Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
23-02-2025, 17:57
Yataqxanada yanğın - VİDEO


Yataqxanada yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.
Mənzillər və bina yanğından mühafizə olunub.

[media=https://youtu.be/KQZkDzn_Npw]
23-02-2025, 17:37
Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı


Su anbarında batan 26 yaşlı gəncin meyiti tapıldı

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 26 yaşlı İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.
23-02-2025, 17:26
Ərdoğan yenidən AK Partiyanın sədri seçildi


Ərdoğan yenidən AK Partiyanın sədri seçildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK partiya) sədri seçilib.
Ankara İdman Salonunda keçirilən qurultayda 1607 nümayəndədən 1547-si səs verib.
Bütün nümayəndələrin səsini alan Ərdoğan yenidən partiya sədrliyi vəzifəsinə təsdiqlənib.
Ərdoğan qurultayda çıxış edərək, AK Partiyanın yeni dövr üçün birliyini və enerjisini yenilədiyini vurğulayıb. O, partiya strukturlarında aparılan dəyişikliklərə toxunub, yeni seçilən Mərkəzi İdarəetmə və Nəzarət orqanlarına uğurlar arzulayıb.
O, ölkə idarəçiliyində və xalq xidmətində daha güclü addımlarla irəliləyəcəklərini bildirib: “Bugündən etibarən partiya fəaliyyətimizdə, dövlət idarəçiliyində və xalqımıza xidmət sahəsində yeni ruh və güclə yolumuza davam edirik”, – deyə Ərdoğan qeyd edib.
Prezident çıxışında AK Partiyanın Türkiyə siyasətində əhəmiyyətli rol oynamağa davam edəcəyini və xalqın etimadını doğrultmaq üçün səylə çalışacaqlarını bildirib. “Bizə dayanmaq, tərəddüd etmək, geri çəkilmək yaraşmaz. Bu müqəddəs yolda yorulmaq və durğunluq olmaz”, – deyə vurğulayıb.
O, AK Partiyaya dəstək verən bütün partiya üzvlərinə və vətəndaşlara minnətdarlığını bildirib və ölkənin inkişafı naminə birlik və həmrəyliyin vacibliyini qeyd edib. Qurultay çərçivəsində AK Partiyanın 75 nəfərdən ibarət yeni Mərkəzi İdarəetmə və Nəzarət Şurası da müəyyən edilib.
Beləliklə, Ərdoğan yenidən AK Partiyanın sədri kimi fəaliyyətini davam etdirəcək və partiyanın gələcək strategiyalarını formalaşdıracaq.
23-02-2025, 16:56
Külək güclənəcək - XƏBƏRDARLIQ


Külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 24-25-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Sarı xəbərdarlığa uyğun olaraq Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Neftçala, Salyan, Qusar, Qobustan, Lerik, Yardımlı, Astara, Lənkəran, Masallıda qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
23-02-2025, 10:14
Ukrayna 500 milyard dollarlıq fond tələbinə qarşıdır


Ukrayna 500 milyard dollarlıq fond tələbinə qarşıdır

Ukrayna ABŞ-nin 500 milyard dollarlıq fond yaratmaq tələbinə qarşı çıxıb.
Bu barədə “Bloomberg“ agentliyi mənbəsinə istinadən məlumat yayıb.
Fond müharibə başlayandan bəri Kiyevə göstərdiyi yardıma görə ABŞ-yə kompensasiya ödəməyi nəzərdə tutur.
Ukrayna iddia edir ki, bu yardımın real məbləği təxminən 90 milyard dollardır.
23-02-2025, 09:54
İsrail fələstinli məhbusları azad etmədi


[b]İsrail fələstinli məhbusları azad etmədi[/b]

İsrail fevralın 22-də fələstinli məhbusların azadlığa buraxılması prosesini təxirə salıb.
Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat verib.
Bildirilib ki, buna səbəb Qəzzada israilli girovların "alçaldılma mərasimləri"nə cəlb edilmələridir.
22-02-2025, 23:47
Qəzzada 63 girov qalıb


Qəzzada 63 girov qalıb

Fevralın 22-də qaçırılan 6 nəfərin azad edilməsindən sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Biz indiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlamaqdadır. İsrail hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə Baş nazir bildirib.
22-02-2025, 23:30
Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır


Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır

Gənc şair Həsən Kür intihara cəhd edib.
Hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb.
O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, hazırda onun vəziyyəti ağırdır:
"22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda deyilir.
22-02-2025, 23:27
Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq


Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq

Qarlı və buzlu hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, sükan arxasında olan sürücülər Dövlət Yol Polisi əməkdaşlarının hərəkətin təhlükəsizliyi ilə bağlı tələblərinə əməl etmələri tövsiyə olunur.
DİN tərəfindən yollarda olan vəziyyətlə bağlı informasiyalar fasiləsiz dislokasiya üzrə naryad qruplarına ötürülür
22-02-2025, 22:20
Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur


Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.
Bu barədə şirkətdən məlumat verilib.
Bildirilib ki, hücum nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, "Caliber.az" və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb.
"Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.
Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.
Redaksiya heyətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlarımızın işini tam bərpa edəcəyik!".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!