Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
13-11-2024, 19:08
Paşinyan Kazan görüşündən danışdı


Paşinyan Kazan görüşündən danışdı

“Kazanda regional kommunikasiyaların açılması məsələsində hər iki tərəf üçün məqbul həll yolunun əldə olunması barədə danışıqlar aparılıb”.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu fikirləri “hökumət saatı” çərçivəsində danışarkən deyib.
Paşinyan Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü səmərəli və çox vacib adlandırıb:
“Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Onu qeyd edim ki, aramızda belə uzun söhbət heç vaxt olmayıb”.
13-11-2024, 18:45
İlham Əliyev Mitsotakislə bir araya gəldi


İlham Əliyev Mitsotakislə bir araya gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Yunanıstanın Baş naziri COP29-un qısa müddət ərzində yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, Bakı ilə Afina arasında birbaşa uçuşların təşkili məsələləri qeyd edildi.
13-11-2024, 18:10
Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar


Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar

Noyabrın 13-də Bakıda Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti qeyd edilib, konfransın iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Tərəflər iki ölkə prezidentlərinin birgə səyləri və sıx təmasları sayəsində Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafının yüksək dinamikasının qorunub saxlanıldığını qeyd ediblər. Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqustunda Azərbaycan dövlət səfərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında və BRICS Sammitində iştirakı çərçivəsində oktyabrda Moskva və Kazanda ali səviyyədə dialoqun davam etdirilməsinin ikitərəfli münasibətlərə yaxşı təkan verdiyini vurğulayıblar.
Qeyd edilib ki, belə sıx təmaslar prezidentlərə öz tapşırıqlarının icrasını nəzarətdə saxlamağa, həmçinin əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməyə imkan verir. Bu baxımdan dövlət başçılarının tapşırıqlarının icrası üzrə hökumət xətti ilə sıx işin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın ardıcıl inkişafından məmnunluqlarını bildiriblər. Cari ildə 9 ay ərzində 3,5 milyard dollar təşkil edən ticarət dövriyyəsinin artım dinamikasını nəzərə alaraq, ilin yekunlarına görə qarşılıqlı ticarətin yeni rekord həcmi proqnozlaşdırılıb.
Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilib. İkitərəfli yük daşımalarının sabit artımı qeyd edilib. Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırıb, dəhlizin infrastrukturunun inkişafı üzrə səylərin artırılmasını alqışlayıblar. Hökumət başçıları ikitərəfli layihələrin geniş siyahısını əhatə edən sənaye əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiriblər. Tərəflərin bir sıra yeni qarşılıqlı faydalı təşəbbüsləri nəzərdən keçirdiyi vurğulanıb. Aqrar-sənaye kompleksində əməkdaşlığın inkişaf tempindən məmnunluq ifadə olunub. Azərbaycan kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəzin Rusiyaya tədarükünün davamlı artımı qeyd edilib. Həmçinin Rusiyanın Azərbaycanın buğda və gübrə tədarükü üzrə etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.
Hökumət başçıları Azərbaycan və Rusiyanın iqlim gündəliyinə, xüsusilə Xəzər dənizinin dayazlaşması probleminə prioritet diqqət yetirdiyini alqışlayıblar. Prezidentlərin tapşırığı ilə ikitərəfli işçi qrupu yaradılıb və qarşısında dəniz səviyyəsinin azalmasına təsir edən səbəbləri araşdırmaq və sonrakı dayazlaşmaya şərait yaradan amillərin yumşaldılması üzrə tədbirlər hazırlamaq vəzifəsi qoyulub. Tərəflər humanitar qarşılıqlı fəaliyyətin və regionlararası əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluqlarını bildiriblər, mədəni, elmi, gənclər mübadiləsinin, həmçinin qarşılıqlı turist axınının artmasını alqışlayıblar.
Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın daha da artırılması perspektivlərini müzakirə edib, ikitərəfli gündəliyin bütün spektri üzrə konstruktiv işin davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
13-11-2024, 17:56
Prezident Baş nazirin müavini ilə görüşdü


Prezident Baş nazirin müavini ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Çin Xalq Respublikasının Baş nazirinin müavini Din Süesən ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
13-11-2024, 17:39
Ermənistanla Azərbaycan strateji saziş imzalamalıdır - Paşinyandan ŞOK TƏKLİF


Ermənistanla Azərbaycan strateji saziş imzalamalıdır - Paşinyandan ŞOK TƏKLİF

Ermənistan və Azərbaycan sülh müqaviləsi ilə yanaşı strateji saziş də bağlamalıdırlar.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O bildirib ki, yaxın əsrlərdə xalqların dinc yanaşı yaşaması üçün bu saziş imzalanmalıdır.
Paşinyanın sözlərinə görə, İrəvan danışıqların dalana dirənməsini istəmir.
O qeyd edib ki, Ermənistan bu yaxınlarda Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Paşinyan vurğulayıb ki, Ermənistan kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycana yazılı təklif göndərib: “Biz regional kommunikasiyaların açılması məsələsini tamamilə qarşılıqlı məqbul hesab edə bilərik”.
13-11-2024, 17:30
Prezident Mişustinlə danışıqlar apardı


Prezident Mişustinlə danışıqlar apardı

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökumətinin Sədri Mixail Mişustin ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya Hökumətinin Sədrini salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi görməyimə şadam. Vaxt tapıb gəldiyiniz üçün sağ olun. Çox şadam ki, Rusiya bu konfransda yüksək səviyyədə təmsil olunub. Əminəm ki, Sizin müzakirələrdə şəxsən iştirakınız ona xüsusi əhəmiyyət verəcək.
Həmçinin konfransın Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi ərəfəsində və COP29-a hazırlıq prosesində Azərbaycana göstərilən dəstəyə görə Rusiya Federasiyasına minnətdarlığımı bildirmək istərdim. Bizim üçün bu, təbii ki, müstəsna hadisədir. Azərbaycanda heç vaxt belə miqyasda tədbirlər keçirilməyib. Biz şadıq ki, dost ölkələr bu tədbirdə fəal iştirak edir və yüksək səviyyədə təmsil olunurlar.
Əlbəttə, həmişə olduğu kimi, ikitərəfli gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Son vaxtlar Vladimir Vladimiroviç ilə tez-tez görüşürük, amma bununla belə, münasibətlərimizin gündəliyi o qədər genişdir ki, sanki görülən bütün işləri mütəmadi olaraq yoxlamağa və gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac var.

Beləliklə, bir daha xoş gəlmisiniz.

x x x

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin dedi:

- Hörmətli İlham Heydər oğlu, sağ olun.

Bütün tədbirlərin, xüsusən belə genişmiqyaslı, yəqin ki, Birləşmiş Millətlər Təşkilatının iqlim məsələlərinə həsr olunmuş ən böyük konfransının təşkilinə görə Sizə təşəkkür etmək istəyirəm. Burada hamı ən yüksək təşkilatçılıq səviyyəsini qeyd edir.
Həmçinin bildirmək istəyirəm ki, Vladimir Vladimiroviç Putin mənim uçuşumdan əvvəl şəxsən Sizə çoxlu, ən səmimi arzularını çatdırdı və xahiş etdi ki, hazırkı tədbirin uğurla keçməsi münasibətilə Sizi təbrik edim. Artıq hamı bunu qeyd edir.
Ümumiyyətlə, belə bir konfrans ilk dəfədir Cənubi Qafqazda keçirilir və bu, bildiyimə görə, gündəliyin təşkili üçün çox iş görmüş Azərbaycanın müstəsna rolunu vurğulayır. Gündəlik mürəkkəbdir. Hər kəs müzakirələrin yüksək səviyyəsini, həmçinin hazırkı konfransın tarazlaşdırılmış, o cümlədən nəticələr verən sənədini qeyd edir.
İkitərəfli gündəliyimizə gəldikdə, Siz bu barədə danışdınız. Birgə əmtəə dövriyyəsi artır. Biz ikitərəfli gündəliyimizin bütün istiqamətləri üzrə əməkdaşlıq edirik. Bunlar həm sənaye, energetika, həm kənd təsərrüfatı, həm də mədəni-humanitar, rəqəmsallaşma sahələridir. Biz Əli Hidayət oğlu ilə - hökumətdəki həmkarlarımızla bu gün bütün gündəlik üzrə iş apardıq.
Qonaqpərvərliyə görə Sizə bir daha çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Mənim də ən xoş arzularımı və salamlarımı Vladimir Vladimiroviçə çatdırın.

Mixail Mişustin: Sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.
13-11-2024, 17:14
COP29 xüsusi marşrutları üzrə daşınan sərnişinlərin sayı


COP29 xüsusi marşrutları üzrə daşınan sərnişinlərin sayı

Noyabrın 11-dən etibarən Bakıda COP29 konfransı öz işinə başlayıb.
COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, konfransda iştirak etmək məqsədilə paytaxta səfər edən çoxsaylı qonaqların təhlükəsiz və rahat daşınmasının təmin edilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən koordinasiyalı hazırlıq işləri çərçivəsində tədbir məkanı, hava limanı və şəhərin müxtəlif strateji ərazilərində yerləşən nəqliyyat qovşaqları arasında müvafiq nəqliyyat sxemi tətbiq edilməkdədir.
Noyabrın 5–11-də konfrans öncəsi ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58 mindən çox iştirakçının hərəkəti təmin edilib. Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləmə nəticəsində COP29 iştirakçıları yüksək keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin ediliblər.
13-11-2024, 17:10
İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü


İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari ilə görüşüb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Məsud Pezeşkianın Prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.
İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.
Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.
Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.
Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.
Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.

13-11-2024, 16:45
İsraillə münasibətlərimiz bitib - Ərdoğan


İsraillə münasibətlərimiz bitib - Ərdoğan

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, - Ərdoğan vurğulayıb.
Ərdoğan Türkiyə hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaların yalan olduğunu bildirib.
13-11-2024, 16:37
Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla bir arada


Ronaldinyo Bakıda kimsəsiz uşaqlarla bir arada

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun Bakıda kimsəsiz uşaqlarla görüşü olub.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi və əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin benefesiarları ilə görüşüb.
Qeyd edək ki, Ronaldinyo noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!