4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir .....                        Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım .....                        Tarif Şurasından YENİ QƏRAR .....                        İmtahan nəticələri açıqlandı .....                        Viktor Orban: Biz Ukrayna üçün ölmək istəmirik! .....                        Sürücülərin nəzərinə! - Yol bağlanır .....                        Rusiyanın baş naziri Azərbaycanla bağlı sərəncam imzalayıb .....                        Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                       
3-11-2024, 16:37
COP29-la bağlı növbəti monitorinqlər


COP29-la bağlı növbəti monitorinqlər

COP29 konfransına hazırlıq prosesi çərçivəsində 3 noyabr tarixində növbəti nəqliyyatın idarə olunması üzrə monitorinqlər aparılıb.
COP29 konfransı keçiriləcək tarixlər ərzində şəhər nəqliyyat proseslərinin səmərəli təşkilinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən monitorinqlər saat 11:00-da başlayaraq saat 13:10-dək davam edib. Monitorinqlər əsasən paytaxtın Heydər Əliyev prospekti Zağulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edib, sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq edilib.
Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilib.
3-11-2024, 15:53
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi


Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Vişnevoye yaşayış məntəqəsini ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası olan dəmiryolu eşalonunu, enerji obyektləri, neft anbarı və PUA istehsalı sexi vurub.
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gün ərzində 4 ATACMS raketi, bir HIMARS mərmisi və Ukrayna Silahlı Qüvvələrinə məxsus 47 PUA-nı vurub.
Rusiya MN ötən sutka ərzində Ukraynanın bütün istiqamətlərdə 1,6 mindən çox hərbçi itirdiyini açıqlayıb.
Eyni zamanda nazirlik, Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etdiyini də açıqlayıb.
Bildirilib ki, Rusiya qoşunları Kursk vilayətində hücumu davam etdirib.
Qeyd olunub ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 150-dən çox hərbçini, bir piyada döyüş maşını və radio elektron mübarizə sistemi stansiyasını itirib.
3-11-2024, 15:53
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi


Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Vişnevoye yaşayış məntəqəsini ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası olan dəmiryolu eşalonunu, enerji obyektləri, neft anbarı və PUA istehsalı sexi vurub.
Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gün ərzində 4 ATACMS raketi, bir HIMARS mərmisi və Ukrayna Silahlı Qüvvələrinə məxsus 47 PUA-nı vurub.
Rusiya MN ötən sutka ərzində Ukraynanın bütün istiqamətlərdə 1,6 mindən çox hərbçi itirdiyini açıqlayıb.
Eyni zamanda nazirlik, Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etdiyini də açıqlayıb.
Bildirilib ki, Rusiya qoşunları Kursk vilayətində hücumu davam etdirib.
Qeyd olunub ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 150-dən çox hərbçini, bir piyada döyüş maşını və radio elektron mübarizə sistemi stansiyasını itirib.
3-11-2024, 15:28
Dövlət qulluğuna qəbul imtahanları keçirilib


Dövlət qulluğuna qəbul imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 noyabr 2024-cü il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanları keçirilib.
DIM-dən verilən xəbərə görə, itahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 324 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 11 nəfər, AC2 altqrupu üzrə 17 nəfər, AC3 altqrupu üzrə 29 nəfər, AC4 altqrupu üzrə 42 nəfər olmaqla, ümumilikdə 101 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı da keçirilib.
AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda 51 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 2, BA1 altqrupu üzrə 1, BA2 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 8 nəfər olmaqla, ümumilikdə 28 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4-6 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.
3-11-2024, 15:17
"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi


"Formula 1"də yeni rekord - Əfsanəvi Mixael Şumaxeri üstələdi

"Formula 1"də "Red Bull" komandasının 27 yaşlı niderlandlı pilotu Maks Ferstappen liderlik günlərinin sayına görə əfsanəvi yeddiqat çempion Mixael Şumaxeri keçib.
2021-ci ildən bəri ardıcıl üç titul qazanmış və 2022-ci il İspaniya Qran-prisindəki qələbəsindən sonra fərdi hesabda liderliyi ələ alan M.Verstappen 897 gündür çempionatın lideri mövqeyindədir.
M.Şumaxer isə 2000-ci illərin əvvəlində İtaliyanın "Ferrari" kollektivində çıxış etdiyi dönəmdə "Formula 1"də fərdi hesabda 896 gün liderliyini qorumuşdu.
Qeyd edək ki, "Formula 1"də Braziliya Qran-prisinin əsas yarışı bu gün keçiriləcək.
3-11-2024, 14:35
Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə diqqəti artıracaq - Aİ rəsmisi


Azərbaycanın COP29 Sədrliyi regionda iqlim məsələlərinə diqqəti artıracaq - Aİ rəsmisi

“Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə böyük önəm verir. Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, regionda bu məsələlərin müzakirəsi üçün mühüm bir imkan yaradır. Aİ-nın yüksək səviyyəli nümayəndə heyəti də bu tədbirdə iştirak edəcək, bu da tədbirin əhəmiyyətini artırır”.
Bu sözləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
“Aİ iqlim dəyişikliyi və ekoloji məsələlər üzrə bütün planet üçün vacib olan problemlərin həllinə dəstək verməyə çalışır. Azərbaycanın bu cür mötəbər bir tədbirə ev sahibliyi etməsi regionda iqlim məsələlərinə olan diqqəti artıracaq”, - o qeyd edib.
Səfir rəsmi Bakıya COP29-a ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.
Herçinski iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini və birgə səylərin nəticə verəcəyini də əlavə edib: "Belə tədbirlər, Aİ ilə Azərbaycanın əməkdaşlığını daha da gücləndirəcək və ekoloji məsələlərin müzakirəsi üçün bir platforma yaradacaq".
3-11-2024, 14:04
COP29 zamanı Bakı metrosu - Nəzarət və tənzimləmələr


COP29 zamanı Bakı metrosu - Nəzarət və tənzimləmələr

COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, “Bakı metropoliteni” QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.
QSC-dən bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb.
Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi “Ulduz” stansiyasının vestibülündə 2 əlavə “BakıKart” terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib.
Stansiyanın platforması, keçidlərində avtobus marşrutlarının istiqamətini rahatlıqla müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində digər əlavə tədbirlərin görülməsi diqqətdə saxlanılacaq.
Stansiya infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi, nəzarət mexanizmlərinin tətbiqi və digər məsələlərlə əlaqədar stansiyalarda texniki imkanlar qiymətləndirilməklə müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi metronun “Xətai”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
Ümumiyyətlə, adi iş rejimi şəraitində tətbiq edilən nəzarət qaydaları qüvvədə saxlanılmaqla, əlavə növbətçilik cədvəlləri tərtib edilib. Bütün stansiyaların, həmçinin infrastruktura uyğun digər strukturların rəhbər və mütəxəssislərinin cəlb edilməsi ilə metro stansiyalarının infrastrukturuna, mühəndis-texniki qurğulara əlavə nəzarət mexanizmləri təmin ediləcək, sərnişin məmnunluğu və rahatlığı diqqətdə saxlanılacaq.
3-11-2024, 13:36
Naxçıvanda reyd - Qaydaları pozan sürücülər cəzalandırıldı


Naxçıvanda reyd - Qaydaları pozan sürücülər cəzalandırıldı

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərlə bağlı reyd keçirilib.
Reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və onlarla maarifləndirici söhbətlər aparılıb.
Keçirilən reydlərin sürücülərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı onlara izah olunub, yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bir daha sürücülərdən “Yol Hərəkəti Haqqında” qanunun tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunmamaları üçün dayanma-durma qaydalarına düzgün əməl etmələri tələb olunub.
Tədbir zamanı yol polisləri Naxçıvan şəhəri ərazisində piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə də maarifləndirici söhbətlər aparıb, piyadalar və digər hərəkət iştirakçılarına yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi barədə ətraflı məlumat veriblər.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.
3-11-2024, 13:21
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
3-11-2024, 13:18
Moldovada prezident seçkiləri - Seçici fəallığı yüksəkdir


Moldovada prezident seçkiləri - Seçici fəallığı yüksəkdir

Moldovada prezident seçkilərinin ikinci turunda saat 10:00-da (Bakı vaxtı ilə 12:00) seçici fəallığı birinci turla müqayisədə 25% yüksəkdir.
Bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçkilərin ikinci turunda birinci turda 42,49 faiz səs toplayan prezident Maya Sandu və 25,95 faiz səs toplayan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo ilə mübarizə davam edir.
Sandu və onun partiyası Avropa İttifaqına inteqrasiya, Rusiya və MDB ilə əlaqəni kəsmək kursunu müəyyənləşdirib. Aİ-yə inteqrasiyanı dəstəkləyən Stoyanoqlo isə bildirib ki, Moldova üçün vacib olan Rusiya və MDB ilə praqmatik münasibətlərin saxlanmasıdır. İkinci turun qalibi səs çoxluğunu toplayan namizəd olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!