Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
18-02-2025, 15:27
Azərbaycanla Gürcüstan arasında sərnişindaşıma bərpa edilir - Tarix AÇIQLANDI


Azərbaycanla Gürcüstan arasında sərnişindaşıma bərpa edilir - tarix AÇIQLANDI

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaları bərpa edilir.
Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sərnişindaşımalar mayın 1-dən bərpa ediləcək.
Açıqlamada deyilir ki, məsələ Gürcüstan Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş zamanı müzakirə edilib.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir neçə gün əvvəl məlumat verib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır. O deyib ki, sözügedən mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, - Kobaxidze deyib.
18-02-2025, 14:57
Prezident və birinci xanım tikinti işləri ilə tanış olublar


Prezident və birinci xanım tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.
Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.
18-02-2025, 14:44
Sabahdan qar yağacaq, yollar buz bağlayacaq


Sabahdan qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.
18-02-2025, 14:37
Bakıda partladıcı və qumbaralar aşkarlandı


Bakıda partladıcı və qumbaralar aşkarlandı

Bakı şəhərinin Nəsimi rayonu ərazisində hərbi sursatlar aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

[media=https://youtu.be/KO713J-R1ig]
18-02-2025, 14:04
Zurabişviliyə yumurta atdılar


Zurabişviliyə yumurta atdılar

Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişviliyə də Tbilisi Beynəlxalq Hava Limanında yumurta atılıb.
O, Münhen Təhlükəsizlik Konfransından qayıdarkən hücuma məruz qalıb.
Xatırladaq ki, ötən gün bilisiyə qayıdan ölkənin sabiq Baş naziri Giorgi Qaxariyaya da hava limanında yumurta atılmışdı.
“Gürcüstan Naminə Qaxariya” partiyasının üzvü Beka Liluaşvili bildirib ki, bu, partiya lideri “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin tərəfdaşlarının təşəbbüsüdür:
“Bidzina İvanişvili mütəşəkkil qrup göndərib. Onlar komandamızın sədrinə və üzvünə qarşı təhqiramiz hərəkətlər ediblər. O cümlədən şifahi təhqir və təxribat xarakterli çıxışlar səsləndiriblər”.
18-02-2025, 13:46
İlham Əliyev və xanımı “Ağdam Residence” kompleksində


İlham Əliyev və xanımı “Ağdam Residence” kompleksində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
Modern.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.
Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.
Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.
Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
18-02-2025, 13:46
İlham Əliyev və xanımı “Ağdam Residence” kompleksində


İlham Əliyev və xanımı “Ağdam Residence” kompleksində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
Modern.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verildi.
Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.
Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxdılar.
Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
17-02-2025, 23:01
Zelenski Türkiyədədir


Zelenski Türkiyədədir

Ukrayna prezidenti Volodimir Zelenski Ankarada səfərdədir.
Zelenski və nümayəndə heyətini daşıyan təyyarə Ankara Esenboğa hava limanına eniş edib.
Zelenskini hava limanında rəsmi şəxslər qarşılayıblar. O, sabah Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun açıqlayıb ki, görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Açıqlamada iki liderin əməkdaşlığın və ikitərəfli əlaqələrin yaxşılaşdırılması yollarını, Ukraynada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edəcəkləri bildirilir. Tərəflərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımları da müəyyən edəcəyi gözlənilir.
Zelenskinin Türkiyəyə səfəri Rusiya Federasiyası və ABŞ-ın rəsmi nümayəndə heyətləri arasında çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan danışıqlara təsadüf edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Yuşakov artıq Ər-Riyaddadırlar. Burada sabah Rusiya ilə ABŞ arasında danışıqlar baş tutacaq.
Səudiyyə Ərəbistanının paytaxtında ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin bərpası perspektivlərini, habelə Ukrayna böhranının mümkün həlli məsələsini müzakirə edəcəklər. Danışıqlarda ABŞ tərəfdən dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edəcək.
17-02-2025, 22:46
Tehranda Şərqi Zəngəzur - Naxçıvan layihəsi müzakirə edildi


Tehranda Şərqi Zəngəzur - Naxçıvan layihəsi müzakirə edildi

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.
17-02-2025, 21:45
Bakıda ağıllı radarlar quraşdırılıb? - RƏSMİ


Bakıda ağıllı radarlar quraşdırılıb? - RƏSMİ

Bəzi sürücülər Bakıda hava limanı şossesində radarlar arasında sürəti ölçə bilən ağıllı radarlar quraşdırıldığını iddia edirlər.
İddiaları Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayev cavablandırıb.
BDYPİ rəsmisi bildirib ki, ölkə yollarında zamana görə sürəti qiymətləndirən radarlar yoxdur.
Daha ətraflı Xəzərxəbər-in hazırladığı süjetdə:

[media=https://youtu.be/kTbDfv5AGo8]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!