“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
8-05-2024, 17:53
Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı


Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı

Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.
Baş nazir Əli Əsədov və vitse-prezident Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planını imzalayıblar.
İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.
Qeyd edək ki, mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib. Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
8-05-2024, 17:48
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO


Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO

Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.
İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsinə bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.
Vətən müharibəsi zamanı Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaş türk xalqına dərin təşəkkür ifadə olunub.
İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hər zaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulanıb.
Azərbaycanın Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq qurum kimi dəyərləndirilib, TDT çərçivəsində səylərin davam etdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimi qoyulub.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin inkişaf dinamikası təqdir edilib.
Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarət dövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadə edilib.
2023-cü ildə qarşılıqlı ticarətin 31 faiz artaraq rekord 7,65 milyard ABŞ dollarına çatdığı bildirilib, ticarət dövriyyəsinin həcminin 15 milyard ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərmək əzmində olduqları diqqətə çatdırılıb.
Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti vurğulanıb.
Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalanan Fəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha da artmasına təkan verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhəng layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanıb.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerji gündəliyində duran aktual məsələlərdən biri kimi dəyərləndirilib.
Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 42,5 faiz artdığı diqqətə çatdırılıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Bildirilib ki, dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxın zamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5 milyon tona çatdırılmasına şərait yaradacaq.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.
Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbət məcrada həll olunur. Azərbaycana daxil olan Türkiyə avtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğv olunub. Eyni zamanda, avtomobil daşımaları üçün mübadilə edilən icazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, bərpaolunan enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə, COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət Planlını imzalayıblar.
İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında ticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri ilə mübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuata bəyanatlarla çıxış ediblər.




8-05-2024, 17:44
Ərdoğan Əli Əsədovu qəbul etdi


Ərdoğan Əli Əsədovu qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
8-05-2024, 17:37
Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı


Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub. E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
8-05-2024, 17:37
Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı


Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub. E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
8-05-2024, 16:59
İlham Əliyev Ərdoğana COP29-a dəvət məktubu göndərdi


İlham Əliyev Ərdoğana COP29-a dəvət məktubu göndərdi

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.
Bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonrakı mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, cənab Prezident İlham Əliyev adından COP29-a dəvət məktubu Türkiyə Prezidentinə təqdim ediləcək.
8-05-2024, 00:30
Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər


Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov çıxış ediblər.
Onlar “Özünlə apar” mahnısını ifa ediblər.
Təmsilçilərimiz səhnədə 12-ci nömrə ilə çıxış ediblər.
Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.
8-05-2024, 00:21
Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı


Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb.
Zəhərlənən 40 nəfər Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edib.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam etməkdədir.
7-05-2024, 23:54
Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov


Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Məsələ ilə bağlı Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş edib:
“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb.
“Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər, - o, "Şərq " qəzetinə açıqlamasında bildirib.
7-05-2024, 23:28
Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO


Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibə verib.
O, Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Həmin müsahibəni təqdim edirik:


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!