Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
1-02-2025, 10:10
Ermənilər İrəvanda aksiya keçirir - VİDEO


Ermənilər İrəvanda aksiya keçirir - VİDEO

Ermənistanın paytaxtı İrəvanda sakinlər ictimai nəqliyyatdakı qiymət artımına etiraz əlaməti olaraq boykot aksiyasına başlayıb.
Aksiyada İrəvan Şəhər Şurasının “Ana Ermənistan” fraksiyasının üzvləri, şuranın keçmiş meri Hayk Marutyan və “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan da iştirak edir.
Bildirək ki, Ağsaqqallar Şurasının qərarı ilə İrəvan ərazisində ictimai nəqliyyatın qiyməti 100 dramdan 150 drama qaldırılıb.

[media=https://youtu.be/BHsLLfQoXKY]
1-02-2025, 09:59
Qəbələdə iki maşın toqquşdu - 1 ölü, 4 yaralı


Qəbələdə iki maşın toqquşdu - 1 ölü, 4 yaralı

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.
Hadisə yanvarın 31-də axşam saatlarında Qəbələ rayonunun Tövlə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşması nəticəsində “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıb.
Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini- 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
31-01-2025, 21:20
Uşaqlar qumbaranı qoyun otaranda tapıblarmış - VİDEO


Uşaqlar qumbaranı qoyun otaranda tapıblarmış - VİDEO

Bu gün Ağcabədinin Hindarx qəsəbəsində evdə əl qumbarasının partlaması nəticəsində 5 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Partlayışda həyatını itirən Şamiq Quliyevin qardaşı Telman Quliyev hadisə barədə danışıb.

[media=https://youtu.be/0wlCwaGGprc]
31-01-2025, 20:35
Azərbaycanda çörəyin qiyməti və çəkisi artacaq


Azərbaycanda çörəyin qiyməti və çəkisi artacaq

Azərbaycanda çörəyin qiymətində artım olacaq.
Paytaxtdakı bəzi mağazalarda keçirilən sorğu əsasında bəlli olub ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.
Məsələ ilə bağlı “Nur çörəyi” zavodundan bildirilib ki, fevralın 1-dən çörəyin qiyməti 5 qəpik artırılacaq:
“Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq. Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, - deyə zavoddan bildirilib.
31-01-2025, 20:31
"Neftçi"dən inamlı qələbə


"Neftçi"dən inamlı qələbə

Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçirilib.
“Neftçi” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. “Neftçi Arena”dakı oyun "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+4-cü dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran "Neftçi" 7-ci pillədə qərarlaşıb. 17 xalı olan “Şamaxı” isə 9-cu sıraya geriləyib.
Qeyd edək ki, turun açılış oyununda “Kəpəz” Tovuzda “Sabah”ı 3:2 hesabı ilə məğlub edib. XXI tura fevralın 2-də yekun vurulacaq.
31-01-2025, 20:25
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimə məhkəməyə gəlmədi


Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimə məhkəməyə gəlmədi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edilməsi ilə bağlı məhkəmə araşdırması gedir.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən şəxs Ruhiyyə Məmmədovadır.
Ruhiyyə əvvəllər də məhkum edilib. Bu dəfə o, xadimə işlədiyi evdən qızıl-zinət əşyaları oğurluğuna görə mühakimə edilir.
Xanım müttəhim həbsdə deyil, onun barəsində alternativ qətimkan tədbiri seçilib.
Əmir Şirinbəyli zərərçəkmiş qismində müstəntiqə ifadə verib.
Bu gün cinayət işi üzrə ilk baxış iclası keçirilməli idi, lakin Ruhiyyə heç bir səbəb göstərmədən məhkəməyə gəlməyib.
Prosesə sədrlik edən hakim Telman Hüseynov məhkəmə salonundan təqsirləndirilən şəxsə zəng edib. Ruhiyyə hakimə xəstə olduğunu deyib. Onu da əlavə edib ki, zərərçəkmişə dəymiş ziyanın bir hissəsini ödəyib, digər hissəni yavaş-yavaş ödəyəcəyinə razılaşırlar. O, xəstəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etməməsinə isə aydınlıq gətirə bilməyib.
Hakim xanım müttəhimə xəbərdarlıq edib, bir də məhkəmədən yayınarsa, həbs edilə biləcəyini bildirib. Təqsirləndirilən şəxsin üzrsüz səbəbdən məhkəmədən yayınması protokola əlavə edilib.
Hakim prokurora da növbəti iclasda seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsi məsələsinə baxılmasını tapşırıb.
Proses sözügedən səbəbdən təxirə salınıb.
31-01-2025, 19:51
Əsədin yaxın qohumu tutuldu


Əsədin yaxın qohumu tutuldu

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin dayısı oğlu Atef Nəcib saxlanılıb.
Bu barədə “Syria TV” məlumat yayıb.
Onun harada və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir. Suriyanın yeni hökuməti də bu məlumatı hələ şərh etməyib.
Qeyd olunur ki, Əsədin dövründə Nəcib ölkənin cənubundakı Dəraa vilayətində siyasi təhlükəsizlik idarəsinin rəisi vəzifəsini tutub.
31-01-2025, 19:38
Fidan Lavrovla Suriyanı müzakirə etdi


Fidan Lavrovla Suriyanı müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Tərəflər Suriyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər.
Hər iki ölkənin Suriyanın siyasi birliyinə dəstəyi vurğulanıb, bu ölkədəki siyasi keçid prosesinin inklüziv olmasının əhəmiyyəti qeyd edilib.
31-01-2025, 19:20
Yeni səfir etimadnaməsinin sürətini nazirə təqdim etdi


Yeni səfir etimadnaməsinin sürətini nazirə təqdim etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgünü qəbul edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Birol Akgün etimadnaməsinin surətini nazir C.Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq müstəvidə birgə səylərimizin gücləndirilməsində müstəsna əhəmiyyətinin olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsinin mövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğu bildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlik münasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s. aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda, xüsusilə də birgə ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgə səylərimizin təqdirəlayiq olduğu, bu il Azərbaycanda keçiriləcək sammitin təşkilatın daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik qeyd edilib.
Yaxın Şərqdə və Əfqanıstanda sabitliyin təmin edilməsi, Suriyada birgə təşəbbüslərin irəlilədilməsi istiqamətində səylərin əhəmiyyətli olduğu bildirilib.
Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-01-2025, 18:56
Daha iki marşrut "BakuBus"a verilir


Daha iki marşrut "BakuBus"a verilir

62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə “BakuBus” MMC qalib gəlib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs “BakuBus” MMC qalib gəlib.
Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.
62 nömrəli marşrutda gediş haqqı 0,50 AZN, 217 nömrəli marşrutda isə 0,55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!