Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
9-02-2025, 14:08
Dəm qazı daha bir can aldı


Dəm qazı daha bir can aldı

Bakıda qadın dəm qazından boğulub.
Fevralın 8-də saat 10 radələrində Əliyeva Ləman Azad qızı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, keçid 1, ev 112-də dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
9-02-2025, 13:52
Yollarda görünüş məsafəsi məhdudlaşacaq


Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Fevralın 10-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
9-02-2025, 13:36
Bakıda nasaz avtomobil yolda qaldı - Tıxac yarandı


Bakıda nasaz avtomobil yolda qaldı - Tıxac yarandı

Bakıda nasaz avtomobil yolda qalıb, tıxac yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Belə ki, Binəqədi rayomu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında texniki nasaz avtomobil yolda qalıb. Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.
Hazırda avtomobilin yoldan götürülməsi və sıxlığın aradan qaldırılması işləri görülür.
9-02-2025, 13:27
Kremldən Tramp-Putin danışığına münasibət


Kremldən Tramp-Putin danışığına münasibət

Moskva ilə Vaşinqton arasında təmaslar müxtəlif kanallar vasitəsilə baş verir.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentii Donald Trampın söhbətinə dair məlumatları nə təsdiq edə, nə də təkzib edə biləcəyini söyləyib.
Qeyd edək ki, Tramp Putinlə həmkarı ilə telefon danışığı apardığını açıqlayıb.
9-02-2025, 13:13
Xırdalanda çomərtəbəli yaşayış binasında yanğın


Xırdalanda çomərtəbəli yaşayış binasında yanğın

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə “Kristal Abşeron-1”də yerləşən mənzillərin birində qeydə alınıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
9-02-2025, 13:01
Nazir müavini yazışmalarına görə işdən çıxarıldı


Nazir müavini yazışmalarına görə işdən çıxarıldı

Böyük Britaniyanın səhiyyə nazirinin müavini Endryu Qvin vatsapda qapalı qrupda söylədiyi təhqiramiz şərhlərə görə işdən çıxarılıb.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr nazir müavininin dərc etdiyi mesajları cinsiyyətçi və irqçi adlandırıb. Həmçinin mesajların birində Qvin zibil qutuları ilə bağlı problemlə əlaqədar onunla əlaqə saxlayan 72 yaşlı qadının tez ölməsini istədiyini bildirib.
Qeyd olunub ki, Qvinin işdən çıxarılması barədə qərar şəxsən Baş nazir Kir Starmer tərəfindən verilib və o, məmurun Leyboristlər Partiyasına üzvlüyünün dayandırılmasını da əmr edib.
9-02-2025, 12:51
Boksçularımız Serbiyada 6 medal qazandı


Boksçularımız Serbiyada 6 medal qazandı

Azərbaycan boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.
Yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin hər bir üzvü fəxri kürsüyə yüksəlib.
Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb.
Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, komandamız fevralın 10-da Bakıya qayıdacaq.
9-02-2025, 12:27
Qar yağacaq, yollar buz bağlayacaq


Qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 10-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi şəhərətrafı ərazilərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 3-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
9-02-2025, 12:16
Serbiya Prezidentinin maşınının təkəri çıxdı


Serbiya Prezidentinin maşınının təkəri çıxdı

Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobilinin təkəri çıxıb.
Görüntülər sosial mediada yayılıb.
Bildirilir ki, hadisə prezidentin yerli sakinlərlə görüşmək üçün Mokrin şəhərinə səfəri zamanı baş verib.
Serbiya hökuməti hadisənin araşdırıldığını bildirib.
9-02-2025, 12:09
SEPAH Xameneidən fətvanın ləğvini istədi


SEPAH Xameneidən fətvanın ləğvini istədi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkənin ali rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadədən qadağanı nəzərdə tutan fətvanı geri götürməsini tələb edib.
Bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, buna səbəb kimi Tehranda həssaslığın artması ilə nəticələnən ABŞ Prezidenti Donald Trampın seçilməsi göstərilir:
"Bu, çox gec olmadan İranın nüvə silahını əldə etməsi üçün son şansdır", - mənbə yazıb.
Xatırladaq ki, Seyid Əli Xamenei 2005-ci ildə nüvə və kütləvi qırğın silahlarının günahsız insanlara qarşı istifadəsini qadağan edən fətva verib. 2024-cü ilin noyabrında İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi bəyan etmişdi ki, Tehranı nüvə silahı hazırlamağa başlamasından ayıran yeganə vasitə fətvadır.
Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı yaratmağa can atmadığını, doktrinada belə silahlardan istifadənin nəzərdə tutulmadığını bildirmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!