Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Prezident və birinci xanım Danimarkada .....                       
25-11-2024, 17:38
“İdman TV” Avroliqanı yayımlayacaq


“İdman TV” Avroliqanı yayımlayacaq

“İdman TV” basketbol üzrə Avroliqa turnirinin yayım hüququna yiyələnib.
Bu həftədən etibarən basketbol azarkeşləri Avropanın ən nüfuzlu turnirini izləyə biləcəklər.
Kanaldan verilən məlumata görə, hər tur istənilən sayda oyunun yayımlanması hüququ var. Proqrama uyğun olaraq, telekanal maksimum sayda oyunları canlı yayımlamağa çalışacaq.
Xatırladaq ki, bu vaxta qədər bu mötəbər turnir Azərbaycan televiziya məkanında olmayıb.
25-11-2024, 17:19
2024-cü ilin ən qısa günü bu tarixdə olacaq


2024-cü ilin ən qısa günü bu tarixdə olacaq

2024-cü ilin ən qısa günü açıqlanıb.
Moskva Planetariumunun məlumatına görə, dekabrın 21-i bu ilin ən qısa günü olacaq.
21 dekabr qış gündönümüdür. Alimlər bildiriblər ki, gecənin müddəti maksimum, gündüz isə minimum olacaq. Sonra gün uzanmağa başlayacaq.
Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycanda qış fəsli 21 dekabr saat 13:20-də başlayacaq. Bu zaman Şimal yarımkürəsində ən qısa gündüz (9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (14 saat 42 dəqiqə 38 saniyə) müşahidə olunacaq.
Xatıradaq ki, hazırda davam edən payız fəsli Azərbaycana 22 sentyabr saat 16:43-də daxil olub.
25-11-2024, 17:03
Ermənistan KTMT tədbirlərini yenə boykot etdi


Ermənistan KTMT tədbirlərini yenə boykot etdi

Ermənistan noyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçiriləcək tədbirlərində iştirak etməyəcək, lakin planlaşdırılan sənədlərin qəbuluna etiraz etmir.
2024-cü il noyabrın 28-də Astanada Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, eləcə də KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək.
Tədbirlərdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov iştirak edəcək.
Kollektiv təhlükəsizlik regionlarında hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsi, KTMT çərçivəsində əməkdaşlığın nəticələrinin və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Böyük II Dünya Müharibəsindəki Qələbənin 80 illiyinin birgə qeyd edilməsinə hazırlıq işlərinə xüsusi diqqət yetiriləcək.
Qırğız Respublikasının 2025-ci ildə Təşkilatda sədrliyinin prioritetləri barədə məlumat verməsi planlaşdırılır.
25-11-2024, 16:55
Ərdoğan NATO-nun baş katibini qəbul etdi


Ərdoğan NATO-nun baş katibini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutteni qəbul edib.
Bu barədə “Milliyet” məlumat yayıb.
NATO-dan verilən yazılı açıqlamada Ruttenin bu gün Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcəyi bildirilib.
25-11-2024, 16:46
Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq


Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı Amerika administrasiyası ilə birgə çalışacaq.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals bildirib.
“Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır.
Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır.
Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz şeydir", - Mayk Vals “Fox News”a müsahibəsində deyib.
O əlavə edib ki, artıq hzırkı milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanla görüşüb və ABŞ rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.
25-11-2024, 16:33
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi


Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi

“Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.
Universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.
Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.
Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.
İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.
“Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
25-11-2024, 16:09
Avtomobilini azyaşlılara həvalə edən şəxslərə xəbərdarlıq


Avtomobilini azyaşlılara həvalə edən şəxslərə xəbərdarlıq

Ötən gün paytaxtın Suraxanı rayonunda və Sumqayıt şəhəri ərazisində yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilmiş yol-nəqliyyat hadisələri nəticəsində 1 nəfər həyatını itirib, ana və onun azyaşlı qızı olmaqla 2 nəfər isə xəsarət alıb.
Bu barədə DYP-nin avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciətində deyilib.
"Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, sürücülük hüququ olmadan avtomobil idarə etmək həvəsinin onların özlərinin və doğmalarının arzularını yarıda qoyacağını unudurlar, - müraciətdə qeyd edilib.
Vurğulanıb ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, habelə nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini bildirir və bu sahədə intizamsızlığa meyilli şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tədbirlərin görüləcəyini avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır.
25-11-2024, 15:50
Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB



Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB

Azərbaycan-Türkiyə dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranma səbəbi açıqlanıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Daxil olan məlumata əsasən, DGK bildirir ki, qeyd olunan sıxlığın səbəbi Türkiyənin “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiq edilməsidir.
Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.
25-11-2024, 15:34
Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ


Təhsil krediti alan məzunlara nə qədər vəsait bağışlanıb? - RƏSMİ

Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.
Bunu “Azərbaycan müəllimi”nə Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 nəfər təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: “Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir”.
B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semester üzrə kreditlərə faiz hesablanmır.
İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211781 manat təşkil edib.
Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221729 manat təşkil edib.
25-11-2024, 15:28
Bakıda yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi


Bakıda yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanıb. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.
Həyata keçirilən təkmilləşdirmə işlərinin tərkib hissəsi olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.
Son illərdə Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək.
Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.
Əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!