Türküstan poeziyası .....                        Özünü axtaran şair, təbrik edirik! .....                        Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTO .....                        Sumqayıtda silah-sursat tapıldı .....                        Ərdoğan Şimali Kiprdə .....                        Netanyahu Azərbaycana səfərini təxirə saldı .....                        Bakıda 8 bıçaq yarası alan kişi öldü - Şübhəli oğludur .....                        Türkiyədən Netanyahu ilə bağlı təkzib .....                        Azərbaycan komandası birinci oldu, Ərdoğan mükafat verdi .....                       
2-05-2024, 18:01
İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama


İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama

1 iyul tarixinədən taksi fəaliyyəti üçün icazə alanlar bir sıra üstünlüklərə malik olacaqlar.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Artıq 1 aydır ki, yaşı 15 ili keçməyən nəqliyyat vasitəsi olan hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əldə edirlər.
"Bu zaman nəqliyyat vasitəsinə “avro-5” standartı tələbi tətbiq olunmur.
Qeyd edək ki, yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər bu fürsəti dəyərləndirib 1 iyul 2024-cü il tarixinə kimi //e-xidmet.ayna.gov.az/ portalına daxil olub icazə üçün müraciət etməlidirlər. Bu tarixdən sonra yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər.
Məsələn, 11 il istehsal müddəti olan avtomobillə 1 iyul tarixinədək icazə alındığı təqdirdə növbəti 4 il taksi fəaliyyəti göstərmək mümkün olacaq", - AYNA-dan bildirilib.
Həmçinin qeyd olunub ki, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır:
"Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək".
2-05-2024, 17:50
Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü


Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ASEAN Parlament Assambleyasının (AIPA) baş katibi Siti Rozaimeriyanti ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və AIPA arasında əməkdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.
Azərbaycanın bir çox ASEAN ölkələri ilə mövcud əlaqələrinin öz növbəsində AIPA çərçivəsində əməkdaşlığa, habelə ölkəmizin AIPA-ya müşahidəçi üzv kimi qəbul edilməsinə töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın parlamentlərarası əməkdaşlıq və dialoq formatlarına əhəmiyyət verdiyi, bu istiqamətdə AIPA ilə də təmasların davam etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin COP29-a hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib.
Keçmiş münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış edən ilk tərəfin, habelə prosesin irəlilədilməsində ən çox səy göstərən tərəfin ölkəmiz olduğu diqqətə çatdırılıb.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan baş katib Siti Rozaimeriyanti, bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-05-2024, 17:37
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı


Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Rusiya tərəfinin Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.
İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlərdən bəhs edən nazir bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran C.Bayramov, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.
Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-05-2024, 17:29
"Avroviziya"da Fələstin bayrağı qadağan edildi


"Avroviziya"da Fələstin bayrağı qadağan edildi

Avropa Yayım Birliyi mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya" Mahnı Müsabiqəsinə Fələstin bayrağı ilə gələn qonaqların içəri buraxılmayacağını açıqlayıb.
Bu barədə Avropa Yayım Birliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlərin dayandırılacaq və onların Fələstin bayraqları və ya pankartları götürüləcək.
2-05-2024, 17:25
Bakıda sıxlığın aradan qaldırılması üçün yeni yol - VİDEO


Bakıda sıxlığın aradan qaldırılması üçün yeni yol - ViDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.
Bu barədə agentlik məlumat yayıb.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaqdır.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
- Yolun ümumi uzunluğu: 3896 metr
- Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə
- Hərəkət zolağının sayı: 6 zolaqlı
- Hərəkət zolaqlarının eni: 3.5 m
- Tunellərin sayı: 4 ədəd
- Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd
Hazırda "Ulduz" metrosundan Ələsgər Qayıbov küçəsi istiqamətində mobilizasiya (ağır texnikanın və avadanlıqların əraziyə daşınması) işləri yerinə yetirilir.
Qeyd edək ki, Layihə İdarəetmə Qrupu tərəfindən tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir.

2-05-2024, 16:59
VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib


VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış edib.
Mədəniyyət naziri A.Kərimli bildirib ki, bu forum əməkdaşlığın inkişafına töhfə verəcək.
“ Biz bu forum vasitəsiylə dünyaya bir mesaj çatdırmaq istədik. Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla biz bir çox məsələlərin həllinə töhfə verə bilərik”,- deyə nazir bildirib.
ISESCO-nun baş direktoru Səlim M. əl-Malik vurğulayıb ki, mədəniyyətlərarası dialoq sülh və əməkdaşlıq üçün çox əhəmiyyətlidir.
“Belə bir mürəkkəb dünyada əməkdaşlıq və dialoq mühim rol oynayır. İSESCO bundan sonra da öz yumşaq gücündən istifadə edərək sözügedən dialoqa töhfə verəcək.
Azərbaycana belə bir əhəmiyyətli foruma uğurla ev sahibliyi etdiyi üçün təşəkkür edirəm”,- deyə o əlavə edib.
BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi həmçinin bildirib ki, Azərbaycan hər zaman mühim tədbirlərəev sahibliyi edib.
“Mədəniyyətlərarası dialoq forumu aparıcı bir platformadır. Biz burada bir sıra çağırışların, problemlərin həll yollarını müzakirə etmək imkanı tapdıq.
Turizm bütün sahələr üzrə ən əhəmiyyətlisidir. Çünki bu sektor bizim gündəlik həyatımıza təsir edir. Ümid edirəm ki, burada müzakirə olunanları praktikada göstərə bilərik”,- deyə o bildirib.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının direktoru Nihal Saad əlavə edib ki, forumda müzakirə edilən mövzular hər kəsi ilhamlandırdı.
“VI Mədəniyyətlərarası Dialoq Forumu növbəti uğura çevrildi. Mədəniyyət bizim bəşəriyyətimizi daha da zənginləşdirir. Forumlarda adətən çağırışlar, problemlər səsləndirilir. Lakin bu forumda problemlər müəyyən edildi, diaqnostikası aparıldı və həll yolları müzakirə edildi. Ümid edirəm bu tendensiya davam edəcək”,- deyə o bildirib.
Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.
2-05-2024, 09:30
Aşıqların dillər əzbəri – “Düşübdü”

Aşıqların dillər əzbəri – “Düşübdü”
(Aşıq Əhməd Sadaxlı ustadı Dədə Aşıq Hüseyn Saraçlı haqqında söyləyir)

“Aşıq Hüseyn Saraçlının atası Qurban Hasanoğlu Borçalı mahalında sayılıb-seçilən, varlı, savadlı, sözü keçən bir şəxs olduğundan satqınlar tərəfindən şərlənərək, Sovet hökümətinin qara siyahısına salınır və 1931-ci il fevral ayının 15-də aşıq Hüseyn Saraçlının doğum günündə Qara Qayanın döşündəki Qalxama arxının üstündə 54 yaşında güllələnir və elə orda da dəfn olunur. Qurban Hasan oğlu gülələnən zaman kiçik oğlu dünyaya gəlir və onun adını oğuluna qoyurlar – Qurban Qurban oğlu.
Qurban kişinin anası Fatma nənə isə güllələnən oğlunun başından qopan sümüyü götürüb, gizlincə evə gətirir. O gündən sümüyə baxıb, “oğul-oğul” deyə-deyə ağlamaqdan gözdən kor, qulaqdan kar olur. Güllələnmədən 3 gün sonra Tiflisdən: “Günahsızdır, güllələmək olmaz” – əmri gəlsə də daha gec idi.

Bu qanlı olaydan sonra ilk ustadı aşıq İsmayıl Saraçlının da həbs olunduğunu görən Aşıq Hüseyn Saraçlı kəndi tərk edərək aşıq İbrahim Quşçunun yanına şəyird gəlir. Və 3 il Quşçu kəndində qalıb aşıq İbrahimdən dərs alır. O, Quşçu kəndindən Saraçlıya qayıdan zaman Pəri adlı bir qıza vurulur və evdə ona elçi göndərmək istəyini bildirir. Aşıq Hüseynin bu sözünü eşdən Pəri xanım: “Mən sənə ərə gedib, qorxu içində yaşaya bilmərəm. Sizin ailə qalmaqallıdır, atan güllələndi, nənən ağlamaqdan kor oldu, evinizdə rahat yata da bilmirsiz, bolşeviklər pantürkist adı ilə sizi izləyir, elçi göndərsən də gələn deyiləm.”
Pəri xanımdan belə bir cavab alan Aşıq Hüseyn Saraçlı ürəyində: “Ey dili-qafil, həyatın işinə bir bax, Babam koxa, atam deputat olanda hər kəs biznən qohum olmaq istəyirdi, indi Pəri də bizi bəyənmir. Neyləyək, kişinin başına iş gələr, – deyib, evə gəlir. Bu əhvalatdan bir müddət sonra Dağ Borçalının Cücə (Cuci) kəndində yaşayan Tomarlı Qurbanın qızı, dağlar gözəli Şahnisə xanımla ailə həyatı qurur və bir neçə oğul-uşaq sahibi olur.
Aradan uzun illər keçir. Günlərin birində Aşıq Hüseyn təsadüfən Pəri xanımla rastlaşır. Pəri xanım aşıq Hüseyni tanısa da, Aşıq Hüseyn Pəri xanımı tanımır. Aşığın onu tanımadığını görən Pəri xanım yaxınlaşaraq soruşur:
– Aşıq Hüseyn, məni tanımadınmı?
Aşıq Hüseyn deyir:
–Yox, vallah, tanımadım.
– Niyə tanımadın, cavanlıqda elçi göndərmək istədiyin Pəri deyiləmmi? Bilsəydim belə şan-şöhrətli, tanınmış hörmətli bir aşıq olajaxsan, başqasına ərə getməzdim, elə sənə gələrdim. Ərə getdiym adamdan da yarımadım, təklifin yenə də keçərli olsa, günü bu gün sənə ərə gələrəm.
Pəri xanımın bu sözlərini eşidən Hüseyn Saraçlı bir özünə, bir saçı-birçəyi ağarmış Pəri xanıma baxıb: – Ay Pəri, cavannıx geri gəlməz, da qocalmışıq, nə mənim evlənən vaxtımdı, nə də sənin ərə gedən vaxtın. Keçmişi yadıma saldın, sinəmə üç xanə söz gəldi, qulaq as, gör nə deyirəm, – söyləyir
Götürüb, burada Aşıq Hüseyn Saraçlı “Baş sarıtel” havasında öz tərəfindən Pəri xanıma bədahətən nə deyir, biz ərz edək qulluğunuza, xoşbəxt olun.
Gözəl, sənin vaxtın keçib,
Saçlarına dən düşübdü.
Neçə öylər sən yıxıbsan,
Üstündə çox qan düşübdü.

Daha gözdən sən qalıbsan,
Cavanlıqda kam alıbsan.
Hayıf, sən də qocalıbsan,
Cavanlıq da yan düşübdü.

Saraçlı da tərif yazmaz,
Tellərini şana düzməz.
Boş-pətəksən, zanbur gəzməz,
Dodaqlardan şan düşübdü.


Aşıq bu şeiri bitirən kimi onlar ayrılıb, hərəsi bir yana gedir, şeir isə aşıqların dillərinin əzbərinə çevrilir”.
Qeyd: Bu şeiri Hüseyn Saraçlı ilk dəfə balabançı Azayın müşaiyətilə 1967-ci ildə “Baş sarıtel” havası üzərində oxuyaraq lentə yazdırmışdır.
Əhvalatı Aşıq Əhməd Sadaxlının 1997-ci ildəki lent yazısından
Rəşad Saraçlı qələmə alıb.
12.01.2024
1-05-2024, 18:18
Füzulidə yanğın - Tüstüdən zəhərlənən var


Füzulidə yanğın - Tüstüdən zəhərlənən var

Füzulidə rayonunun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan 2 ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan 6 ton ot bağlaması və yaxınlıqda 5 ədəd ağac yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Traktor və əraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
1-05-2024, 17:10
Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı


Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı

Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatasında ilk günün qalibləri bəlli olub.
Suqovuşanda kayak və kanoe ilə 200 m və 500 məsafələrdə yürüşdə Azərbaycan idmançısı da fərqlənib.
Yığma üzvü Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala yiyələnib. O, kayakla 200 m məsafəni 42 saniyəyə qət edib.
Günün qaliblərini Azərbaycanın Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç mükafatlandırıblar.
Qeyd edək ki, reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.
1-05-2024, 17:00
“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?


“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?

Gələn həftə İsveçin Malmö şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürəcək. Dünyanın ən böyük canlı musiqi tədbiri hesab edilən müsabiqəyə 37 ölkədən gələn iştirakçılar qatılacaq.
68-ci dəfə keçirilən yarışma üçün həftə ərzində 89 ölkədən təxminən 100.000 ziyarətçinin Malmöyə gələcəyi gözlənilir.
Mayın 7-də müsabiqənin birinci yarımfinalı, mayın 9-da isə ikinci yarımfinalı keçiriləcək. Mayın 11-də “Avroviziya”nın böyük final mərhələsi baş tutacaq.
İsveçin 362 min əhalisi ilə üçüncü ən böyük şəhəri olan Malmödə 1992 və 2013-cü illərdə də “Avroviziya”ya ev sahibliyi edib. İsveçdə ümumilikdə 7 dəfə bu müsabiqə keçirilib.
Müsabiqənin ilk yarımfinalında Kipr, Serbiya, Litva, İrlandiya, Ukrayna, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, Moldova, Azərbaycan, Avstraliya, Portuqaliya və Lüksemburq, ikinci yarımfinalında isə Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland təmsilçiləri çıxış edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!