa namizədliyi qeydə alınanlardan biri başqan müavini Razim Əmiraslanlıdır.
Belə ki, onun deputatlığa namizədliyi 10 saylı Binəqədi üçüncü seçki dairəsindən qeydə alınıb.
“Qeydə alındığım dairədə maraqlı bir seçki olacaq. Mən qələbə üçün əzmlə bu yola çıxmışam”, - R.Əmiraslanlı deyib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Hümbət Rəhim oğlu Hüseynovun namizədliyini irəli sürüb.
Böyük Azərbaycan Partiyası sədri Elşad Musayev də 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!