“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
7-05-2024, 15:21
Prezident Baş nazirin şərəfinə rəsmi nahar verdi


Prezident Baş nazirin şərəfinə rəsmi nahar verdi

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
7-05-2024, 15:13
Şahdağ və Xınalıqda qar yağıb


Şahdağ və Xınalıqda qar yağıb

Mayın 7-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.
Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.
6-05-2024, 22:44
"Qəbələ" "Səbail"i məğlub etdi


"Qəbələ" "Səbail"i məğlub etdi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Günün yeganə oyununda "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Səbail" 42 xalla altıncı, ötən tur "Kəpəz"ə məğlub olaraq Premyer Liqa ilə vidalaşan "Qəbələ" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Turun daha əvvəl reallaşan görüşlərində "Qarabağ" "Neftçi"yə 5:0, "Zirə" "Turan Tovuz"a 2:1, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
6-05-2024, 22:26
ABŞ-la Ermənistan arasında qərargah danışıqları


ABŞ-la Ermənistan arasında qərargah danışıqları

Ötən həftə ABŞ-nin Avropa Komandanlığı və Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə ilk illik qərargah danışıqları baş tutub.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, danışıqların məqsədi müdafiə prioritetlərini və gələcək illərdə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
6-05-2024, 22:17
Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı


Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı

Bakı bulvarında salınan velosiped zolağının birbaşa şlaqbaum və parklanmanın üstündə olması velosiped sürənlərin narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov "oxu.az"a bildirib ki, sosial mediada paylaşılan şəkilin çəkildiyi rakurs pandusdan sonra mikromobillik zolaqlarının dəmir dirəklərə dirəndiyi təəssüratını yaradır:
“Reallıqda isə pandusla hərəkət edən mikromobillik vasitələrinin istifadəçiləri kiçik radiusda sola meyillənməklə hərəkətlərinə davam edə bilərlər. “Park Bulvar” ticarət mərkəzinin qarşısında “Paylaşılan zona” (share zone) yaradılacaq və yol nişanları quraşdırılacaq. Mikromobillik vasitələrinin istifadəçiləri həmin hissəni piyadalarla birgə istifadə edəcəklər. Təhlükəsizliyin təmin olunması məqsədilə ticarət mərkəzinin yeraltı dayanacağının giriş-çıxışlarında sürətməhdudlaşdırıcı maneələr də quraşdırılacaq
6-05-2024, 21:47
HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi


HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə o, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamil ilə telefon danışığında bildirib.
Qeyd edək ki, Qətər və Misir HƏMAS və İsrail arasında danışıqlarda vasitəçi rolunu oynayır.
“Mən onlara HƏMAS hərəkatının atəşkəs razılaşması təklifini təsdiqləməsi barədə məlumat verdim”, - HƏMAS-ın kanalında deyilir.
Bundan bir qədər əvvəl “The Times of Israel” qəzeti İsrail ordusunun Rəfah şəhərinin şərq bölgəsində təxliyə çağırışı ilə bağlı vərəqələr yaymağa başladığını yazıb. İsrail Qəzza zolağının cənubunda yerləşən şəhərdə hərbi əməliyyat keçirmək niyyətindədir.
Aprelin 29-da danışıqlar zamanı HƏMAS-a 40 günlük atəşkəs təklif olunub . Razılaşma həmçinin HƏMAS yaraqlıları tərəfindən saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsini də əhatə edir.
6-05-2024, 20:51
Laçında müntəzəm marşrut xətləri açıldı


Laçında müntəzəm marşrut xətləri açıldı

Bu gündən Laçın şəhəri - Zabux kəndi və Laçın şəhəri - Qarıkaha kəndi - ”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.
Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.
“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.
6-05-2024, 20:22
Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək?


Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək?

Moskvada keçiriləcək Qələbə paradında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də Kuba, Laos və Qvineya-Bisau liderləri iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, MDB, İttifaq dövləti və KTMT-nin icra orqanlarının rəhbərləri də tədbirə dəvət olunub.
"Mayın 9-da xarici dövlətlərin başçıları və xarici nümayəndələr Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcəklər”, - deyə Uşakov bildirib.
6-05-2024, 20:10
Sülhməramlılar Xocalı aeroportunu tərk edir


Sülhməramlılar Xocalı aeroportunu tərk edir

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.
Bildirilir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib.
6-05-2024, 19:23
Slovakiyanın Baş naziri Azərbaycana gəldi


Slovakiyanın Baş naziri Azərbaycana gəldi

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!