Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 3-04-2025, 16:35
Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə


Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkələrdən biri kimi Almaniya Federativ Respublikası da öz növbəsində Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Hər iki ölkə ötən əsrin sonlarından başlayaraq bir sıra mühüm sazişlər imzalamaqla əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Ümummilli lider Heydər Əliyevin Almaniyaya səfərləri ölkələrimiz arasında qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafına təkan verib.
Prezident İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə qarşılıqlı məkdaşlığı intensivləşdirməsi Azərbaycan-Almaniya münasibətlərini daha da zənginləşdirib. Son illərdə bu münasibətlər siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı həm də humanitar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək ölkələrimiz arasında əməkdaşlıq sferasının daha da genişləndirilməsini təmin edib.. Tərəflər arasında sıx təmasların genişlənməsi isə Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib.
Bu günlərdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı Prezident İlham Əliyevlə Almaniya prezidenti arasında aparılan müzakirələrin də Azərbaycan – Avropa əlaqələrinə əlavə stimul verəcəyi şübhəsizdir. Rəsmi səfər çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
“İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”, - deyən dövlət başçımız Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayıb.
Öz növbəsində mətbuata bəyanatında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, “Qarabağ Azərbaycandır, bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir”. “Biz həmişə demişik ki, bu, sizin (Azərbaycan) ərazinizdir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq, təhsil mübadiləsi və bütün sahələrdə əlaqələrimizə yeni müsbət təkan verəcək.
Mətbuata bəyanatında dövlətimizin başçısı bildirib ki, “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb”.
Azərbaycanda yaradılmış əlverişli biznes mühiti alman şirkətlərinə ölkəmizdə fəaliyyətini daha da genişləndirmək imkanı verir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi xüsusi fəallıq və yüksək məhsuldarlıqla çalışır. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu və səmərəli biznes fəaliyyəti göstərirlər.
Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunması, xüsusilə son illər Avropanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Almaniya hökumətini respublikamızla daha dərin təməllərə əsaslanan əməkdaşlığa sövq edir. O cümlədən, Almaniya özünün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təşəbbüskarı olduğu enerji marşrutlarının əhəmiyyətini yüksək dəyərləndirir və ölkəmizin enerji resurslarından faydalanmaq niyyətini bəyan edir.
Görüşdə İlham Əliyev vurğulayıb ki, xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 qiqavata çatdırmaq nəzərdə tutulur ki, bunun da bir hissəsi Avropaya ixrac ediləcək.
Dövlətimizin başçısı xüsusilə diqqətə çatdırıb ki, bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin çox böyük təcrübəsi olduğu qədər Azərbaycanın da çox böyük planları və layihələri var. Prezident Əliyev bu güclərin birləşdiriləcəyi halda daha səmərəli nəticələr əldə olunacağına inamını ifadə edib. Ölkə başçısı mətbuata bəyanatında onu da qeyd edib ki, Azərbaycanın tarixi Zəfəri bölgədə sülh danışıqlarına yol açıb və bu gün Azərbaycanın və Ermənistanın mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.
Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzur bölgələri ilə bağlı səsləndirdiyi önəmli bəyanatları da diqqətçəkəndir. Onun sözlərinə görə, artıq bu ərazilər "yaşıl enerji" zonası elan edilib. Bu enerji mənbələri nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək. Azərbaycanın bərpaolunan enerji potensialının bununla yekunlaşmadığını diqqətə çatdıran Prezident İlham Əliyev həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonasına çevirmək planları mövcuddur.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də öz növbəsində Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunmuş irəliləyişlərlə bağlı təbriklərini ifadə edən Almaniya Prezidenti tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və regionda davamlı sülhün bərqərar olunacağına ümid bəslədiyini qeyd edib və Almaniyanın da bu proseslərə lazımi dəstək verməyə hazır olduğunu bildirib.
Almaniyanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə böyük əhəmiyyət verdiyini vurğulayan Ştaynmayerin sözlərinə görə, Azərbaycan mühüm ticarət yollarının kəsişdiyi bir qovşağa çevrilib. “Berlin nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərq və Çinlə nəqliyyat əlaqələrimizin inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün vacib layihədir”, - deyən Frank-Valter Ştaynmayer həmçinin vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək.
Qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşlər bir daha onu göstərdi ki, Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır və dövlət başçılarının bu görüşü Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açacaq.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

3 aprel 2025-ci il


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!