Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                        Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşdü - FOTO .....                        Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi: 205 hərbçi dəyişdirildi .....                        “Vətən sevdaların əzəli” .....                        Selə görə bu evlər təhlükə altındadır - VİDEO .....                        Özgür Özələ hücum edən şəxs danışdı .....                        Qohumumun həyat yoldaşını və 6 uşağını qətlə yetiriblər - Ermənilərin məhkəməsi .....                       
18-04-2024, 20:35
Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı


Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı

Gürcüstanın qərbində, Zuqdudi-Djavari-Mestia-Lasdili avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə avtomagistral tam bağlanıb.
Bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb. Bildirilir ki, hazırda yolun təmizlənməsi və avtomobillərin hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.
Torpaq sürüşməsinin daha hansı fəsadlar törətməsi barədə məlumat verilmir.
18-04-2024, 19:52
ABŞ müşaviri Gürcüstanda səfərdədir


ABŞ müşaviri Gürcüstanda səfərdədir

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Gürcüstanda səfərdədir.
Məlumatı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvledianinin Ofisi yayıb.
Bildirilib ki, gürcü nazir Lui Bononu Gürcüstanda həyata keçirilən sosial-iqtisadi təşəbbüslər və barışıq siyasəti barəsində məlumatlandırıb.
Nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə ABŞ-yə təşəkkür edib.
“Tərəflər yaxından əməkdaşlığı davam etdirməkdə razılaşıblar”, – məlumatda bildirilib.
18-04-2024, 19:25
Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu


Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu

Türkiyənin Tokat vilayətində zəlzələ baş verib.
Zəlzələ 5,6 bal gücündə olub.
Sulusaray bölgəsində baş verən zəlzələ 5,99 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ bir çox vilayətlərdə hiss olunub.
Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında ərazidə araşdırmalar başladığını bildirib.
"Allah ölkəmizi və millətimizi bəlalardan qorusun”, - o qeyd edib.
18-04-2024, 18:13
Respublika Pediatriya Mərkəzi yaradıldı


Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub.
Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
O, 2005-2007-ci illərdə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında feldşer, 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında intern, 2008-2011-ci illərdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2012-2015-ci illərdə Ankarada özəl tibb müəssisələrində Acil şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin Pediatriya Mərkəzinin rəhbəri, 2020-2023-cü illərdə isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsini icra edib. 2023-cü ilin mart ayından indiyədək isə Ege Hospitalda pediatr kimi çalışıb.
18-04-2024, 17:34
Hacıqabulda qatar qadını vurdu


Hacıqabulda qatar qadını vurdu

Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir
Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.
Bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.
18-04-2024, 17:20
Dron hücumları Rusiyada dizel ixracını 25% azaldıb


Dron hücumları Rusiyada dizel ixracını 25% azaldıb

"Dronların hücumları səbəbindən Rusiyanın dizel yanacağı ixracı dörddə bir qədər azalıb.
Bu barədə "Bloomberg" yazıb.
Nəşr yazır ki, neft emalı dərəcələri 11 aylıq minimum həddədir. Aprelin 13-dək 10 gün ərzində tədarüklər gündə orta hesabla 0,74 milyon barel təşkil edib.
Bu da 2019-2023-cü illər arasında ilin bu dövrü üçün orta göstəricidən təxminən 25% azdır.
18-04-2024, 17:06
Azərbaycanı yenidən AŞPA-da görmək istəyirəm - AŞ Nazirlər Komitəsinin rəhbəri


Azərbaycanı yenidən AŞPA-da görmək istəyirəm - AŞ Nazirlər Komitəsinin rəhbəri

Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri, Lixtenşteynin xarici işlər naziri Dominik Hasler Azərbaycan nümayəndə heyətini tezliklə Parlament Assambleyasında görmək istədiyini bildirib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında irlandiyalı deputat Pol Havanın sualına cavab verən Dominik Hasler deyib:
“Hesab edirəm ki, bizim bir-birimizə ehtiyacımız var və ümid edirəm ki, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz yerinə qayıdacaq”.
O daha sonra əlavə edib:
“Ümid edirəm ki, nümayəndə heyətinin tezliklə geri qayıtması ilə tərəflər arasında əməkdaşlıq və dialoq bizi birləşdirən dəyərlərin maraqları naminə davam edəcək”.
Dominik Haslerin sözlərinə görə, o, Nazirlər Komitəsinin sədri kimi hamı üçün ən məqbul həll yolunu tapmaq məqsədilə üçtərəfli müzakirə təşkil edib.
O qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin qayıdışı ümumi ideyaların qorunması və təbliği baxımından, xüsusən də təşkilatın 75 illik yubileyinin qeyd olunması üçün mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratikləşmə prosesində AŞ-nin dəstəyindən yararlanıb və AŞ da öz dəyərlərini təbliğ etmək və əhatə dairəsini genişləndirmək üçün Azərbaycandan faydalanıb. Bu, qarşılıqlı faydalı əməkdaşlıqdır və iş başa çatmayıb, ciddi islahatlar tələb edir”, - deyə Lixtenşteyn Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Xatırladaq ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti 2024-cü ilin yanvarında bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Nümayəndə heyəti bu addımını AŞPA-da Azərbaycana qarşı aparılan qərəzli kampaniya ilə əlaqələndirib.
18-04-2024, 16:33
Baş prokuror Çinə səfər edib


Baş prokuror Çinə səfər edib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında iştirak etmək üçün Çinin Makau Xüsusi İnzibati Bölgəsinə səfərə gedib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 18-də Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Tonq Cianminq və Makaunun Baş prokuroru İp Son Sanq ilə ikitərəfli görüş keçirib.
Baş prokuror cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Azərbaycanda keçirələciyini və bununla bağlı həmkarına dəvət məktubu ünvanladığını bildirib.
Daha sonra tərəflər hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.

18-04-2024, 15:55
Bakıda 2 nəfər dəm qazından öldü


Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
18-04-2024, 15:38
Nazir: "Məktəb psixoloqlarından yanlış gözləntilər var"


Nazir: "Məktəb psixoloqlarından yanlış gözləntilər var"

"Məktəb psixoloqlarından yanlış gözləntilər var".
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, məktəb psixoloqu fərdi terapiya aparan şəxs deyil.
“Bir məktəb psixoloqu 800 şagirdə psixoloji xidmət verə bilməz. Şagirdlərin psixoloji davranışları ilə müəllimlər də məşğul olmalıdır”,- deyə nazir əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!