"Qalatasaray" 19-cu dəfə Türkiyə çempionu oldu .....                        Putin İstanbula getməyəcək - RƏSMİ .....                        Qaynana gəlnini güllələdi .....                        Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı .....                        Hüseyn Həsənovdan həbs qərarına reaksiya .....                        Zelenski Nəriman Cəlalı səfir təyin etdi .....                        Mirzoyan Kallasla sülhdən danışdı .....                        Pakistandan Azərbaycana təşəkkür .....                        Rusiya Hüseyn Həsənovu axtarışa verdi .....                       
11-06-2024, 16:30
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi


Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Keçirilən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.
Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.
11-06-2024, 16:25
Adına saxta səhifə açılan şəxslərə XƏBƏRDARLIQ


Adına saxta səhifə açılan şəxslərə XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə vətəndaşların xəbəri olmadan onların adına açılan saxta səhifələrlə bağlı xəbərlər yayılır. Belə ki, insanların adına açılan saxta səhifələrdə dələduzluq edilir, digərlərinin bank kartlarını oğurlamağa çalışırlar.
Mövzu ilə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dələduzluq əməlini adına səhifə açılan şəxsin özünün törərmədiyi, onun adından istifadə edildiyi sübut edilərsə, həmin şəxs zərərçəkmiş qismində tanınır:
“Bu kimi hallar baş verdikdə dərhal bu barədə polisə məlumat vermək lazımdır. Bu halla qarşılaşan şəxs polisə bildirməlidir ki, onun adından, görüntülərindən yaxud hansısa şəxsi məlumatlarından istifadə edərək dələduzluq əməli törədən şəxslər mövcuddur və bu səhifələr ona məxsus deyil. Vətəndaş bu kimi vəziyyətlərdə hüquq-mühafizə orqanlarından qanunamüvafiq tədbirlərin görülməsini xahiş etməlidir”.


11-06-2024, 16:21
Deputatlar qohum evliliyini müzakirə etdi: "Bu qadağa bizə problemlər yarada bilər"


Deputatlar qohum evliliyini müzakirə etdi: "Bu qadağa bizə problemlər yarada bilər"

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında Ailə Məcəlləsinə, həmçinin bir sıra qanunlara dəyişiklik edilməsi məsələsi müzakirə edilib.
Ailə Məcəlləsinə edilən dəyişikliklə nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.
Bunlardan əlavə yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlərin cəzaları artırılacaq.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri ilə bağlı izah verib: "Ailə Məcəlləsinə ona görə bioloji qohumluluq anlayışını yazmışıq ki, övladlığa götürülən şəxsə qadağalar şamil olunmur. Belə ki, övladlığa götürülən şəxs öz əmisi qızı, dayısı qızı, xalası qızı ilə rahatlıqla evlənə bilər. Digər maddədə isə şəxsin öz bioloji qohumluğu olan xalası, dayısı, əmisi ilə evlənməsi qadağa olunur. Onsuz da bu, mentalitetimizdə hər zaman tənzimlənib. Lakin yenə də eyni qaydada övladlığa götürülən şəxs nəzəri baxımından sadalanan şəxslərlə ailə həyatı qura bilər. Bu şəxslərə qanun qadağa qoymur”.
Deputat Rəşad Mahmudov iclasda bildirib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.
“Bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə deputat qeyd edib.
Komitənin digər üzvü Nurlan Həsənov isə qeyd edib ki, qohum əlaqəsi olan insanlar arasındakı nikah münasibətləri daha çox islam dünyasında geniş yayılıb: “Məsələn, Britaniyada yaşayan pakistanlıların 50-55 faizi qohumlar arasında olan nikaha üstünlük verir”.
O, Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavab olaraq deyib ki, beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmayıb: “Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə iclas zamanı bildirib ki, əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib: “Kimsə deyəndə ki, əmioğlu və əmiqızının nikahı göydə kəsilir, zarafatla deyirdim ki, onlar göydə yox, yerdə yaşayır”.
Komitə rəsmisi vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir:
“İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir. Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə min nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir”.
11-06-2024, 16:07
Ceyhun Bayramov almaniyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi


Ceyhun Bayramov almaniyalı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük önəm verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar mövcud olduğu vurğulanıb. Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.
C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb.
Qarşılıqlı maraq doğuran digər regional məsələlər də müzakirə olunub.
11-06-2024, 15:56
Azərbaycanla Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu


Azərbaycanla Albaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Albaniya Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Ballukunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan Hökuməti və Albaniya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən birinci iclasının əhəmiyyəti vurğulanıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın iqtisadi, ticari, energetika, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət, səhiyyə, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov görüşdə iştirak edib.
11-06-2024, 15:44
ABŞ və Ermənistan saziş imzaladı


ABŞ və Ermənistan saziş imzaladı

Ermənistan və ABŞ gömrük orqanlarının qarşılıqlı yardımı haqqında saziş imzalayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Sənəd İrəvanda xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın iştirakı ilə imzalanıb.
Tərəflər bundan əvvəl strateji dialoqun yekun görüşünü keçiriblər.
11-06-2024, 15:25
Dövlət İmtahan Mərkəzi ilə bağlı yenilik


Dövlət İmtahan Mərkəzi ilə bağlı yenilik

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, prezidentin 11 aprel 2016-cı tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət İmtahan Mərkəzinin Nizamnaməsi"nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Mərkəz bundan sonra publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparacaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edəcək. İndiyə qədər Mərkəz Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, maliyyə hesabatlarını təqdim və dərc edirdi.
11-06-2024, 00:12
Laçına dolu düşdü


Laçına dolu düşdü

Yaz fəslində belə dəyişkən hava şəraiti ilə seçilən Laçına bu gün növbəti dəfə dolu yağıb.
Günün ikinci yarısı saat 18 radələrində şimşək çaxıb və yağış başlayıb. Bir müddət sonra güclənən yağış isə doluya çevrilib. Təbiət hadisəsi bir saatdan çox davam edib.
10-06-2024, 23:48
Rusiya səfiri İrəvana qayıtdı


Rusiya səfiri İrəvana qayıtdı

Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
“Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır”, - Qaluzin "RİA Novosti"yə açıqlamasında bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi ötən ay səfirin məsləhətləşmələr üçün Moskvaya çağırıldığına dair məlumat yayıb
10-06-2024, 23:38
Əsgər İSMAYILOV yazır: "Erməni-müsəlman davasında qadın obrazları"


Əsgər İSMAYILOV yazır: "Erməni-müsəlman davasında qadın obrazları"

(Birinci ədavətli, ikinci ədalətli)

Romanovlar xanədanı tarixin xarabalığına gömüldü. Beləcə qaranlığa məhkum olan xalqların başı üzərində azadlıq günəşi doğdu. Əsarətdə olan xalqların uzun sürən istibdadına son qoyuldu. Millətimiz də müqəddəratı barədə düşünür, maneəsiz yaşamaq, sivil cəmiyyət yaratmaq eşqiylə mübarizəyə başladı. Bu ərəfələrdə yaradılan məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr olunan qəzet və jurnallar xalqın azadlıq mübarizəsinin hərəkətverici qüvvəsinə çevrildi. Bu işdə vətənpərvər qadınlarımız haqlı mübarizəsini aparırdı. Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayında ilk dəfə olaraq maarifpərvər qadınlarımız da iştirak etdilər. Misal olaraq Sara Talışinskayanın, Sara Vəzirovanın, Şəfiqə Əfəndizadənin adını qeyd edə bilərik. Sonrakı mərhələlərdə və çətin şəraitdə cahilliyə, mövhumata, düşmən hiyləsinə qarşı Sara Vəkilova, Səidə Şeyxzadə, Xuraman Rəhimbəyzadə, Nabat Nərimanova, Asiya Axundzadə, Səkinə Axundzadə, Ziba Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Hədiyyə Məmmədzadə, Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə qətiyyətlə mübarizə aparır, sözün əsl mənasında mərdliklə vuruşurdular. Ancaq on səkkizinci əsrin iyirminci ilindən "erməni kartı"nı işə salan I Pyotrun tör-töküntüləri - erməni millətçiləri yaranmış münbit şəraitdən istifadə edib, mikrob kimi yayılır, öz məkrli oyunlarını həyata keçirirdilər. Onların törətdikləri müsibətlər milli azadlıq hərəkatına ziyan vururdu. Əslində onların amalı, məqsədi də elə bu idi (hansı ki, indiki zamana qədər düşmənin eyni davranışlarını görürük).
Zaman ötdükcə Bakıda və Dərbənddə yerləşdirilən ermənilərin məskunlaşdırıldığı, daha dəqiq zorla pərçimləndirildiyi ərazilərin coğrafiyası, törətdikləri qırğınların sayı, vəhşiliklərin əhatə dairəsi genişlənirdi. Bu hadisələrin dəlili, sübutu M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz təsdiqini tapır. Hələ yazılanlar, əlimizdə olan faktlar başımıza gətirilənlərin bəlkə də mində biridir... O zaman Ziba Qayıbova və Sara Vəkilova "Erməni qadınlarına müraciət"inin sonunda yazırdı:

"Yetər, bu qanlar.
Siz bizə deyirdiniz ki:

“O zaman ki, hər yerdə sülh sözü danışılır, belə bir əhəmiyyətli zamanda bizim səsimizin eşidilməməsi cinayətdir.”
Böylə isə səsinizi qaldırasınız, çəkilmiş olan qılıncları saxladınız.
Bir dəstə müsəlman xanımları naminə" (Bax: "Azərbaycan" qəzeti, 14 yanvar, 1919, N° 87). Ancaq daşıdığı ad-sana sahib çıxan, ləyaqətli və ismətli Azərbaycan xanımları bil(m)irdi ki, erməni xisləti cins tanımır, erməni millətçisi verdiyi sözü ancaq düşdüyü məqama uyğun işlədir.
Bu məqamda Mir Mövsüm Nəvvabın canlı şahidi olduğu və qələmə aldığı tarixi həqiqətə nəzər yetirək: "Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim" (Bax: M.M.Nəvvab, 1905-06-cı illərdə erməni-müsəlman davası, səh., 46). Görünən odur ki, tarix dəyişsə də erməni yalanı dəyişmir, yenilənir, dövrə uyğun formata düşür. Nəvvab da qeyd edirdi ki, ermənilərin bu cür siyasətinə, hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olduqca müşkül məsələdir. Ziba Qayıbova və Sara Vəkilovanın erməni qadınlarına müraciətinin cavabsız qalmasının əsas səbəbi bəllidir. Çünki bizim Şərq qadını yaylığını başından açıb ayaqlar altına ataraq qan davasını, müsibəti dayandırıb. Ancaq erməni qadını doğulan körpəsinin qulağına pıçıldayır ki, türk sənin düşmənindir. Məktəb də, kilsə də cəmiyyət də belə sərsəm fikirlərin daşıyıcısı, təbliğatçısı rolunu oynayır.
Bu məqamda 2020-ci ilin sentyabr ayını xatırlayaq. Hələ iki dövlət arasında müharibə başlamamışdan öncə Ermənistanda “Qadınlar sülh tərəfdarıdır” təşkilatı işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məşq keçib, əllərindəki silahı Azərbaycan sərhədlərinə tərəf tuşladılar. İstər-istəməz daxilimizdə sual yaranır:

İndi bu erməni qadınlarını necə sülh tərəfdarı adlandırmaq olar? Başqa bir sual da ortaya çıxır:
Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə bəyan etmək üçün öz arvadını rəmzi olaraq təmas xəttinə göndərən baş nazir hansı düşüncənin sahibidir, hansı əqidənin sahibidir?
Yeri gəlmişkən bir məqamı da xatırlayaq. Asala terror təşkilatının maddi yardımı və Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın mənəvi dəstəyi ilə qızlardan ibarət “Xatun” snayper qrupunu yaradan Marqarita Sarkisyan da erməni qadını, daha doğrusu terrorçusu, killeri idi. Demək ki, erməni millətçisi üçün qadın-kişi anlayışı yoxdur, xislət və xəstə təfəkkür məsələsi var. Hələ müharibə ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev erməni cəmiyyətinə səslənərək:
“Əgər erməni əsgəri ölmək istəmirsə, onda rədd olsun Azərbaycan torpağından!”- demişdir. Əslində bu xəbərdarlığı ilk növbədə erməni qadınları anlamalı idi. Ancaq beyni yuyulmuş erməni qadınları öz mənasız ədavətlərindən, yersiz hikkələrindən əl çəkmədilər. M.M.Nəvvab bu barədə yazır:
"Ermənilər görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər". Və bu zərəri artıqlaması ilə 44 günlük Vətən savaşında ödədilər.

Əlavə: "Mən onlara etibar etmirəm" - deyərək, Qriboyedovun Qafqaz müsəlmanlarına xitabən söylədiyi bu fikri onun ölüm səbəblərindən biri oldu. Sözsüz ki, etibar etmədiklərinin deyil, sonradan gəlmişlərin "etibarının" qurbanı oldu. Pyotrkimilərinin tör-töküntüsünə heç vaxt inanmaq, etibar etmək olmaz. Onların tərəfini saxlayanları da gec-tez qriboyedovfason acı sonluq gözləyir. Hətta məsələ o yerə çatıb ki, artıq dığalara böyük bratları da sahib çıxmır. Necə deyərlər, "Moskva göz yaşlarına inanmır!"

Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!