Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Prezident və birinci xanım Danimarkada .....                       
21-11-2024, 17:40
Çovğun 70 min nəfəri işıqsız qoydu


Çovğun 70 min nəfəri işıqsız qoydu

Bu gün səhər yağan güclü qar səbəbindən Finlandiyanın bir sıra bölgələrində (184 rayonda) təxminən 70 min ev elektrik enerjisiz qalıb.
Çovğun nəticəsində ağaclar infrastruktur obyektlərinin üstünə aşıb, elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib.
Elektrik enerjisinin kəsilməsi, eyni zamanda bütün Finlandiyada mobil şəbəkə stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Finavia şirkəti Stokholm və Kopenhagenə bir sıra reyslərin ləğv edildiyini, Amsterdam və Londona uçuşların isə gecikdiyini bildirib.
Meteoroloqlar Finlandiyanı vuran qasırğaya “Yari” adı veriblər. Ölkənin cənub bölgələrində kəskin hava şəraitinin davam edəcəyi gözlənilir.
21-11-2024, 17:26
Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir


Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Co Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresi məlumatlandırıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son addım olacaq.
Bildirilib ki, 4,65 milyard dollarlıq borc Kiyevin apreldə Konqresin təsdiqlədiyi 60 milyard dollarlıq əlavə maliyyə paketi çərçivəsində aldığı ümumi 9 milyard dollar borcun bir hissəsidir.
ABŞ Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməni müzakirə etməkdən imtina edib.
Rədd edilən qətnamənin müəllifi ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukraynaya münasibətdə mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından olan respublikaçı Rend Poldur. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib.
61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.
21-11-2024, 17:19
Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!


Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib.
O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb.
“Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”.
Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib.
“Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.
21-11-2024, 16:44
Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü


Sahibə Qafarova rusiyalı həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qeyd edək ki, Milli Məclisi sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdədir.
21-11-2024, 13:01
“Solo gənclik” layihəsinə start verilir



"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsi həyata keçiriləcək.


Butov.az xəbər verir ki, layihə çərçivəsində ilk konsert 24 noyabr, saat 15:00-da Qara Qarayevin ev muzeyində bəstəkar, pianoçu Nigar Süleyman ilə baş tutacaq.

Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.

Tədbirdə Nigar Süleyman piano qarşısında sərgiləcəyi ustalığı və öz bəstələrindən ibarət seçmələri ilə musiqi sevərlərə klassik musiqi ovqatı bəxş edəcək. Onun incə və təsirli ifası, zövqlü bəstə lənmiş melodiyalar, tamaşaçılara unikal hisslər ötürəcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
20-11-2024, 20:57
İlham Əliyevdən Ağdam paylaşımı


İlham Əliyevdən Ağdam paylaşımı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Noyabr - Ağdam Şəhəri Günü münasibətilə sosial şəbəkədəki rəsmi hesablarında paylaşım edib.
Paylaşımda "Zəfər tariximiz – Ağdamın Ermənistan işğalından azad edilməsindən dörd il ötür" sözləri yer alıb.
20-11-2024, 20:42
Fatma Mahmudova beyin infarktı keçirib


Fatma Mahmudova beyin infarktı keçirib

Xalq artisti Fatma Mahmudova beyin infarktı keçirib.
Bu barədə sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində məlumat verib.
Proqramın aparıcısı Aytəkin Mərdanova “Aylarla bunu gizlədib. Qızı Nigar deyir ki, anam telefonla danışırdı, elə bildik gülür. Amma gördük rəngi dəyişdi, halı pisləşdi” sözlərini dilə gətirib.
Qızı İntizar isə aparıcının bu açıqlamasına “Çox qorxduq, sarsıntı keçirtdik. Allah heç bir övlada bunu yaşatmasın. Sağalması 6-7 ay çəkdi” fikirlərini ifadə edib.
F.Mahmudova səhhəti ilə bağlı “Həmin vəziyyətdə səhnəyə də, efirə də çıxdım. Heç kimə vəziyyətimin belə olduğunu bildirmədim” açıqlamasını verib.
20-11-2024, 20:25
Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu


Ukrayna Rusiyanı bu silahla ilk dəfə vurdu

Ukrayna ilk dəfə Rusiya ərazisini Britaniyanın "Storm Shadow" qanadlı raketləri ilə hədəfə alıb.
Bu barədə "Bloomberg" agentliyi anonim Qərb mənbəsinə istinadən məlumat yayıb.
Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın ilk dəfə olaraq Amerikanın ATACMS raketləri ilə Bryansk bölgəsinə hücum etdiyini açıqlayıblar. Ukrayna məlumatı rəsmən təsdiqləməyib.
Çərşənbə günü səhər saatlarında Rusiyanın teleqram kanalları Ukraynanın ilk dəfə olaraq Kursk bölgəsinə "Storm Shadow" raketləri ilə hücum etdiyini bildirib. Rusiya ordusu bu məsələ ilə bağlı açıqlama verməyib.
20-11-2024, 19:24
Kərim Vəliyev Pakistanda marşalla görüşdü


Kərim Vəliyev Pakistanda marşalla görüşdü

Pakistanda səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.
Görüşdə Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
20-11-2024, 19:18
İmran Xan azadlığa buraxıldı


İmran Xan azadlığa buraxıldı

Pakistanın keçmiş Baş naziri və müxalif “Ədalət naminə hərəkat” partiyasının qurucusu İmran Xan azadlığa buraxılıb.
O, girov müqabilində sərbəst buraxılıb.
Məhkəmə İmran Xanı hər biri bir milyon rupi (3 min 611 dollar) olmaqla iki girovun ödənilməsi şərti ilə azad edib.
Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!