Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
12-01-2025, 16:42
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - Terrorçular öldürüldü


Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirdi - Terrorçular öldürüldü

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" əməliyyat bölgələrində isə PKK-nın daha altı üzvü zərərsizləşdirilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
12-01-2025, 16:18
Tanınmış aparıcı narkoman imiş - VİDEO


Tanınmış aparıcı narkoman imiş - VİDEO

Tanınmış teleaparıcı Xose Bernardo narkotik asılılığından əziyyət çəkdiyini açıqlayıb.
O, bu barədə "Xəzər TV”yə danışıb.
"Həyatımda belə bir məqam oldu ki, seçim etməli oldum. Ya yaşamalı, ya həbsxanada olmalı, ya da dünyamı dəyişməliydim. Mən yaşamağı seçdim. Yaşamaq istəyirəm”, - o vurğulayıb.
Hazırda reabilitasiya mərkəzində müalicə alan Xose bildirib ki, valideyn nəzarəti olmayanda insan bu yola düşür:
"Başlayan zaman mənim ən böyük problemim elə bunlar olub. İnsanlardan qaçırdım, istəmirdim ki, məni o vəziyyətdə görsünlər. Həyatda uğur qazanmış insanlar idik. Amma ki, ani bir həzzə görə nələrisə də itirmişik. Hazırda məqsədim özümün sağalmağı və bu xəstəlikdən əziyyət çəkən insanlara bacardığım qədər dəstək olmaqdır”.

12-01-2025, 15:39
Ər-Riyadda Suriya müzakirəsi


Ər-Riyadda Suriya müzakirəsi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir sıra ərəb ölkələrinin xarici işlər nazirlərinin Suriyadakı vəziyyətlə bağlı görüşü başlayıb.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, iclasa Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud sədrlik edir. Danışıqlarda, xüsusən də Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd Həsən əl-Şibani, BƏƏ, Livan, Küveyt və Misirin xarici siyasət idarələrinin rəhbərləri, həmçinin, Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edir.
Bu gün Ər-Riyadda həmçinin Avropa ölkələri və ABŞ nümayəndələrinin iştirakı ilə Suriya üzrə genişləndirilmiş danışıqlar aparılacaq.
Danışıqların iştirakçılarının Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriyada inklüziv siyasi dialoqun təmin edilməsi və ölkənin gələcək dövlət strukturu ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir. Həmçinin Dəməşqə qarşı sanksiyaların ləğvi və suriyalı qaçqınların vətənlərinə qaytarılması məsələləri də gündəmdədir.

12-01-2025, 14:50
Dumana görə yollarda görmə məhdudlaşacaq


Dumana görə yollarda görmə məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yanvarın 13-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
12-01-2025, 14:17
Əsəd dəfələrlə zəng edib, Putin telefonu açmayıb


Əsəd dəfələrlə zəng edib, Putin telefonu açmayıb

Suriyanın sabiq prezidenti Bəşər Əsəd hakimiyyətin devrilməsindən az əvvəl bir neçə dəfə rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlamağa cəhd edib.
Bu barədə Əsədin keçmiş mətbuat katibi Kamal Saqr “Əl-Ərəbiyyə” telekanalının “Mazij” podkastında danışıb.
Onun sözlərinə görə, Əsəd İrandan göndərilən hərbi yardımın qəbul edilməsi üçün Rusiyaya məxsus Xmeymim bazasından istifadə etmək istəyib və bunun üçün Rusiyanın icazəsi lazım idi.
Kamal Saqr bildirib ki, Bəşər Əsəd ilk dəfə 2024-cü il dekabrın 4-də Vladimir Putinlə əlaqə saxlamağa çalışıb, lakin söhbət baş tutmayıb. Ertəsi gün də Rusiya lideri Əsədə cavab verməyib.
Vladimir Putinlə əlaqə saxlamaq mümkün olmadığı üçün Suriyanın keçmiş prezidenti Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə zəng edib və ondan Putindən ilə əlaqə saxlamağı xahiş edib. Lavrentyev isə cavab verib ki, Putin Belarusda olduğu üçün zəng edə bilməyəcək.
Qeyd olunur ki, Rusiya prezidentinin Minskə işgüzar səfəri dekabrın 6-da baş tutub.
Xatırladaq ki, dekabrın 8-də Suriyada hakimiyyət “Həyat Təhrir əl-Şam” qruplaşması tərəfindən ələ keçirilib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək keçid hökumətinin başçısı təyin olunub. Əsəd hadisələrdən sonra Suriyadan Rusiyaya qaçıb.
12-01-2025, 14:11
Çexiyada restoranda partlayış - 6 nəfər öldü


Çexiyada restoranda partlayış - 6 nəfər öldü

Çexiyanın şimal-qərbindəki Most şəhərindəki restoranda baş vermiş partlayış nəticəsində azı altı nəfər ölüb.
Bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində səkkiz nəfər yaralanıb.
Səlahiyyətlilər həmçinin yaxınlıqdakı binalardan 30-a yaxın insanı təxliyə ediblər.
12-01-2025, 13:44
Sabahın havası - Duman, güclü külək


Sabahın havası - Duman, güclü külək

Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 4-9° isti olacaq.
12-01-2025, 13:26
Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - 15 ölü, 67 yaralı


Yəməndə yanacaqdoldurma məntəqəsində partlayış - 15 ölü, 67 yaralı

Yəmənin Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb, azı 67 nəfər yaralanıb.
Bu barədə Yəmənin Ənsar Allah (Husi) üsyançı hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Əl-Cəzirə telekanalı Husilərin nəzarətində olan Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ən azı 8 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.
Əl Məşhədin məlumatına görə, Ez-Zaher bölgəsinin Əl-Məcriş bölgəsində dörd yanacaqdoldurma məntəqəsi partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdirilib. Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
12-01-2025, 13:10
Qəzzada məktəblərin 88 %-i dağıdılıb


Qəzzada məktəblərin 88 %-i dağıdılıb

Qəzza zolağında məktəb binalarının azı 88 %-i İsrailin hücumları nəticəsində dağıdılıb və ya ciddi şəkildə zədələnib.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, Qəzza zolağında İsrailin hücumları nəticəsində 564 məktəb binasından 496-sı (88 %) dağıdılıb və ya ciddi şəkildə zədələnib. Eyni zamanda, Fələstin anklavında binaların təxminən 69 %-i dağıdılıb və ya zədələnib.
HMƏİ daha əvvəl bildirmişdi ki, BMT 2024-cü il oktyabrın 6-dan dekabrın 15-dək İsrailin Qəzzada məktəblərə 95 hücumunu sənədləşdirib. Bu binaların əksəriyyəti məcburi köçkün fələstinlilər üçün sığınacaq kimi xidmət edirdi.
12-01-2025, 13:00
Burun əməliyyatından sonra komaya düşən Nəzrin öldü


Burun əməliyyatından sonra komaya düşən Nəzrin öldü

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Bu barədə mərhumun ailəsi məlumat verib.
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!