Ermənilərin məhkəməsində Ballıqaya qətliamından danışıldı .....                        “İstisu” Belarusda da satılacaq .....                        Naxçıvanda 8 min manatlıq siqaret oğurluğu .....                        Bakıda qayınata gəlinini qətlə yetirdi .....                        Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində - FOTO .....                        Bu məktəbə Aşıq Ələsgərin adı verildi .....                        “Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                       
16-05-2024, 12:04
Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj


Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj

Demək olar ki, artıq ali təhsil müəssisələrində yaz semestri başa çatmaq üzrədir. Semestr boyu müəllimlərimiz tərəfindən keçirilən dərslərin, verilən tapşırıqların öhdəsindən gəlməyə, etimadı doğrultmağa çalışırıq. Buna baxmayaraq tənəffüs müddəti yuxarı kurs tələbələrinin gərgin şəraitdə çalışması, müəllimlərimizin onlara əllərindən gələn köməyi göstərməsi diqqətimdən yayınmır. Sonra məlum olur ki, artıq əyani təhsil alan həmin bakalavrlar istehsalat təcrübəsindədirlər. Digər qiyabi təhsilalanlar isə təcrübə ilə yanaşı, həm də diplom müdafiəsi və dövlət imtahanına hazırlaşırlar. Məlumdur ki, 2020-ci ildə və ondan sonra bakalavr pilləsinə daxil olan tələbələrin diplom işi müdafiə etməsi və ya attestasiya imtahanı verməsi ləğv olunub. Bu mənada indiki qiyabi təhsilalanlar (2019-cu ildə qəbul olunanlar) demək olar ki, bakalavr pilləsində sonuncu diplom müdafiəçisidirlər.

Bu məsələ birinci kurs tələbəsi olaraq mənim də marağımı çəkdi. Bəlkə də buna səbəb auditoriyamızın qiyabi şöbə ilə yaxın məsafədə olmasıdır. Tələbələr mütamadi olaraq bu otağa gəlir, müəllimlərlə çox vaxt da Esmira Rövşənova ilə məsləhətləşirlər. Beləcə, gərgin keçən iş prosesinə yaxından bələd olmaq, işin gedişatını öyrənmək və izləmək üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin sonuncu kurs tələbəsi Əsgər İsmayılovla bir gün keçirmək qərarına gəldim. O, təklifimə məmnunluğunu gizlətmədi. Söhbət əsnasında aydın oldu ki, diplom müdafiəsi ilboyu öyrəndiklərini, nəzəri və təcrübi biliklərini sistemləşdirmək, möhkəmləndirmək, sonda analitik və yaradıcı düşüncəni birləşdirərək son nəticəyə gəlməkdir. Məlum oldu ki, buraxılış işi "Milli Mətbuat tarixi" kafedrasında olacaq. Üzərində işlədiyi mövzu isə "Erməni-müsəlman davası"dır. Mövzu olduqca tarixidir, dünən, bu gün, sabah üçün çox əhəmiyyətlidir. Gün ərzində Əsgərlə nəşriyyata, kitab mağazasına, arxivə baş çəkdik. "Azərbaycan" qəzetinin müxtəlif nüsxələrilə tanış olduq.





Tariximizin qaranlıq səhifələrinə işıq salan qəzetin hər nömrəsi bizdə kədər və sevinclə bərabər, həm də xüsusi maraq doğurdu. Azərbaycan Respublikasında keçirilən seçkilər və digər tarixi məqamlar diqqət çəkdi. Digər məqam ondan ibarətdir ki, tarixi vərəqləyərkən yazıların əksərən kiril və ya əski əlifbada olması idi.


Bir əsrdə dörd dəfə əlifbanın dəyişməsi nə qədər də ağrılı imiş, deyə öz-özümə təəssüfləndim. Zaman azlığına baxmayaraq müəyyən mənada çalışdım ki, bu əlifbada nələrisə öyrənim. Əsgər bildirdi ki, ADA Universitetinin təşəbbüsü ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı artıq transliterasiya olunmaq üzrədir. 20 cilddə nəzərdə tutulan toplunun demək olar, xeyli hissəsi işıq üzü görüb.



Sevindirici haldır ki, Azərbaycanın səhifələrində yaşayan müstəqillik və mübarək tariximiz bütün oxucular üçün əlçatan olacaq. Təbii ki, dünəninə bağlı olanlar üçün. Əsgərlə söhbətimiz əsnasında bildirdi ki, əvəzsiz tədqiqatçı, böyük azərbaycanlı rəhmətlik Şirməmməd Hüseynov vaxtilə gərgin zəhmət və çətinliklə Üzeyir Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yazılarını transliterasiya edərək qəzetlərdə dərcinə nail olmuş, həm də ayrıca kitablar halında nəşr etdirmişdir. Bununla da həm də "erməni-müsəlman davası"nın tarixi, bu məsələyə münasibətin kökləri görünmüşdür. Ümumən bu məsələyə fundamental yanaşan şəxsiyyətlərdən biri də Üzeyir bəy olmuşdu. Onun musiqisi, publisistikilası, geniş mənada bütün yaradıcılığında bunu görmək olar. Əsgərlə olan görüşümüzün sonlarına yaxınlaşarkən, Şirməmməd Hüseynov yaradıcılığına bir daha toxundu. Və Şirməmməd müəllimin Üzeyir bəydən həm jurnalistlər üçün, ümümən hamıya xitabən söylədiyi misalı xatırladı: "Vətən abadlığı, millət səlamətliyi, camaat tərəqqisi, dövlət intizamı, bir də istiqlaliyyət. Kim bu prinsiplərə əməl edərsə, bizim qəzetin səhifəsi bir ananın öz doğma övladına açdığı qucağı kimi ona açıqdır”. Dostluq şəraitində keçən görüşün sonuna gəldik və qarşı tərəfə minnətdarlıq etmişdim ki, birdən kitablar arasında rəngsiz, solğun şəkil diqqətimi çəkdi. Və şəklin tarixini soruşdum: - "Ayxan, rəsmdəki müəllimlər fakültəmizin sütunları olub və həmişə sevgiyə, sayğıya layiqdirlər. Mahmud müəllimə cansağlığı arzulayıram, şəkildəki digər müəllimlərimizin də ruhu şad olsun", deyə bildirdi. Digər müəllimlərin adlarını sadalamağı xahiş etdim. Əsgər ürəklə sağdan-sola saymağa başladı: Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov, Seyfulla Əliyev, Mahmud Mahmudov və Əliş Nəbili. Söz verdim ki, yazını hazırlayanda bu şəkil başlıq olacaq.



Beləcə, Əsgərlə fakültə dəhlizində başlayan görüşümüz masa arxasında fakültə dəyərlərini yada salmaqla yekunlaşmış oldu. Oxuculara isə xoş mütaliələr qaldı.




Ayxan İbişov
BDU Jurnalistika fakültəsinin tələbəsi
15-05-2024, 20:22
FİFA-nın yeni baş katibi təyin olundu


FİFA-nın yeni baş katibi təyin olundu

FİFA-ya yeni baş katib təyinat edilib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Baş katib vəzifəsi Mattias Qrafströmana həvalə olunub.
Mattias Qrafströman 2023-cü ilin oktyabr ayında FİFA-nın müvəqqəti baş katibi vəzifəsində çalışıb.
15-05-2024, 17:50
Metroda qatar qapısı açıq hərəkət edib? - Rəsmi cavab


Metroda qatar qapısı açıq hərəkət edib? - Rəsmi cavab

“Bakı Metropoliteni” QSC sosial mediada yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.
Vaqonlararası keçid qapılarına, eləcə də kənar əşyalar və digər məsələlərlə bağlı sonuncu stansiyalarda, xüsusən müvafiq yoxlama şəraiti olan "Həzi Aslanov" stansiyasının dalan yolunda maşinist tərəfindən qatara vizual baxış keçirilir.
Qeyd edilib ki, lakin sərnişinlərin bu qapıları qatar yollarda hərəkət edərkən açması hallarına rast gəlinir. Bununla bağlı hazırda müvafiq araşdırma aparılır.
Sərnişinlərdən xahiş edilir ki, bu kimi hallarla rastlaşdıqda vaqondakı rabitə vasitəsilə maşinistə və yaxud stansiyalarda olan əməkdaşlara məlumat verilsin. Metropolitendən istifadə edərkən təhlükəsizlik tələblərinə, istifadə qaydalarına əməl olunması və ictimai asayişin pozulmaması naminə bu kimi halların qarşısının alınmasında məhz sərnişinlərdən daxil olan məlumatların xüsusi əhəmiyyəti var.
15-05-2024, 17:46
ATƏT-in sədri Gürcüstan Prezidenti ilə görüşüb


ATƏT-in sədri Gürcüstan Prezidenti ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Bu barədə Gürcüstan Prezidenti "X"də yazıb.
"Gürcüstandakı mövcud vəziyyəti, azad və ədalətli 2024-cü il seçkilərinin əhəmiyyətini və Gürcüstan ərazilərinin davam edən işğalını müzakirə etdik", - Zurabişvili bildirib.
15-05-2024, 17:37
Hakan Fidan Blinkenlə telefon danışığı apardı


Hakan Fidan Blinkenlə telefon danışığı apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.
Qeyd olunub ki, danışıq zamanı Qəzzadakı son hadisələr və Ukraynadakı vəziyyət müzakirə edilib.
Hakan Fidan Qəzzada ən qısa zamanda qalıcı atəşkəsin yaradılmasının vacibliyinə toxunub. Eyni zamanda, o, humanitar yardımların bölgəyə çatması qarşısındakı maneələrin aradan qaldırılmasının lazım olduğunu vurğulayıb. Fidan, İsrailin Rəfaha hücumunun da qəbuledilməz olduğunu bildirib.
15-05-2024, 17:32
Əfv Komissiyası daha 100 müraciətə baxdı


Əfv Komissiyası daha 100 müraciətə baxdı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
İclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
15-05-2024, 17:26
Putin müdafiə nazirini niyə dəyişdiyini açıqladı


Putin müdafiə nazirini niyə dəyişdiyini açıqladı

"Andrey Belousov Rusiya Federasiyasının yeni müdafiə naziri oldu, çünki hərbi xərclər artır".
Bunu Rusiya prezidenti Vladimir Putin hərbi dairələrin komandirləri ilə görüşündə deyib.
“Belousovun müdafiə naziri təyin edilməsi hərbi komponentə xərclərin artması ilə əlaqədardır. Belousov ordu və müdafiə sənayesinin iqtisadiyyatını ölkənin ümumi iqtisadiyyatına necə uyğunlaşdıracağını başa düşür”, - deyə Vladimir Putin bildirib.
Rusiya Federasiyasının başçısı həmçinin qeyd edib ki, 2024-cü ildə müdafiə və təhlükəsizlik xərcləri təxminən 8,7% təşkil edəcək. Bununla belə, dəyişikliklər ola bilər.
Görüşdə Putin xüsusilə vurğulayıb ki, ordu nə qədər effektiv fəaliyyət göstərsə, Ukraynadakı münaqişə bir o qədər tez həll oluna bilər.
Andrey Belousov mayın 14-də axşam rəsmi olaraq müdafiə naziri olub. Bu postdan uzaqlaşdırılan Sergey Şoyqu isə Təhlükəsizlik Şurasının katibi təyin olunub.
15-05-2024, 17:15
Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlandı


Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlandı

Aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi hazırlanıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
“Nəqliyyat planında nəzərdə tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini tapıb, - R. Hümmətov bildirib.
Onun sözlərinə görə, həmçinin Laçın şəhərinin Baş Planına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə isə işlər davam edir.
İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə, o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.
15-05-2024, 17:10
Ötən həftə Bakıya gələn baş nazir ölkəsində güllələndi


Ötən həftə Bakıya gələn baş nazir ölkəsində güllələndi

Slovakiyanın baş naziri Robert Fitso güllələnib.
Hökumətin iclas keçirdiyi Mədəniyyət evinin qarşısında ona hücum edilib.
Baş nazir atışma nəticəsində yaralanıb. Fitsonun xəstəxanaya aparıldığı bildirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisə hökumətin iclasından sonra baş verib. Hücum edən şəxs saxlanılıb. Polis ərazinin təhlükəsizliyini təmin edib.
Baş nazirin güllələnməsi faktını parlamentin plenar iclasında Slovakiya Milli Şurasının sədr müavini Yuboş Blaha da təsdiqləyib. Parlamentin iclası qeyri-müəyyən müddətə dayandırılıb. Hökumət deputatları hücuma görə müxalifəti günahlandırıb.
Yerli mətbuat yazır ki, Fitso dörd güllə yarası alıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb. O, təcili hava yardımı vasitəsilə Bratislavadakı xəstəxanaya aparılıb.
“Mən baş nazir Robert Fitsoya qarşı bugünkü qəddar və ehtiyatsız hücumu qətiyyətlə pisləyirəm. Şokdayam. Robert Fitsoya bu kritik anda xilas olmaq üçün çoxlu güc arzulayıram”, - Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.
Qeyd edək ki, Fitso ötən ilin oktyabr ayında Baş nazir seçilib. O, mayın 7-də Bakıda səfərdə olub.
15-05-2024, 17:05
Müdafiə Nazirliyi sülhməramlılarla bağlı məlumat yaydı - FOTO


Müdafiə Nazirliyi sülhməramlılarla bağlı məlumat yaydı - FOTO

Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.
Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.
Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.
Daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi çıxış edərək Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.
Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.
Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.








����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!